Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lv s. 215—218
  • Qan fraksiyaları və cərrahiyyə prosedurları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qan fraksiyaları və cərrahiyyə prosedurları
  • Allahın məhəbbətindən ayrılmayın
  • Oxşar material
  • Allahın gözündə qanın dəyəri
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Oxucuların sualları
    Gözətçi qülləsi: Oxucuların sualları
  • Yaşayan Allahın rəhbərliyini qəbul edin
    Gözətçi qülləsi 2004
  • Əlavələr
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Əlavə
Allahın məhəbbətindən ayrılmayın
lv s. 215—218

ƏLAVƏLƏR

Qan fraksiyaları və cərrahiyyə prosedurları

Qan fraksiyaları. Fraksiyalar qanın əsas dörd komponentindən — eritrositlərdən, leykositlərdən, trombositlərdən və plazmadan alınır. Misal üçün, eritrositlərin tərkibində hemoqlobin zülalı vardır. İnsan və heyvan hemoqlobinindən hazırlanmış preparatlar kəskin anemiya və çoxlu qan itirmə hallarında istifadə edilir.

90 faizi sudan ibarət olan plazmanın tərkibində külli miqdarda hormonlar, qeyri-üzvi duzlar, fermentlər, qidalı maddələr, minerallar və şəkər var. Plazmanın tərkibində həmçinin laxtalanma faktorları, xəstəliklə mübarizə aparan anticisimlər və albumin kimi zülallar var. Əgər kiminsə hər hansı bir xəstəliyə tutulma təhlükəsi varsa, həkim ona bu xəstəliyə qarşı immuniteti olan adamın plazmasından alınmış qamma-qlobulin inyeksiyaları yaza bilər. Leykositlərin tərkibində bəzi virus infeksiyalarının və xərçəngin müalicəsində istifadə edilən interferonlar və interleykinlər var.

Məsihilər qanın fraksiyalarından istifadə olunan müalicə metodlarını qəbul edə bilərlər? Müqəddəs Kitab bu haqda konkret göstəriş vermir, buna görə də hər kəs Allahın qarşısında vicdanına görə qərar qəbul etməlidir. Bəziləri Allahın İsrailə verdiyi Qanunda yazılmış «qanı... torpağa axıtmalısınız» əmrini əsas tutub bütün fraksiyalardan imtina edirlər (Qanunun təkrarı 12:22—24). Digərləri xalis qan və onun əsas komponentlərinin köçürülməsindən imtina edir, lakin hər hansı bir fraksiya ilə müalicəni qəbul edirlər. Onlar hesab edirlər ki, qanın tərkibindən çıxarılandan sonra fraksiyalar artıq qanın götürüldüyü varlığın həyatını təmsil etmir.

Xarite: səhifə 216

Qanın fraksiyaları ilə bağlı qərar qəbul etməzdən əvvəl özündən soruş: «Qanın bütün fraksiyalarından imtina etməklə tərkibinə fraksiyalar daxil olub xəstəliklərlə mübarizə aparan və ya qanaxmanı dayandırmaq üçün laxtalanmaya kömək edən preparatlardan da imtina etdiyimi başa düşürəm? Qanın bir və ya bəzi fraksiyasını nə üçün qəbul edib, digərlərindən imtina etməyimin səbəbini həkimə izah edə biləcəyəm?»

Cərrahiyyə prosedurları. Buraya hemodilusiya və reinfuziya daxildir. Hemodilusiya zamanı qanın bir hissəsi orqanizmdən çıxarılıb, qanın həcmini artıran preparatla əvəz edilir. Çıxarılmış qan xeyli sonra xəstəyə qaytarılır. Reinfuziyada cərrahiyyə əməliyyatı zamanı itirilmiş qan yığılıb xəstəyə qaytarılır. Qan bədən boşluğundan və ya yaradan yığılır, təmizlənir və ya süzgəcdən keçirilir və sonra yenidən xəstənin bədəninə qaytarılır. Hər bir həkim bu metodların tətbiqinə fərdi yanaşdığı üçün məsihi onu müalicə edən həkimdən bu prosedurları necə keçirdiyini öyrənməlidir.

Bu prosedurlarla bağlı qərar verməzdən əvvəl özündən soruş: «Qanımın bir hissəsi bədənimdən çıxarılarsa və ola bilsin, həmin bu hissənin dövranı bir müddət dayandırılarsa, vicdanım bu qana hələ də bədənimin bir hissəsi kimi baxmağa və onu torpağa axıtmamağa yol verəcək?» (Qanunun təkrarı 12:23, 24). «Tibbi prosedur zamanı qanımın bir hissəsi bədənimdən çıxarılıb tərkibi dəyişdiriləndən sonra yenidən bədənimə qaytarılarsa, Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanım buna necə baxacaq? Öz qanımın istifadəsi ilə bağlı bütün tibbi prosedurlardan imtina etməklə mən həmçinin qan analizlərindən, hemodializdən və süni qan dövranı aparatından da imtina etdiyimi başa düşürəm?»

Məsihi cərrahiyyə əməliyyatı zamanı öz qanının necə istifadə ediləcəyi ilə bağlı özü qərar verməlidir. Bu həm də tibbi analizlərə və xəstədən az miqdarda qan götürüb tərkibi dəyişilərək yenidən xəstəyə vurulması kimi müalicə üsullarına da aiddir.

HƏKİMDƏN SORUŞMAQ OLAR

Qarşıda səni cərrahiyyə əməliyyatı və ya qandan alınmış preparatın istifadəsilə müalicə gözləyirsə, onda «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədinin qaydada olub-olmadığını yoxla. Bu sənəd səni qanköçürmədən qorumaq üçündür. Bundan əlavə, sən həkimdən aşağıdakı məsələlər barəsində maraqlana bilərsən:

  • Məni müalicə edəcək tibb işçilərinin hamısı Yehovanın Şahidi kimi mənə heç bir vəziyyətdə qan köçürülməməsi (xalis qan, eritrositlər, leykositlər, trombositlər və qan plazması) göstərişini verdiyimi bilirlər?

  • Əgər həkim mənə tərkibində qandan alınmış fraksiyalar olan dərman yazıbsa, bu dərmanın tərkibinə nələr daxildir? Bu dərman mənə hansı miqdarda təyin ediləcək və mən onu hansı yolla qəbul etməliyəm?

  • Əgər vicdanım mənə qandan alınmış fraksiya vasitəsilə müalicə olunmağa yol verirsə, bunun hansı tibbi fəsadları var? Hansı alternativ müalicə üsulları mövcuddur?

Yuxarıdakı məsələlərlə bağlı qərar qəbul etməzdən əvvəl Yehovaya duada hiss və həyəcanlarını bildir. O söz verib ki, imanla diləyənlərə lazımi hikməti verəcək (Yaqub 1:5, 6).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş