Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w20 may s. 8—11
  • Axırzamanda rəqib padşahlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Axırzamanda rəqib padşahlar
  • Gözətçi qülləsi 2020
  • Oxşar material
  • Axırzamanda «şimal padşahı» olmuş dövlətlər
    Gözətçi qülləsi 2020
  • Yehova tezliklə nəyin baş verəcəyini açıqlayır
    Gözətçi qülləsi 2012
  • Şimal padşahı bu gün kimdir?
    Gözətçi qülləsi 2020
  • «Vəhy» kitabı və Allahın düşmənləri
    Gözətçi qülləsi 2022
Əlavə
Gözətçi qülləsi 2020
w20 may s. 8—11

Axırzamanda rəqib padşahlar

Bu sxemdəki bəzi peyğəmbərliklər eyni zaman kəsiyində yerinə yetib. Bu peyğəmbərliklərin hamısı axırzamanda yaşadığımızı sübut edir (Dən. 12:4)

Sxemdə peyğəmbərliklər və 1870-ci ildən bu günə kimi kimin şimal padşahı, kimin cənub padşahı olduğu göstərilir.
  • 1-ci sxemdə təxminən 1870—1918-ci illər ərzində yerinə yetən peyğəmbərliklər təsvir olunub. 1914-cü ildən başlayan dövr axırzaman adlanır. 1-ci peyğəmbərlik: Yeddi başlı vəhşi heyvan sxemdə göstərilən ilk tarixdən daha öncə peyda olur. Birinci dünya müharibəsi ərzində heyvanın yeddinci başı yaralanır. 1917-ci ildən sonra yeddinci baş sağalır və vəhşi heyvan yenidən güclənir. 2-ci peyğəmbərlik: 1871-ci il, şimal padşahı aşkara çıxır, 1870-ci il, cənub padşahı aşkara çıxır. 1871-ci ildə şimal padşahı Almaniya olur. Cənub padşahı əvvəlcə Böyük Britaniya idi, 1917-ci ildə cənub padşahı İngiltərə-Amerika dünya imperiyası olur. 3-cü peyğəmbərlik: 1870-ci illərdən başlayaraq, Çarlz Rassel və onun yoldaşları «elçi» olur. 1880-ci illərin əvvəli, «Sion Gözətçi qülləsi» oxucularını xoş xəbəri təbliğ etməyə səsləyir. 4-cü peyğəmbərlik: 1914-cü ildə biçin dövrü başlayır. Alaq otları buğdadan ayrılır. 5-ci peyğəmbərlik: 1917-ci ildən başlayaraq dəmir və gil qarışığından olan ayaqlar aşkara çıxır. Sxemdə həmçinin 1914—1918-ci illər, Birinci dünya müharibəsi ərzində baş verən dünya hadisələri təsvir olunub. Həmçinin Yehovanın xalqına təsir edən hadisələr təsvir olunub: 1914—1918-ci illər, Britaniyada və Almaniyada Müqəddəs Kitab tədqiqatçıları həbs olunur. 1918-ci il, Birləşmiş Ştatlarda baş idarədə olan qardaşlar həbs olunur.
    1-ci peyğəmbərlik.

    Ayələr: Vəhy 11:7; 12:13, 17; 13:1—8, 12

    Peyğəmbərlik. «Vəhşi heyvan» əsrlərdir dünyanı idarə edir. Axırzamanda onun yeddinci başı yaralanır. Sonra bu baş sağalır və «bütün bəşər» vəhşi heyvanın ardınca gedir. Şeytan vəhşi heyvan vasitəsilə məsh olunmuş məsihilərdən «qalanlara» qarşı vuruşur.

    İcrası. Daşqından sonra Yehovanın düşmənləri hakimiyyət sürməyə başladı. Əsrlər sonra, Birinci Dünya müharibəsi ərzində Britaniya imperiyası hədsiz dərəcədə zəiflədi. Birləşmiş Ştatlarla ittifaqa girəndən sonra isə yenidən gücləndi. Xüsusilə də axırzamanda Şeytan bütün hökumətlərdən istifadə edərək Allahın xalqını təqib edir.

  • 2-ci peyğəmbərlik.

    Ayələr: Dən. 11:25—45

    Peyğəmbərlik. Axırzaman ərzində şimal padşahı ilə cənub padşahı arasında rəqabət gedir.

    İcrası. Almaniya və İngiltərə-Amerika imperiyası bir-birilə vuruşdu. 1945-ci ildə Sovet İttifaqı və müttəfiqləri şimal padşahı oldu. 1991-ci ildə Sovet İttifaqı devrildi, bir müddət sonra Rusiya və müttəfiqləri şimal padşahı oldu.

  • 3-cü peyğəmbərlik.

    Ayələr: Əşy. 61:1; Məl. 3:1; Luka 4:18

    Peyğəmbərlik. Yehova Padşahlıq qurulmazdan öncə «yolu hazırla»maq üçün elçisini göndərir. Elçi «həlimlərə müjdə» verməyə başlayır.

    İcrası. 1870-ci ildən etibarən Çarlz Teyz Rassel və yoldaşları Müqəddəs Kitab həqiqətlərinə aydınlıq gətirmək üçün onu ciddi-cəhdlə araşdırmağa başladılar. 1881-ci ildə onlar başa düşdülər ki, Allahın xidmətçiləri təbliğ etməlidir. Buna görə də «1000 təbliğçi lazımdır» və «Müjdəçilik işi üçün məsh edilmişlər» adlı məqalələr nəşr etdilər.

  • 4-cü peyğəmbərlik.

    Ayələr: Mət. 13:24—30, 36—43

    Peyğəmbərlik. Düşmən buğdanın arasına alaq toxumu səpir. Biçin dövrünə qədər alaq otunun böyüməsinə və buğdanı gizlətməsinə izin verilir. Biçin vaxtı alaq otları buğdaların arasından yığılır.

    İcrası. 1870-ci ildən həqiqi məsihilərlə saxta məsihilər arasındakı fərq daha aydın görünür. Axırzamanda həqiqi məsihilər yığıncağa toplanır, saxta məsihilərdən ayrılır.

  • 5-ci peyğəmbərlik.

    Ayələr: Dən. 2:31—33, 41—43

    Peyğəmbərlik. Müxtəlif metallardan ibarət heykəlin ayaqları dəmir və gil qarışığından ibarətdir.

    İcrası. Gil Britaniya və Amerika dövlətlərinin tabeliyində olub hökumətə qarşı qalxan sadə xalqı təmsil edir. Xalq hərəkatları bu dövlətlərin dəmirəbənzər güclə fəaliyyət göstərmək bacarığını zəiflədir.

  • 2-ci sxemdə axırzamanda, təxminən 1919—1945-ci illər ərzində baş verən hadisələr təsvir olunub. 1945-ci ilə kimi şimal padşahı Almaniya idi. Cənub padşahı isə İngiltərə-Amerika dünya imperiyasıdır. 6-cı peyğəmbərlik: 1919-cu il, məsh olunmuş məsihilər təmizlənmiş yığıncaqlara toplanır. 1919-cu ildən sonra təbliğ işi vüsət aldı və indiyə kimi davam edir. 7-ci peyğəmbərlik: 1920-ci il, Millətlər Cəmiyyəti yaranır və İkinci dünya müharibəsinin başlanğıcına kimi mövcud olur. Sxemdə həmçinin təsvir olunub: 1-ci peyğəmbərlik: Yeddibaşlı vəhşi heyvan mövcudluğuna davam edir. 5-ci peyğəmbərlik: Dəmir və gil qarışığından olan ayaqlar mövcudluğuna davam edir. 1939—1945-ci illər, İkinci dünya müharibəsi ərzində baş verən dünya hadisələri. Yehovanı xalqına təsir edən hadisələr: 1933—1945-ci illər ərzində Almaniyada 11 000-dən çox Yehovanın Şahidi həbs olunur. Britaniyada 1939—1945-ci illər ərzində təxminən 1600 Yehovanın Şahidi həbsə atılır. Birləşmiş Ştatlarda 1940—1944-cü illər ərzində Yehovanın Şahidlərinə qarşı 2500 dəfədən çox hücum olur.
    6-cı peyğəmbərlik.

    Ayələr: Mət. 13:30; 24:14, 45; 28:19, 20

    Peyğəmbərlik. Buğda «anbara» toplanır, Ağa «sadiq və ağıllı nökər»i «evindəki qulluqçular»ın üzərinə təyin edir. «Padşahlıq haqqındakı... müjdə» bütün yer üzündə təbliğ edilməyə başlayır.

    İcrası. 1919-cu ildə sadiq nökər Allahın xalqı üzərində rəhbərlik etməyə təyin olundu. Həmin vaxtdan etibarən Müqəddəs Kitab tədqiqatçıları təbliğ işini irəli aparır. Bu gün Yehovanın Şahidləri 200-dən çox ölkə və ərazidə təbliğ edir və 1000-dən çox dildə Müqəddəs Kitaba əsaslanan nəşrlər dərc edir.

  • 7-ci peyğəmbərlik.

    Ayələr: Dən. 12:11; Vəhy 13:11, 14, 15

    Peyğəmbərlik. İkibuynuzlu vəhşi heyvan yeddibaşlı «vəhşi heyvanın surəti»nin düzəldilməsində təşəbbüs göstərir və ona «nəfəs ver»ir.

    İcrası. İngiltərə-Amerika dünya imperiyasının təşəbbüsü ilə Millətlər Cəmiyyəti yarandı. Başqa millətlər də bu təşkilata qoşuldu. Nəticədə şimal padşahı da Millətlər Cəmiyyətinin üzvü oldu, amma bu üzvlük 1926—1933-cü illər ərzində davam etdi. Daha sonra yaranan BMT kimi, Millətlər Cəmiyyətinə də yalnız Allahın Padşahlığının layiq olduğu şərəf verildi.

  • 3-cü sxemdə axırzamanda, 1945—1991-ci illər ərzində baş verən hadisələr təsvir olunub. 1991-ci ilə qədər şimal padşahı Sovet İttifaqı və müttəfiqləri idi, ondan sonra isə Rusiya və müttəfiqləri şimal padşahı oldu. Cənub padşahı İngiltərə-Amerika dünya imperiyasıdır. 8-ci peyğəmbərlik: Atom bombasından çıxan tüstü İngiltərə-Amerika dünya imperiyasının nə qədər dağıntılara səbəb olduğunu göstərir. 9-cu peyğəmbərlik: 1945-ci ildə təsis olunan Birləşmiş Millətlər Təşkilatı Millətlər Cəmiyyətini əvəz edir. Sxemdə həmçinin təsvir olunub: 1-ci peyğəmbərlik: Yeddibaşlı vəhşi heyvan mövcudluğuna davam edir. 5-ci peyğəmbərlik: Dəmir və gil qarışığından olan ayaqlar mövcudluğuna davam edir. 6-cı peyğəmbərlik: 1945-ci ildə 156 000-dən, 1991-ci ildə isə 4 278 000-dən çox təbliğçi var idi. Yehovanın xalqına təsir edən hadisələr: 1945—1951-ci illər, Sovet İttifaqında minlərlə Yehovanın Şahidi Sibirə sürgün olunur.
    8-ci peyğəmbərlik.

    Ayələr: Dən. 8:23, 24

    Peyğəmbərlik. Vəhmli padşah «görünməmiş bərbadlıqlar» törədir.

    İcrası. İngiltərə-Amerika dünya imperiyası böyük dağıntılara səbəb olub. Misal üçün, İkinci Dünya müharibəsi zamanı Birləşmiş Ştatlar ikili dünya imperiyasına düşmən olan xalqın üzərinə iki atom bombası ataraq tarixdə misli görünməmiş dağıntılar törətdi.

  • 9-cu peyğəmbərlik.

    Ayələr: Dən. 11:31; Vəhy 17:3, 7—11

    Peyğəmbərlik. «Onbuynuzlu, al-qırmızı rəngli» heyvan dibsiz quyudan çıxır və səkkizinci padşah olur. Dənyal kitabında bu padşah «viranəlik gətirən iyrənc şey» adlanır.

    İcrası. İkinci Dünya müharibəsi ərzində Millətlər Cəmiyyəti fəaliyyətinin sonuna doğru gedirdi. Müharibədən sonra «iyrənc şey», yəni BMT yaradıldı. Millətlər Cəmiyyəti kimi, BMT-yə də Allahın Padşahlığının layiq olduğu şərəf verilir. BMT dinə hücum edəcək.

  • 4-cü sxemdə axırzamanda, indiki vaxtdan Armageddona kimi olan dövr ərzində baş verən hadisələr təsvir olunub. Şimal padşahının Rusiya və müttəfiqləri, cənub padşahının isə İngiltərə-Amerika dünya imperiyası olduğu göstərilir. 10-cu peyğəmbərlik: Dünya hökumətləri «sülh və təhlükəsizlik» bəyanatı verir. Bundan sonra böyük müsibət başlayır. 11-ci peyğəmbərlik: Millətlər yalan dini təşkilatlara hücum edir. 12-ci peyğəmbərlik: Dünya hökumətləri Allahın xalqına hücum edir. Məsh olunmuşların qalığı göyə toplanır. 13-cü peyğəmbərlik: Armageddon. Ağ atın belində oturan şəxs qələbəsini başa vurur. Yeddibaşlı vəhşi heyvan məhv edilir, nəhəng heykəlin dəmir və gil qarışığından olan ayaqları çilik-çilik edilir. Sxemdə həmçinin təsvir olunub: 1-ci peyğəmbərlik: Yeddibaşlı vəhşi heyvan Armageddona kimi mövcudluğuna davam edir. 5-ci peyğəmbərlik: Dəmir və gil qarışığından olan ayaqlar Armageddona kimi mövcudluğuna davam edir. 6-cı peyğəmbərlik: Bu gün 8 680 000-dən çox təbliğçi var. Yehovanın xalqına təsir edən hadisələr: 2017-ci ildə Rusiya hökuməti Yehovanın Şahidlərini həbs edir və filial binalarını müsadirə edir.
    10 və 11-ci peyğəmbərliklər.

    Ayələr: 1 Salon. 5:3; Vəhy 17:16

    Peyğəmbərlik. Millətlər «sülh və təhlükəsizlik» bəyanatı verir, sonra «on buynuz və vəhşi heyvan fahişəyə» hücum çəkir və onu məhv edir. Bundan sonra isə bütün millətlər məhv edilir.

    İcrası. Millətlər sülh və təhlükəsizliyə nail olduqlarını iddia edəcəklər. Sonra BMT-yə daxil olan millətlər yalan dini təşkilatları məhv edəcək. Bununla böyük müsibət başlayacaq. Böyük müsibət Armageddonda Şeytan dünyasının qalan hissəsi məhv olanda başa çatacaq.

  • 12-ci peyğəmbərlik.

    Ayələr: Hizq. 38:11, 14—17; Mət. 24:31

    Peyğəmbərlik. Yəcuc Allahın xalqının ölkəsinə soxulacaq. Sonra mələklər Allahın «seçdiklərini» yığacaq.

    İcrası. Şimal padşahı digər hökumətlərlə birlikdə Allahın xalqına hücum edəcək. Bu hücumun başlamasından bir qədər sonra məsh olunmuş məsihilərin yerdə qalan hissəsi göyə yığılacaq.

  • 13-cü peyğəmbərlik.

    Ayələr: Hizq. 38:18—23; Dən. 2:34, 35, 44, 45; Vəhy 6:2; 16:14, 16; 17:14; 19:20

    Peyğəmbərlik. «Ağ at»ın «belində oturan» kəs Yəcucu və onun ordusunu məhv edərək qələbəsini başa vurur. «Vəhşi heyvan» «alovlu gölə» atılır və nəhəng heykəl çilik-çilik edilir.

    İcrası. Allahın Padşahlığının Padşahı Məsih Allahın xalqını xilas edəcək. O, 144 000 hakimiyyət şəriki və mələklər ordusu ilə birgə millətlər birliyini məhv edəcək. Beləcə, Şeytan dünyasına tamamilə son qoyulacaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş