Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/7 s. 29—31
  • Allah fikrini dəyişirmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah fikrini dəyişirmi?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Nə üçün daha möcüzə baş vermir?
  • Çoxarvadlılığa niyə icazə verilirdi?
  • Nə üçün artıq şənbə gününə riayət edilmir?
  • Etibarlı və məhəbbətli Allah
  • Məsihilər Şənbəni qeyd etməlidirlər?
    Müqəddəs Kitaba aid suallara cavab
Gözətçi qülləsi 2009
w09 1/7 s. 29—31

Allah fikrini dəyişirmi?

MÜQƏDDƏS KİTAB Allah haqqında belə deyir: «Onda nə dəyişiklik var, nə də dönüklük kölgəsi». Allah Özü də bizi əmin edir: «Mən Rəbbəm və heç vaxt dəyişmirəm» (Yaqub 1:17; Malaki 3:6). İnsanlar həmişə öz fikirlərini dəyişdikləri üçün onları razı salmaq və onlara tam etibar etmək çətin olur. Yehova Allah bu cür insanlardan necə də fərqlənir!

Ancaq Müqəddəs Kitabı oxuyan bəzi insanlarda elə təəssürat oyanır ki, Allah Öz fikrini dəyişib. Məsələn, bir vaxtlar Yehova Allah məsihçilərə möcüzələr göstərmək qüvvəsi verirdi, ancaq daha vermir. Qədimdə Allah çoxarvadlılığa göz yumurdu, indi isə qadağan edir. Musanın Qanunu qüvvədə olanda Yehova şənbə gününə riayət etməyi tələb edirdi, amma indi etmir. Bəs bu faktlar Allahın dəyişildiyini göstərmirmi?

Hər şeydən əvvəl biz əmin ola bilərik ki, Allah Özünün məhəbbət və ədalət prinsiplərini heç vaxt dəyişmir. Həmçinin Padşahlıq vasitəsilə bəşəriyyətə xeyir-dua verməyə dair ‘əzəli məqsədindən’ də Allah daşınmayıb (Efeslilərə 3:11). Buna baxmayaraq, kimsə bizi həmişə məyus edəndə o insana qarşı fikrimiz necə dəyişirsə, Yehova da dəyişən vəziyyətə cavab olaraq fikrini dəyişir.

Allah, həmçinin Öz tələblərini xalqının vəziyyətinə və tələbatlarına uyğun olaraq dəyişir. Bu, bizi heç də təəccübləndirməməlidir. Bir düşünün, təcrübəli bələdçi qarşıda təhlükə görsə, nə edər? Yəqin təhlükədən yan keçmək üçün öz qrupunu başqa yol ilə aparar. Ancaq bu, bələdçinin öz məqsədindən daşındığını bildirmir, elə deyilmi? Buna görə də gəlin bəzilərində çaşqınlıq yaradan yuxarıdakı üç nümunəyə qayıdaq.

Nə üçün daha möcüzə baş vermir?

Allah birinci əsrdəki bəzi məsihçilərə möcüzə göstərmək gücünü hansı məqsədlə vermişdi? Yəqin bilirsiniz ki, İsrail Allahın seçilmiş xalqı olanda Allah onlarla olduğunu çox vaxt möcüzələr vasitəsilə göstərirdi. Allah İsraili Misirdən azad edəndə və səhradan keçirərək Vəd edilmiş diyara aparanda Musa vasitəsilə Özünün möhtəşəm gücünü təzahür etdirdi. Təəssüf ki, israillilər dönə-dönə imansızlıq göstərdilər. Nəhayətdə, Yehova İsraili rədd edib məsihçi yığıncağını təsis edəndə həvarilərə və qeyrilərinə möcüzə göstərmək qüvvəsi verdi. Məsələn, həvari Peter və Yəhya anadangəlmə çolaq olan bir nəfərə şəfa vermiş, Pavel isə ölmüş adamı ayağa qaldırmışdı (Həvarilərin işləri 3:2-8; 20:9-11). Onların göstərdiyi möcüzələr sayəsində məsihçilik bir çox ərazilərdə yayıldı. Bəs möcüzələr indi niyə baş vermir?

Həvari Pavel bunu belə bir nümunə əsasında izah etmişdi: «Mən körpə ikən, körpə kimi danışır, körpə kimi düşünür, körpə kimi mühakimə edərdim; boya-başa çatdıqda isə, körpə davranışlarını tərk etdim» (1 Korinflilərə 13:11). Necə ki, oğulları böyüyəndə valideynlər onunla artıq körpə uşaq kimi davranmırlar, eləcə də məsihçi yığıncağı «boya-başa çatdıqda» Yehovanın onunla davranışı dəyişdi. Həvari Pavel izah etmişdi ki, başqa-başqa dillərdə danışmaq, yaxud peyğəmbərlik etmək kimi möcüzəvi ənamlar ‘ləğv olacaq’ (1 Korinflilərə 13:8).

Çoxarvadlılığa niyə icazə verilirdi?

İsa göstərdi ki, Allah ilk insan cütünə: «İnsan ata-anasını buraxacaq və arvadına bağlanacaqdır. İkisi də bir bədən olacaqdır»,— deməklə nikaha dair normasını təsis etmişdi (Matta 19:5). Nikah iki insanı bir-birinə bağlayan əbədi ittifaq olmalı idi. Ancaq Allah İsraili xalq kimi təsis edəndə və onlara Qanun verəndə artıq çoxarvadlılıq adi hal almışdı. Beləliklə, Allah çoxarvadlılığın təməlini qoymasa da və buna təşviq etməsə də, bu cür nikahda münasibətləri nizama salmaq üçün qanunlar vermişdi. Məsihçi yığıncağı təsis ediləndə Allah Kəlamı vasitəsilə çoxarvadlılığı qəti qadağan etdi (1 Timoteyə 3:2).

Yehova Allah bəzi şeylərə müəyyən vaxta kimi səbir edir (Romalılara 9:22-24). İsa demişdi ki, israillilərin ‘ürəklərinin hissizliyinə görə’ Yehova müvəqqəti olaraq Özünün nikaha dair normasına uyğun gəlməyən adətlərə yol vermişdi (Matta 19:8; Süleymanın məsəlləri 4:18).

Nə üçün artıq şənbə gününə riayət edilmir?

Allah İsraili Misirdən azad etdikdən sonra hər həftə şənbə gününə riayət etməyi əmr etmişdi. Sonralar O, bu əmri onlara verdiyi Qanuna daxil etdi (Çıxış 16:22-30; 20:8-10). Həvari Pavel izah etmişdi ki, İsa özünü qurban verib, ‘əmrləri və qaydaları ilə bərabər Müqəddəs Qanunu’ və «sənədi ləğv etdi» (Efeslilərə 2:15; Koloslulara 2:14). ‘Ləğv olunan’ qanunlar sırasına şənbə günü haqda qanun da daxil idi, çünki Müqəddəs Kitabda deyilir: «Buna görə, qoy heç kim yemək və içmək üzündən, yaxud bayram, hilal və ya şənbə məsələsi üzündən sizi məhkum etməsin» (Koloslulara 2:16). Bəs onda nə üçün əvvəlcə Allah şənbə gününü də özünə daxil edən Qanun vermişdi?

Həvari Pavel yazmışdı: «Qanun Məsihə yol göstərən mürəbbimiz oldu». Sonra o, əlavə etmişdi: «İman gəldiyinə görə, biz artıq mürəbbinin hakimiyyəti altında deyilik» (Qalatiyalılara 3:24, 25). Bu, Allahın Öz fikrini dəyişdiyini göstərmir. O, sadəcə xalqa müntəzəm olaraq ruhani şeylər barədə düşünməyi öyrətmək üçün o vaxtlar şənbə günündən müvəqqəti vasitə kimi istifadə edirdi. Şənbə günü haqqında qanun müvəqqəti olsa da, bəşəriyyətin fiziki və ruhani zülmdən əbədi rahatlıq tapacağı vaxta işarə edirdi (İbranilərə 4:10; Vəhy 21:1-4).

Etibarlı və məhəbbətli Allah

Yuxarıda müzakirə etdiyimiz Müqəddəs Kitab nümunələri göstərir ki, vaxt keçdikcə Yehova Allahın göstərişləri və təlimləri dəyişirdi. Ancaq bu Onun Öz fikrini dəyişdiyini göstərmir. Əksinə, O, Öz xalqının yaxşılığını istədiyi üçün onların tələbatlarını və düşdüyü müxtəlif vəziyyətləri nəzərə alırdı. Yehova bu gün də eyni cür davranır.

Yehovanın prinsipləri dəyişmədiyindən Onu razı salmaq üçün nə etməli olduğumuzu öyrənmək çətin deyil. Bundan əlavə, biz əmin ola bilərik ki, Allahın vəd etdiyi hər şey həyata keçəcək. Yehova deyir: «İstədiyim hər şeyi edəcəyəm... Mən niyyət etmişəm, bunu icra edəcəyəm» (Yeşaya 46:10, 11).

[29-cu səhifədəki yazı]

Allah məhəbbət və ədalət prinsiplərini heç vaxt dəyişmir

[30-cu səhifədəki şəkil]

Pavel izah etmişdi ki, vaxt keçdikcə möcüzəvi ənamlar ‘ləğv olacaq’

[31-ci səhifədəki şəkil]

Nikah iki şəxsi bir-birinə bağlayan əbədi ittifaqdır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş