Müqəddəs Kitabın cavabı
Allah kimlərin duasını dinləyir?
NECƏ DÜŞÜNÜRSÜNÜZ?
Hamının
Bəzi insanların
Heç kimin
MÜQƏDDƏS KİTABDA DEYİLİR:
«Yehova Onu çağıranlara... yaxındır» (Zəbur 145:18).
MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?
Allah Onun qanunlarına uyğun yaşamayan insanların dualarını dinləmir (Əşiya 1:15). Ancaq onlar pis yollarından dönüb Allaha yaxınlaşsalar, Allah onların dualarını qəbul edər (Əşiya 1:18).
Allahın dualarımızı dinləməsini istəyiriksə, Onun Kəlamında yazılmış tələblərə uyğun yaşamalıyıq (1 Yəhya 5:14).
Dua zamanı xüsusi duruş tərzi tələb olunur?
BƏZİ İNSANLAR DÜŞÜNÜR Kİ, dua edən zaman diz çöküb əlləri göyə açmaq lazımdır. Bəs siz nə düşünürsünüz?
MÜQƏDDƏS KİTABDA DEYİLİR:
Biz ayaq üstə, oturaq vəziyyətdə və ya diz üstə dua edə bilərik (1 Salnamələr 17:16; 2 Salnamələr 30:27; Üzeyir 10:1; Həvarilərin işləri 9:40). Allah dua edən insandan xüsusi duruş tərzi tələb etmir.
MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?
Allah təvazökar insanların dualarını dinləyir (Zəbur 138:6).
Allah bütün dillərdə, hətta ürəyimizdə etdiyimiz duaları da eşidir (2 Salnamələr 6:32, 33; Nəhəmya 2:1—6).