Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w18 dekabr s. 8
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2018
  • Oxşar material
  • Cənnətə olan ümidin möhkəmdirmi?
    Gözətçi qülləsi 2005
  • «Cənnətdə görüşənədək!»
    Gözətçi qülləsi 2018
  • Ruhani cənnəti genişləndirək
    Gözətçi qülləsi 2015
  • «Sən mənimlə Cənnətdə olacaqsan!»
    Gözətçi qülləsi 2022
Əlavə
Gözətçi qülləsi 2018
w18 dekabr s. 8
Həvari Bulus

Oxucuların sualları

Hansı mənada həvari Bulus «üçüncü göyə» və «cənnətə» aparılmışdı? (2 Kor. 12:2—4).

2 Korinflilərə 12:2, 3 ayələrində həvari Bulus «üçüncü göyə» aparılan bir adamdan danışır. O kim idi? Korinf yığıncağına yazdığı məktubda Bulus Allahın onu həvari seçdiyini qeyd edir (2 Kor. 11:5, 23). Daha sonra o, «görüntülər» və «Ağadan gələn vəhylər» barədə danışır. Bu kontekstdə Bulus başqa qardaşlardan söz açmır. Buna görə də məntiqlidir ki, o, görüntülər və vəhylər alan şəxs haqda danışarkən özünü nəzərdə tuturdu (2 Kor. 12:1, 5).

Beləliklə, «üçüncü göyə» və «cənnətə» aparılan şəxs Bulusun özü idi (2 Kor. 12:2—4). Bulusun istifadə etdiyi «vəhylər» sözü göstərir ki, ona gələcəkdə baş verəcək hadisələr əyan olmuşdu.

Bəs o, «üçüncü göy»ə aparılanda nə görmüşdü?

Müqəddəs Kitabda bəzən «göy» deyilərkən fiziki göylər nəzərdə tutulur (Yar. 11:4; 27:28; Mət. 6:26). Bununla belə, «göy» ifadəsi başqa mənalarda da işlədilib. Bəzən bu ifadə insan hakimiyyətinə aid edilir (Dən. 4:20—22). Bəzən isə «göy» deyilərkən ilahi hakimiyyət, məsələn, Allahın Padşahlığı nəzərdə tutulur (Vəhy 21:1).

Bulus «üçüncü göy» deyərkən nəyi nəzərdə tuturdu? Müqəddəs Kitabda nəyisə vurğulamaq, fikri gücləndirmək üçün bəzən həmin şey üç dəfə təkrarlanır (Əşy. 6:3; Hizq. 21:27; Vəhy 4:8). Görünür, həvari Bulus «üçüncü göy» deməklə ən üstün, ali idarə formasını — İsa Məsihin və onun 144 000 hakimiyyət şərikinin idarə etdiyi Padşahlığı təsvir edirdi. («Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasında «Небо» başlığına və «Новые небеса и новая земля» yarımbaşlığına baxın.) Həvari Butrusun da yazdığı kimi, biz Allahın «vədinə görə yeni bir göy» gözləyirik (2 But. 3:13).

Bəs Bulusun qeyd etdiyi «cənnət» haqda nə demək olar?

«Cənnət» sözü də, eynilə, müxtəlif şeyləri bildirir: 1) İnsanın yaradıldığı ilk məkanı nəzərə alsaq, məntiqə uyğun olaraq, «cənnət» gələcəkdə yer üzündə olacaq hərfi Cənnətə aiddir. 2) Bu söz həmçinin Allahın xalqının yeni dünyada sahib olacağı ruhani mühitə işarə edir. 3) Üstəlik, bu söz göydəki mübarək vəziyyəti, Vəhy 2:7 ayəsində yazılmış «Allahın cənnəti»ni bildirə bilər. («Gözətçi qülləsi» jurnalının 2015-ci il 15 iyul sayının 8-ci səhifəsinin 8-ci abzasına baxın.)

Ola bilsin, həvari Bulus 2 Korinflilərə 12:4 ayəsində gördüyü vəhyi təsvir edərkən cənnət sözünün hər üç mənasını nəzərdə tuturdu.

Xülasə:

2 Korinflilərə 12:2 ayəsində yazılmış «üçüncü göy» ifadəsi ehtimal ki, İsa Məsihin və 144 000 şərikinin idarə etdiyi Padşahlığı, «yeni göylər»i bildirir (2 But. 3:13).

Allahın Padşahlığı ən yüksək, ali idarə forması olduğu üçün o, «üçüncü göy»dür.

Bulusun görüntüdə aparıldığı «cənnət» 1) yer üzündə olacaq fiziki Cənnəti, 2) indikindən daha geniş olacaq ruhani cənnəti və 3) göydəki cənnəti, «Allahın cənnəti»ni bildirir. Yeni dünyada bunların hər üçü də eyni vaxtda mövcud olacaq.

Beləliklə, yeni dünya yeni göylə yeni yerin vəhdətidir. Başqa sözlə, bu, səmavi Padşahlıq və yer üzü cənnətdə Yehovaya xidmət edəcək bəşəriyyətin daxil olduğu yeni quruluşdur.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş