Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g17 №  6 s. 10—11
  • Yeni Zelandiyaya səyahət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yeni Zelandiyaya səyahət
  • Oyanın! 2017
Oyanın! 2017
g17 №  6 s. 10—11
Milford-Saund, Yeni Zelandiya

Milford-Saund

ÖLKƏLƏR VƏ XALQLAR

Yeni Zelandiyaya səyahət

Yeni Zelandiya dünya xəritəsində

MAORİ tayfaları təxminən 800 il bundan öncə minlərlə kilometr məsafəni qət edərək okeanın digər tərəfində — Yeni Zelandiyada məskunlaşdılar. Onlar burada tərk etdikləri tropik Polineziya adalarına bənzəməyən bir yer kəşf etdilər. Bura dağların, qarın, buzlaqların və termal bulaqların məskəni idi. Digər köçəri tayfalar isə buraya təxminən beş əsr sonra uzaq Avropadan köç ediblər. Bu gün Yeni Zelandiya əhalisinin əksəriyyəti həm Anqlosaks, həm də Polineziya mənşəli adət-ənənələri tanıyır. Əhalinin təxminən 90 faizini şəhər sakinləri təşkil edir. Yeni Zelandiyanın paytaxtı Vellinqton dünyanın ən cənubda yerləşən paytaxt şəhəri olması ilə fərqlənir.

Yeni Zelandiyanın Şimal Adasında qaynar palçıq gölməçələri

Şimal Adasında qaynar palçıq gölməçələri

Digər ərazilərdən təcrid olmasına baxmayaraq, Yeni Zelandiya çoxsaylı heyranedici təbiət kontrastları ilə hər il üç milyondan çox turist cəlb edir.

Gümüşü ayıdöşəyi ağacı

Gümüşü ayıdöşəyi ağacının hündürlüyü 10 metrdən yüksək olur

Uça bilməyən quşlar sinfindən olan takaxe

1948-ci ilə qədər hesab edilirdi ki, uça bilməyən quşlar sinfindən olan takaxenin nəsli kəsilib

Yeni Zelandiya zəngin vəhşi təbiəti ilə öyünür. Burada dünyanın heç bir yerində olmadığı qədər uça bilməyən quş növləri var. Yeni Zelandiya həmçinin 100 ildən çox yaşayan kərtənkələlər yarımdəstəsinə aid tuataranın məskənidir. Burada yerli məməlilərdən yalnız bir neçə yarasa növü, həmçinin balina və delfinlər daxil olmaqla, bir neçə böyük dəniz məməlisi var.

Yehovanın Şahidləri təxminən 120 ildir ki, Yeni Zelandiyada fəaliyyət göstərir. Onlar burada Polineziya dilləri olan niue, rarotonqa, samoa və tonqa dili də daxil olmaqla, ən azı 19 dildə Müqəddəs Kitab dərsləri keçirir.

Maorilər mahnı oxuyur

Maorilər milli geyimdə rəqs edərək mahnı oxuyur

BİLİRSİNİZ?

Yeni Zelandiya adı Niderlandın əyaləti Zelandiyanın adından götürülüb. Maorilər buranı «uzun ağ bulud ölkəsi» mənasını verən «Aotearoa» adlandırır.

Yeni Zelandiya əhalisinin əksər hissəsi ingilis dilində danışsa da, doğma maori dilləri yenidən bərpa edilib və hal-hazırda məktəblərdə tədris olunur. Yehovanın Şahidlərinin rəsmi internet səhifəsi jw.org maori dilində də əlçatandır.

  • ƏHALİSİ: 4 700 000

  • PAYTAXTI: VELLİNQTON

  • ƏRAZİ: ŞİMAL ADASI VULKAN, QEYZER VƏ QAYNAR PALÇIQ GÖLMƏÇƏLƏRİ İLƏ, CƏNUB ADASI İSƏ MİNLƏRLƏ BUZLAQLA XARAKTERİZƏ OLUNUR

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş