Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g17 №  4 s. 8
  • Qütb susüpürəni

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qütb susüpürəni
  • Oyanın! 2017
  • Oxşar material
  • Arktika sünbülqıranının beyni
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • Mündəricat
    Oyanın! 2017
  • Qütb sünbülqıranının şaxtayadavamlı beyni
    Oyanın! 2013
Oyanın! 2017
g17 №  4 s. 8
Qütb susüpürəni

Qütb susüpürəni

UZUN MÜDDƏT alimlər qütb susüpürəninin Arktikadan Antarktidaya və geriyə uçaraq 35 200 kilometr yol qət etdiyini düşünürdülər. Amma son araşdırmalar nəticəsində məlum olmuşdur ki, əslində, bu quşlar bundan da uzun məsafə qət edirlər.

Qütb susüpürəninin Atlantik okeanının üstü ilə uçduğu yol

Şəkildə göstərildiyi kimi susüpürənlər köç edəndə düz istiqamətdə deyil, dolana-dolana uçurlar

Bir tədqiqat zamanı susüpürənlərdən bir neçəsinə geolokator adlanan cihaz quraşdırılmışdı. Çəkisinə görə qələm qapağından yüngül olan bu qeyri-adi cihazın köməyilə məlum olmuşdur ki, susüpürənlərdən bəziləri o baş-bu başa orta hesabla 90 000 kilometr yol qət edir. Bu isə heyvanlar arasında bu günə qədər məlum olan ən uzunsürən miqrasiya «səyahətidir». Tədqiqat zamanı quşlardan biri təxminən 96 000 kilometr məsafə uçmuşdu. Nəyə görə əvvəlki araşdırma ilə son araşdırma arasında bu qədər böyük fərq var?

Çünki səyahətlərinə haradan başladıqlarından asılı olmayaraq, qütb susüpürənləri mənzilbaşına düz istiqamətdə yox, dolana-dolana uçurlar. Yuxarıdakı şəklə fikir versək, bu quşların Atlantik okeanının üstü ilə uçduğu yol S hərfinə bənzəyir. Bəs nəyə görə onlar bu şəkildə uçurlar? Çünki onlar küləyin axını ilə istiqamət götürürlər.

Təxminən 30 illik ömürləri boyu susüpürənlər 2,4 milyon kilometrdən artıq yol qət edirlər. Bu, Aya üç-dörd dəfə səyahət edib qayıtmağa bərabərdir. Alimlər deyir ki, cəmi 100 qram çəkisi olan bir quş üçün bu, çox böyük nailiyyətdir. Üstəlik, hər iki istiqamətə yay aylarında köç etdikləri üçün bir kitaba əsasən, bu quşlar «başqa canlılarla müqayisədə hər il daha çox günəş enerjisi qəbul edir» («Life on Earth: A Natural History»).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş