Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/6 s. 32
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab təlimləri
  • Məsih — Allahın xilas vasitəsi
    Gözətçi qülləsi 2009
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • İsa Məsih Allah haqqındakı biliyin açarıdır
    Əbədi həyata aparan bilik
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/6 s. 32

Oxucuların sualları

İsa İsraili dolaşıb təbliğ etmişdi. Bəs nəyə görə həvari Peter yəhudi xalqının və rəislərinin İsanı «bilməyərək» edam etdiklərini demişdi? (Həv. iş. 3:17).

Bir qrup yəhudiyə müraciət edərək həvari Peter onların Məsihin edam edilməsində hansı rolu oynadıqları barədə demişdi: «Bilirəm ki, rəisləriniz kimi siz də bunu bilməyərək etdiniz» (Həv. iş. 3:14-17). Görünür, bəzi yəhudilər İsanın Məsih olduğunu və onun təlimlərini sadəcə anlamırdılar. Digərlərinə gəldikdə isə, onların ruhani nadanlıqlarının səbəbi Allahı razı salmaq arzularının olmaması, İsa haqqında qabaqcadan yaranmış mənfi rəy, paxıllıq və nifrət idi.

Gəlin görək, Yehovanı razı salmaq arzularının olmaması çoxlarının İsanın təlimlərinə olan münasibətinə necə təsir göstərmişdi. İsa təlim verərkən çox vaxt məsəllərdən istifadə edir və daha çox bilmək istəyən hər kəsə onları izah edirdi. Buna baxmayaraq, onun dinləyicilərindən bəziləri onu başa düşmək üçün heç bir səy göstərmədən sadəcə çıxıb gedirdilər. Bir dəfə hətta şagirdlərdən bəziləri onun məcazi sözlərindən incidilər (Yəh. 6:52-66). Bu insanlar nəzərdən qaçırırdılar ki, İsanın nümunələri onların düşüncə və hərəkət tərzlərini dəyişməyə hazır olub-olmadıqlarını sınağa çəkir (Yeşaya 6:9, 10; 44:18; Mat. 13:10-15). Onlar həm də Məsihin təlim verərkən məsəllər söyləyəcəyinə dair peyğəmbərliyə məhəl qoymurdular (Məz. 78:2).

Başqalarının İsanın təlimlərini rədd etmələrinin səbəbi onun haqqında qabaqcadan yaranmış mənfi rəydə olmaları idi. O, doğma şəhəri Nazaretdəki sinaqoqda öyrədərkən onu eşidən insanlar ‘heyrətə gəlirdilər’. Onların: «Bu Adama bu şeylər haradandır? [...] Məryəmin oğlu, Yaqub, Yusif, Yəhuda və Şimonun qardaşı dülgər Bu deyilmi? Bacıları burada aramızda deyillərmi?» kimi sualları heç də onu Məsih kimi qəbul etdiklərini göstərmirdi (Mark 6:1-3). İsa xüsusi təhsil almadığı üçün Nazaretin sakinləri onun təlimlərinə qiymət vermədilər.

Bəs din rəhbərləri haqqında nə demək olar? Onların əksəriyyəti eyni səbəblərə görə İsaya əhəmiyyət vermirdi (Yəh. 7:47-52). Bundan əlavə, onlar insanlardan daha çox diqqət görən İsaya paxıllıq etdikləri üçün onun təlimlərini rədd edirdilər (Mark 15:10). Və İsa ikiüzlülüklərini və yalanlarını üzə çıxaranda, şübhəsiz, bir çox adlı-sanlı adamlar buna pis reaksiya göstərirdilər (Mat. 23:13-36). İsa tam haqlı olaraq onların bilərəkdən etinasızlıq göstərdiklərini ifşa edirdi: «Vay halınıza, Qanun alimləri! Çünki elm qapısının açarını siz götürdünüz; nə özünüz [Padşahlığa] girdiniz, nə də girmək istəyənlərə imkan verdiniz» (Luka 11:37-52).

İsa üç il yarım ərzində xoş xəbəri İsraildə təbliğ etmişdi. O həmçinin bu işi bir çoxlarına da öyrətmişdi (Luka 9:1, 2; 10:1, 16, 17). İsanın və şagirdlərinin uğur qazandığını görən fəriseylər deyinirdilər: «Dünya Onun ardınca getdi» (Yəh. 12:19). Əslində, demək olmaz ki, yəhudilərin əksəriyyətinin heç nədən xəbəri yox idi. Bununla belə, onlar mahiyyət etibarilə İsanın Məsih olduğunu ‘bilmirdilər’. Onlar Məsih haqqında daha çox bilik əldə edə və ona qarşı məhəbbətlərini möhkəmləndirə bilərdilər, ancaq onlar bunu etmədilər. Hətta onlardan bəziləri əlbir olub onu öldürdülər. Buna görə də həvari Peter onlardan çoxunu təşviq edirdi: «Beləliklə, günahlarınızın silinməsi üçün tövbə edin və Allaha qayıdın ki, Rəbbin hüzurundan dincəliş vaxtları gəlsin; və sizin üçün əvvəlcədən təyin olunan İsa Məsihi göndərsin» (Həv. iş. 3:19, 20). Maraqlıdır ki, «kahinlərdən bir çoxu» da daxil olmaqla, minlərlə yəhudilər Məsih haqqında xoş xəbərə maraq göstərməyə başladılar. Artıq onlar xəbərsiz deyildilər. Əksinə, tövbə edib Yehovanın lütfünü qazandılar (Həv. iş. 2:41; 4:4; 5:14; 6:7).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş