Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/10 s. 5—7
  • Gəlin birgə sevinək!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gəlin birgə sevinək!
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Həmimanlılarımızla birgə sevinək
  • Sınaqlarla üzləşənlərlə birgə sevinin
  • Yeqovaya xidmətdə sevincinizi qoruyun
    Gözətçi qülləsi 2001
  • Bəxtiyar Allahla birlikdə sevinin
    Gözətçi qülləsi 2001
Gözətçi qülləsi 2011
w11 15/10 s. 5—7

Gəlin birgə sevinək!

XOŞBƏXTLİYƏ nail olmaq və sevinmək get-gedə çətinləşir. Çoxları üçün başqaları ilə müsbət emosiyalarla bölüşmək demək olar ki, qeyri-mümkündür. Müasir həyat tərzi — xüsusilə də böyük şəhərlərdə — insanların özlərinə qapanmalarına və özlərini başqalarından təcrid etmələrinə səbəb olur.

Psixobiologiya üzrə professor Alberto Oliverio qeyd edir: «Tənhalıq adi hala çevrilib... Şübhə yoxdur ki, böyük şəhərlərdəki həyat tərzi insanların özlərini başqalarından təcrid etmələrinə səbəb olur. Çox vaxt isə bu, iş yoldaşlarımıza, qonşularımıza və tez-tez alış-veriş etdiyimiz supermarketin işçilərinə laqeydlik göstərməyimizə gətirib çıxarır». İnsanların özlərini başqalarından təcrid etmələri çox vaxt depressiyaya yol açır.

Məsihçilərin vəziyyəti, eləcə də əhval-ruhiyyəsi tamam fərqlidir. Həvari Pavel yazmışdı: «Həmişə sevinin» (1 Salon. 5:16). İstər tək, istərsə də bacı-qardaşlarımızla birgə olarkən sevinmək üçün çoxlu səbəblərimiz var. Biz Uca Allah Yehovaya ibadət edirik; Müqəddəs Kitabdakı həqiqətləri başa düşürük; bizim xilas olub əbədi həyata qovuşmaq ümidimiz var və başqalarına bu xeyir-duaları almağa kömək edə bilərik (Məz. 106:4, 5; Yer. 15:16; Rom. 12:12).

Sevinmək və kiminsə sevincinə şərik olmaq həqiqi məsihçiləri başqalarından fərqləndirən cəhətlərdən biridir. Buna görə də Pavel Filipidəki həmimanlılarına növbəti sözləri demişdi: «Mən çox şadam və sizinlə birlikdə sevinirəm. Siz də mənimlə bahəm sevinib şadlanın» (Filip. 2:17, 18). Burada o, düz iki dəfə xoşbəxt olmaq və başqaları ilə birgə sevinmək barədə yazdı.

Məsihçilər ehtiyatlı olmalıdırlar ki, özlərini başqalarından təcrid etməsinlər. Həmimanlılarından kənar gəzən məsihçi heç vaxt onlarla birgə sevinə bilməz. Belə isə, Pavelin «Rəbbə xidmətdən [qardaşlarla birgə] həmişə sevinc duyun» nəsihətinə necə əməl edə bilərik? (Filip. 3:1).

Həmimanlılarımızla birgə sevinək

Görünür, Pavel filipililərə məktub yazanda təbliğ fəaliyyətinə görə Romada həbsdə idi (Filip. 1:7; 4:22). Buna baxmayaraq, onun xidmətdə göstərdiyi səy azalmamışdı. Əksinə, o, şəraitinin yol verdiyi qədər Yehovaya xidmət etməkdən və «xidmətin üzərinə şərab təqdimi kimi» tökülməkdən sevinc duyurdu (Filip. 2:17). Pavelin nümunəsi göstərir ki, sevinc şəraitdən asılı deyil. Həbsdə olmasına baxmayaraq, o dedi: «Mən bundan sonra da sevinəcəyəm» (Filip. 1:18).

Filipidəki yığıncağı Pavel təsis etdiyindən buradakı qardaşlara xüsusi məhəbbət bəsləyirdi. O bilirdi ki, Yehovaya xidmətdə duyduğu sevincini onlarla bölüşsə, onları ruhlandırmış olacaq. Buna görə də o yazmışdı: «Qardaşlar, istəyirəm ki, bunu da biləsiniz: başıma gələnlər xoş xəbərin yayılmasına xidmət etmişdir. Bəli, məhz yayılmasına, əksinə yox. Belə ki, Məsih uğrunda həbs olunduğum hamıya, o cümlədən imperator qvardiyasına da məlum olub» (Filip. 1:12, 13). Pavelin bu ruhlandırıcı məlumatı Filipidəki həmimanlıları ilə bölüşməsi ona böyük sevinc gətirdi və o, onlarla birgə sevindi. Filipililər də, öz növbəsində, onunla birgə sevinməli və Pavelin həbsdə olmasına görə ruhdan düşməməli idilər. Əksinə, onlar Paveldən nümunə götürməli idilər (Filip. 1:14; 3:17). Üstəlik, onlar Pavel üçün dua etməyə, eləcə də imkanları daxilində yardım göstərməyə və dəstək olmağa davam edə bilərdilər (Filip. 1:19; 4:14—16).

Paveldəki əhval-ruhiyyə bizdə də varmı? Həyatımızdakı və xidmətimizdəki müsbət məqamları görməyə çalışırıqmı? Həmimanlılarımızla birgə olarkən təbliğdə baş verən yaxşı hadisələri bölüşərək birgə sevinə bilərik. Bunun üçün xidmətdə başımıza qeyri-adi hadisələrin gəlməsini gözləməməliyik. Ola bilsin, effektiv təqdimə və ya yürütdüyümüz mülahizə sayəsində kimdəsə Padşahlıq haqda xoş xəbərə maraq oyada bildik. Bəlkə də, qabaqcadan seçdiyimiz ayə əsasında ev sahibi ilə yaxşı söhbətimiz alınıb. Yaxud da sahəmizdə bizim Yehovanın Şahidi olduğumuzu bildilər və bunun özü artıq gözəl şahidlik oldu. Bu kimi hadisələri həmimanlılarımızla bölüşmək onlarla birgə sevinməyimiz üçün səbəbdir.

Keçmişdə olduğu kimi, bu gün də Yehovanın bir çox xidmətçiləri xoş xəbəri təbliğ etmək uğrunda çox şeylərindən keçirlər. Pionerlər, səyyar nəzarətçilər, bet-ellilər, missionerlər, beynəlxalq proqram xidmətçiləri səylə xidmət edirlər və bundan sevinc duyurlar. Biz də onlarla birgə sevinirikmi? Onda gəlin onların zəhmətini və «Allahın padşahlığı uğrunda» əməkdaş olduğumuzu qiymətləndirdiyimizi göstərək (Kolos. 4:11). Yığıncaqda və böyük konqreslərdə onları ruhlandıra, eləcə də onlar kimi xidmətdə səy göstərə bilərik. Bu bacı-qardaşları nahara dəvət edərək qonaqpərvərlik göstərə, bununla da xidmətlərində baş verən hadisələri bölüşmələri və ruhlanmağımız üçün şərait yarada bilərik (Filip. 4:10).

Sınaqlarla üzləşənlərlə birgə sevinin

Pavel sınaq və təqiblərə tab gətirəndə həm möhkəmlənirdi, həm də onun Yehovaya sadiq qalmaq qətiyyəti artırdı (Kolos. 1:24; Yaq. 1:2, 3). O bilirdi ki, Filipidəki qardaşlar eynən onun üzləşdiyi sınaqlara məruz qala bilərlər. Sınaqlara tab gətirməsi sayəsində qardaşlarını ruhlandıracağını bilmək ona sevinc gətirirdi. Buna görə o yazdı: «Məsihə iman gətirməklə yanaşı, sizə onun uğrunda əziyyət çəkmək şərəfi də nəsib olub. Siz mənim apardığım mübarizəni görmüsünüz və indi də onun haqqında eşidirsiniz. Özünüz də hal-hazırda belə mübarizə aparırsınız» (Filip. 1:29, 30).

Eynilə bu gün də məsihçilər təbliğ etdikləri üçün müqavimətlərlə üzləşirlər. Bəzən bu müqavimətlər şiddətli, çox vaxt isə gizli şəkildə olur. Bəzən isə dönüklər bizi yalandan ittiham edə, ailə üzvlərimiz ədavət bəsləyə, yaxud da iş və ya sinif yoldaşlarımız bizi ələ sala bilərlər. İsa qabaqcadan xəbərdarlıq etdi ki, bu sınaqlar bizi nə təəccübləndirməli, nə də ki ruhdan salmalıdır. Əksinə, bunlar sevinməyimiz üçün səbəbdir. O demişdi: «Mənə görə insanlar sizi təhqir və təqib edəndə, sizin haqqınızda hər cür yalan və pis söz danışanda siz necə də xoşbəxtsiniz. Sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir» (Mat. 5:11, 12).

Başqa ölkələrdə həmimanlılarımızın şiddətli təqiblərə məruz qaldıqlarını eşidəndə bu, bizi qorxutmamalı və ya dəhşətə salmamalıdır. Biz sevinməliyik ki, onlar bu sınaqlara dözürlər. Onlar üçün dua edib Yehovadan imanlarını qorumağa və sınaqlarına tab gətirmələrinə kömək etməsini xahiş edə bilərik (Filip. 1:3, 4). Bu əziz bacı-qardaşlarımız üçün çox şey edə bilməsək də, öz yığıncaqlarımızda sınaqlarla üzləşən həmimanlılarımıza kömək əlimizi uzatmaq imkanımız var. Biz onların rifahı ilə maraqlana və onlara dəstək ola bilərik. Bu bacı-qardaşları vaxtaşırı ailəvi ibadət axşamına dəvət edərək, onlarla xidmətə çıxaraq, birgə istirahət edərək bərabər sevinə bilərik.

Bəli, sevinməyimiz üçün bizim çoxlu səbəblərimiz var. Gəlin bu dünyanın insanları kimi özümüzü başqalarından təcrid edərək dünyanın ruhuna uymayaq. Onda yığıncaqda məhəbbət və birliyin olmasında bizim də payımız olacaq və ümumdünya qardaşlığının üzvi olmaq bizə böyük sevinc bəxş edəcək (Filip. 2:1, 2). Beləliklə, gəlin Pavelin sözlərini yadımızda saxlayaq: «Rəbbin yolunda həmişə sevinin. Bəli, sevinin!» (Filip. 4:4).

[6–cı səhifədəki şəkil]

Globe: Courtesy of Replogle Globes

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş