Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/4 s. 12
  • Yadınızdadırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yadınızdadırmı?
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • ‘Salehlər günəş kimi parlayacaqlar’
    Gözətçi qülləsi 2010
  • «Mən... həmişə sizinləyəm»
    Gözətçi qülləsi 2013
  • Buğda və alaq otu məsəli
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • İndi Allahın xalqısınız
    Gözətçi qülləsi 2014
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/4 s. 12

Yadınızdadırmı?

«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi?

Elə isə aşağıdakı suallara cavab verməyə çalışın:

• Məsih nəyə görə ölməli idi?

İsanın ölümü sübut etdi ki, kamil insan ən şiddətli sınaq qarşısında belə Allaha sadiq qala bilər. Həmçinin o, canını qurban verməklə Adəmin öz övladlarına miras verdiyi günahın əvəzini ödədi, bununla da əbədi həyata yol açdı (15.12., səhifələr 22, 23).

• İnsana spirtli içkilərdən sui-istifadə etməməyə nə kömək edə bilər?

Bu məsələdə dua etməyin və Müqəddəs Kitabı öyrənməyin köməyi dəyə bilər. İnsanın özünə hakim olmağı öyrənməsi, qərarına sadiq qalması və müsbət təsir göstərən insanlarla oturub-durması vacibdir. İçki içməyə qərar verən insan özü üçün konkret hədd qoymalı və «yox» deməyi öyrənməlidir (yan.—mart, səhifələr 7—9).

• Uşaqlarla yaxşı ünsiyyət özünə nəyi daxil edir?

Bu, özünə sadəcə söhbət etməyi yox, suallar verməyi və səbirlə onların cavablarına qulaq asmağı daxil edir. Bir çoxları fikir vermişlər ki, süfrə arxasında toplaşmaq ünsiyyət üçün əla fürsətdir (15.1., səhifələr 18, 19).

• Hansı hallarda təkrar vəftiz olunma məsələsi nəzərdən keçirilə bilər?

Ola bilsin, insan vəftiz olunduğu vaxt gizlicə elə həyat tərzi sürüb, yaxud elə işlə məşğul olub ki, əgər həmin vaxt vəftiz olunmuş olsaydı, buna görə yığıncaqdan kənar edilə bilərdi. Belə olan halda təkrar vəftiz olunmaq barədə düşünmək olar (15.2., səhifə 22).

• İsanın buğda və dəlicə məsəlində yaxşı toxumun səpilməsi nəyi təmsil edir?

İnsan Oğlu İsa yerüzü xidməti zamanı tarlanı hazırlamışdı. Yaxşı toxum eramızın 33-cü ilinin Pentikost günündən, məsihçilər Allahın oğulları, yəni Padşahlığın oğulları kimi məsh olunduqları andan etibarən səpilməyə başlandı (15.3., səhifə 20).

• İsanın məsəlindəki simvolik buğda Yehovanın anbarına necə gətirilir? (Mat. 13:30).

Bu, axır günlərdə, yəni müəyyən müddət ərzində yerinə yetir. Padşahlığın məsh olunmuş oğulları — simvolik buğda — bərpa olunmuş məsihçi yığıncağına gətiriləndə, yaxud səmavi mükafatlarını alanda Yehovanın anbarına toplanılırlar (15.3., səhifə 22).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş