Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g22 №  1 s. 13—15
  • 4. Ümidinizi itirməyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 4. Ümidinizi itirməyin
  • Oyanın! 2022
  • Başlıqlar
  • Oxşar material
  • NƏ ÜÇÜN VACİBDİR?
  • Nəyi bilməlisiniz?
  • Nə edə bilərsiniz?
  • Müqəddəs Kitab insana ümid verir
  • Haradan ümid tapım?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Müqəddəs Kitab gözəl gələcək vəd edir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Müqəddəs Kitab gözəl gələcək vəd edir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsinə giriş
  • 2024-cü ildə ümid işığı. Müqəddəs Kitabda bu barədə nə deyilir?
    Əlavə mövzular
Əlavə
Oyanın! 2022
g22 №  1 s. 13—15
İçərisində güllər olan güldanın yanında açıq Müqəddəs Kitab.

TƏLATÜMLÜ DÜNYADA

4 | Ümidinizi itirməyin

NƏ ÜÇÜN VACİBDİR?

Dünyada baş verənlərə görə narahatlıq insanların sağlamlığına, emosional vəziyyətinə ciddi zərbə vura bilər. Bu hadisələrdən zərər çəkən insanların çoxu gələcəyə olan ümidini itirir. Bu nəyə gətirib çıxarır?

  • Bəziləri gələcək barədə düşünmək belə istəmir.

  • Bir başqaları narahatlıqdan yaxa qurtarmaq üçün spirtli içkilərə, narkotikə qurşanır.

  • Kimlərsə fikirləşir ki, belə yaşamaqdansa, ölmək yaxşıdır. Buna görə də intihar barədə düşünürlər.

Nəyi bilməlisiniz?

  • Bəlkə də, üzləşdiyiniz bəzi problemlər müvəqqətidir və gözlənilmədən yoluna düşəcək.

  • Hətta vəziyyət dəyişmirsə də, buna tab gətirmək üçün müəyyən addımlar ata bilərsiniz.

  • Müqəddəs Kitab insana ümid verir. Orada yazılıb ki, Allah bəşəriyyətin problemlərini birdəfəlik həll edəcək.

Nə edə bilərsiniz?

Müqəddəs Kitabda deyilir: «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir» (Mətta 6:34).

Bu günlə yaşayın. Qoymayın ki, sabahkı günün dərdi sizi bu günün işini görməkdən saxlasın.

Sabahın dərdini çox çəksəniz, gərginliyiniz artacaq, gələcəyə nikbin baxa bilməyəcəksiniz.

XOŞ GÜZƏRAN MÜMKÜNDÜR? Məsləhətlər

NİKBİN OLUN

Qadın məmnun halda pəncərədən çölə baxır.

Müqəddəs Kitabda deyilir: «Məzlumun hər günü qaradır, amma könlü şad olan üçün həmişə bayramdır» (Məsəllər 15:15). Bədbinlik insana göz önündə olan çıxış yolunu görməyə mane olur. Nikbinlik isə problemi həll etmək üçün çıxış yolu axtarıb tapmağa kömək edir.

  • Xəbərlərə az baxın, çalışın xəbərlərlə çox maraqlanmayasınız.

  • Hər axşam ürəkaçan iki-üç şeyi yada salıb şükür edin.

  • İşlərinizin siyahısını tutun, siyahıya yalnız bu günün işlərini daxil edin. Böyük işləri hissə-hissə edin ki, günün axırında əməyinizin bəhrəsini görəsiniz.

KÖMƏK İSTƏYİN

Yaşlı kişi gənclə mülayim şəkildə söhbət edir.

Müqəddəs Kitabda deyilir: «Tənhalığa qapılan... hər cür hikməti rədd edir» (Məsəllər 18:1). Uçurumdan öz gücünüzə çıxa bilməzsiniz, amma sizə uzadılan kömək əlindən yapışsanız, bu mümkündür.

  • Doğmalarınızdan, dostlarınızdan kömək istəyin.

  • Həmçinin özünüz də çalışın ki, onlara kömək edəsiniz. İnsan başqalarına yaxşılıq edəndə öz problemlərinə aludə olmur.

  • Əgər ümidiniz üzülübsə, ürəyinizdə həyat eşqi sönübsə, həkimə müraciət etmək barədə düşünün. Bəzən bu cür vəziyyət səhhətdəki problemin, məsələn, depressiyanın əlaməti olur. Çoxlarına müalicə bu vəziyyətdən çıxmağa kömək ediba.

a «Oyanın!» jurnalı konkret bir müalicə üsulu tövsiyə etmir.

Müqəddəs Kitab insana ümid verir

Qədimdə bir mömin insan Allaha dua edərkən demişdi: «Sözün addımlarıma çıraq, yollarıma işıqdır» (Zəbur 119:105). Gəlin görək Allahın Kəlamı hansı mənada çıraq və işıqdır.

Qaranlıq gecədə çıraq bizə kömək edir ki, addımlarımızı hara atdığımızı görək. Eynilə,Müqəddəs Kitabdakı hikmətli məsləhətlər də çətin məsələlərdə düzgün qərar verməyə bizə kömək edir.

İşıq bizim yolumuzu aydınlaşdırır. Beləcə, qarşıda nə olduğunu görürük. Buna bənzər tərzdə Müqəddəs Kitab bizim gələcəyə olan baxışımızı aydınlaşdıra bilər.

Müqəddəs Kitabda təkcə bəşər tarixinin başlanğıcından yox, gələcəyə olan ümiddən də bəhs edilir. Orada növbəti məqamlara aydınlıq gətirilir.

1

Əzabların başlanğıcı haradandır? Müqəddəs Kitabda deyilir ki, «günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12).

2

Nəyə görə insanlar problemlər qarşısında acizdir? Müqəddəs Kitabda deyilir ki, «addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23). Dünyada baş verənlər bunu bir daha sübut edir.

3

Allah vəziyyəti yoluna qoymaq üçün nə edəcək? Müqəddəs Kitabda deyilir ki, «O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).

«Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videodan səhnə. Qadın Müqəddəs Kitabdan oxuduqlarını əri ilə bölüşür.

ƏTRAFLI MƏLUMAT. «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videoya baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş