Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2014-cü il dekabrın 29-dan başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək.
Qanunun təkrarı 14:1 ayəsində ölən insan üçün kədərlənərkən özünü yaralamağı qadağan edən əmrə necə yanaşmalıyıq? (3 noy., w04 1/12 s. 31, abz. 11 [w04-U 15/9 s. 27, abz. 5]).
İsrail padşahlarında Allahın Qanununun sürətinin olmasının və onu ömürləri boyu hər gün oxumalarının məqsədi nə idi? (Qanun. t. 17:18—20) (3 noy., w02 1/9 s. 8, abz. 4 [w02-U 15/6 s. 12, abz. 4]).
Qanunun təkrarı 19:15—19 ayələrində məsihçi üçün başqasına qarşı şahidlik etməklə bağlı hansı xəbərdarlıq var? (10 noy., w06 1/2 s. 8, abz. 7 [w06-U 15/1 s. 22, abz. 7]).
«Dəyirmanı yaxud üst daşını... girov» götürmək nə üçün həyatı almağa bərabər idi? (Qanun. t. 24:6) (17 noy., w04 1/12 s. 31, abz. 4 [w04-U 15/9 s. 26, abz. 3]).
İsraillilər Allaha hansı əhval-ruhiyyə ilə itaət etməli idilər və bizi Yehovaya xidmətə nə təşviq etməlidir? (Qanun. t. 28:47) (24 noy., w10 15/9 s. 8, abz. 4).
Qanunun təkrarı 30:19, 20 ayələrinə əsasən həyat üçün əsas üç tələb hansıdır? (24 noy., w10 15/2 s. 28, abz. 17).
Bizdən Müqəddəs Kitabı başdan-ayağa pəsdən və ya pıçıltı ilə oxumaq tələb olunur? İzah edin (Yeşua 1:8). (8 dek., w13 15/4 s. 7, 8, abz. 4).
Yeşua 5:14, 15 ayələrində xatırlanan «Rəbbin ordusunun başçısı» kimdir və bu, bizi nəyə əmin edir? (8 dek., w05 1/3 s. 4, abz. 1 [w04-U 1/12 s. 9, abz. 2].
Nəyə görə Akan günaha təslim oldu və biz bundan nə nəticə çıxara bilərik? (Yeşua 7:20, 21) (15 dek., w10 15/4 s. 20, 21, abz. 2, 5).
Kalevin nümunəsi bu gün bizim üçün nəyə görə ruhlandırıcıdır? (Yeşua 14:10—13) (29 dek., w05 1/3 s. 6, abz. 4 [w04-U 1/12 s. 12, abz. 2]).