Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2012-ci il avqustun 27-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Mötərizədə sualın müzakirə edildiyi tarix göstərilir.
1. Nəyə görə bizi gələcəyə yalnız Yehova hazırlaya bilər və bütün yer üzündə tezliklə hansı böyük dəyişikliklər baş verəcək? (Yez. 7:19) (2 iyul, w09 15.9. s. 23, abz. 10).
2. Nuhun doğmalarının Allaha sadiq olduqlarını nəyin əsasında deyə bilərik və bizim günlərdə Nuhun imanını kimlər təqlid edirlər? (Yez. 14:19, 20) (9 iyul, w11 15.3. s. 25, abz. 8, 9).
3. Yezekel 17:22—24 ayələrindəki «zərif bir budaq» kimdir, bu budağın əkildiyi «hündür, dik bir [dağ]» nəyi təmsil edir və o, «möhtəşəm bir sidr ağacı»na necə çevriləcək? (16 iyul, w07 1.7. s. 18, abz. 6 [w07-U 1.7. s. 12, abz. 6]).
4. İsraillilərdə hansı yanlış düşüncə tərzi formalaşmışdı və biz hansı yanlış meyildən qaçınmalıyıq? (Yez. 18:25) (23 iyul, w10 15.10. s. 3, 4, abz. 4—6).
5. Yezekel 21:18—22 ayələrində təsvir olunan hadisə nə insanların, nə də cinlərin Yehovanın niyyətini dəyişdirə bilməyəcəklərini necə göstərir? (30 iyul, w07 1.7. s. 20, abz. 4 [w07-U 1.7. s. 14, abz. 4]).
6. Yezekel 24:6, 11, 12 ayələrində yazılan qazanın pası nəyi təmsil edir və 14-cü ayədə hansı prinsip qeyd olunur? (6 avq., w07 1.7. s. 20, abz. 2 [w07-U 1.7. s. 14, abz. 2]).
7. Tir [Sur] şəhərinə qarşı söylənilən peyğəmbərlik necə yerinə yetdi? (Yez. 26:2—21) (6 avq., bsi07 s. 7, abz. 4 [si-U s. 147, abz. 4]).
8. Yezekel 28:2, 12—17 ayələrində yazılan hansı ifadələr həm Sur padşahının, həm də birinci xəyanətkar olan Şeytanın təsvirinə uyğun gəlir? (13 avq., br1 s. 12, 13, abz. 10—14 [w05-U 15.10. s. 23, 24, abz. 10—14]).
9. Misir nə zaman 40 il viran qalıb və bunun, həqiqətən də, baş verdiyinə inanmağımız üçün hansı əsasımız var? (Yez. 29:8—12) (13 avq., w07 1.8. s. 24, abz. 5 [w07-U 1.8. s. 8, abz. 5]).
10. Ağsaqqalların onlara həvalə olunan Allahın sürüsünün qayğısına qalmaları nə qədər vacibdir? (Yez. 34:11) (20 avq., w08 15.11. s. 9, abz. 7).