Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w21 oktyabr s. 14—17
  • Yehova ilə dostluğunuzu bərpa edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova ilə dostluğunuzu bərpa edin
  • Gözətçi qülləsi 2021
  • Başlıqlar
  • Oxşar material
  • YARANAN ÇƏTİNLİKLƏR
  • GÜCÜNÜZ ÇATAN MƏQSƏDLƏR QOYUN
  • TƏSLİM OLMAYIN!
  • Yehova üçün dəyərlisiniz!
    Gözətçi qülləsi 2021
  • Əziz ağsaqqallar, Bulusdan örnək götürün
    Gözətçi qülləsi 2022
  • Siz tək deyilsiniz, Yehova sizinlədir
    Gözətçi qülləsi 2021
  • Sevincimiz üçün bizimlə əməkdaşlıq edən ağsaqqallar
    Gözətçi qülləsi 2013
Əlavə
Gözətçi qülləsi 2021
w21 oktyabr s. 14—17
Qardaş dilxor halda uçmuş evinə baxır, onu fikir götürüb ki, evi yenidən bərpa etmək üçün çoxlu güc və vaxt sərf etməlidir.

Yehova ilə dostluğunuzu bərpa edin

HƏR il Yehovaya dəyərli olan çoxlu sayda xidmətçisi Yehovanın Şahidi kimi yenidən bərpa olunur. Bir təsəvvür edin, onların hər biri üçün göydə necə böyük sevinc yaşanır (Luka 15:7, 10). Əgər siz yığıncağa bərpa olunmusunuzsa, əmin olun ki, İsa Məsih, mələklər və Yehova sizi yenidən yığıncaqda görməyə çox şaddır. Amma Yehova ilə dostluğunuzu bərpa edərkən, ola bilsin, müəyyən çətinlikləriniz olsun. Bu nə kimi çətinliklərdir və onları necə aşa bilərsiniz?

YARANAN ÇƏTİNLİKLƏR

Bəziləri bərpa olunandan sonra da bədbin hisslərlə mübarizə aparır. Davud padşah da bu cür hisslər keçirmişdi. Yehova onun günahlarını bağışlasa da, o belə demişdi: «Təqsirlərim başımdan aşır» (Zəb. 40:12; 65:3). İnsan yığıncağa qayıdandan uzun illər sonra da, ola bilər ki, özünü günahkar hiss etsin və xəcalət çəksin. İzabella adlı bacı 20 ildən çox idi ki, yığıncaqdan kənar edilmişdia. O deyir: «Yehovanın məni bağışladığına inanmaq çox çətin idi». Əgər ruh düşkünlüyünə qapılsanız, Yehova ilə münasibətləriniz yenidən zəifləyər (Məs. 24:10). Buna qətiyyən imkan verməyin.

Bəziləri isə qorxur ki, Yehova ilə dostluqlarını bərpa etmək üçün lazım olan hər bir şeyi edə bilməyəcəklər. Antuan bərpa olunandan sonra demişdi: «Elə bil məsihi kimi yaşamaqla bağlı hər şeyi unutmuşdum». Bu kimi hisslərə görə bəziləri ruhani işlərdə tam iştirak etməyə çəkinə bilər.

Belə bir nümunəyə baxaq. Qasırğa nəticəsində bir nəfərin evinə güclü zərər dəyib. Evə baxanda görür ki, onu bərpa etmək xeyli vaxt aparacaq, çoxlu iş görülməlidir və bu, onun gözünü qorxudur. Eynilə ciddi günah ucbatından Yehova ilə münasibətləriniz zədələnibsə, bəlkə, düşünürsünüz ki, ruhani cəhətdən bərpa olunmaq üçün dəridən-qabıqdan çıxmalısınız. Amma əslində, siz köməksiz deyilsiniz.

Yehova deyir: «Gəlin aramızdakı məsələləri həll edək» (Əşy. 1:18). Siz Yehova ilə aranızdakı məsələləri həll etmək üçün artıq çox şey etmisiniz, Yehova da buna görə sizi sevir. Bir düşünün, bununla siz Yehovaya Şeytanın ittihamlarına cavab vermək üçün əsas vermisiniz! (Məs. 27:11).

Yehovaya geri dönməklə siz artıq Ona yaxınlaşmısınız. Yehova söz verir ki, O da Öz növbəsində, sizə yaxınlaşacaq (Yaq. 4:8). Siz artıq yenidən yığıncaqdasınız və bacı-qardaşlara bunu görmək çox xoşdur. Amma bu, kifayət deyil. Yehovaya Atanız və Dostunuz kimi yanaşmalı, Ona sevginizi gücləndirməlisiniz. Bəs bunu necə edə bilərsiniz?

GÜCÜNÜZ ÇATAN MƏQSƏDLƏR QOYUN

Qarşınıza nail ola biləcəyiniz məqsədlər qoyun. Şübhəsiz ki, Yehova və Onun gələcəklə bağlı vədləri barədə əsas biliklər yadınızdadır. İndi sizə lazımdır ki, məsihi kimi fəaliyyətinizi bərpa edəsiniz, məsələn, müntəzəm təbliğ edəsiniz, yığıncaqlara qatılasınız və dindaşlarınızla vaxt keçirəsiniz. Qarşınıza növbəti məqsədləri qoya bilərsiniz.

Tez-tez Yehova ilə söhbət edin. Yehova bilir ki, insan özünü günahkar hiss edəndə dua etmək ona çətindir (Rom. 8:26). Buna baxmayaraq, «daima dua edin» və Yehovaya deyin ki, Onunla dost olmaq istəyirsiniz (Rom. 12:12). Andrey adlı bir qardaş deyir: «Mən dəhşətli dərəcədə özümü günahkar hiss edirdim, xəcalət çəkirdim. Amma hər dəfə Yehovaya dua etdikcə bu hisslər səngiyirdi, qəlb rahatlığı tapırdım». Əgər dua etməyə söz tapa bilmirsinizsə, onda günahlarından tövbə edən Davudun Zəbur 51 və 65-ci məzmurlarda yazılan dualarına nəzər sala bilərsiniz.

Allahın Kəlamını müntəzəm mütaliə edin. Bunun sayəsində ruhən möhkəmlənəcəksiniz və Yehovaya məhəbbətiniz getdikcə artacaq (Zəb. 19:7—11). Felipe adlı bir qardaş deyir: «Mənim ruhani cəhətdən zəifləməyimə və Yehovanı məyus etməyimə səbəb müntəzəm mütaliə etməməyim olmuşdu. Eyni səhvi təkrarlamaq istəmirdim. Buna görə qərara gəldim ki, özümü ruhani cəhətdən qorumaq üçün müntəzəm fərdi mütaliə edim». Siz də qarşınıza bu məqsədi qoya bilərsiniz. Əgər mütaliə üçün mövzu tapmaq sizə çətindirsə, yetkin dostunuzdan kömək istəyə bilərsiniz.

Dindaşlarınızla dostluğunuzu bərpa edin. Bəziləri narahat olur ki, bacı-qardaşlar onlara xoş münasibət göstərməyəcək. Larisa hisslərini bölüşür: «Çox utanırdım. Özümü elə hiss edirdim ki, sanki yığıncağa xəyanət etmişəm. Bu fikirlər uzun müddət məni rahat buraxmırdı». Əmin olun ki, ağsaqqallar və yetkin məsihilər sizə ruhən dirçəlməyə kömək etmək istəyir. («Ağsaqqalların köməyi» adlı çərçivəyə baxın.) Sizi yenidən yığıncaqda görmək onlar üçün çox xoşdur, onlar sizin xoşbəxtliyinizi arzulayır! (Məs. 17:17).

Bacı-qardaşlarla necə yaxın ola bilərsiniz? Onlarla birgə bütün yığıncaq görüşlərində iştirak edin, təbliğdə müntəzəm əməkdaşlıq edin. Bunun sizə hansı faydası olacaq? Feliks deyir: «Yığıncaq mənim qayıdışımı səbirsizliklə gözləyirdi. Sevildiyimi hiss etdim. Onların hamısı mənə kömək etdi ki, yığıncağa yenidən qaynayıb-qarışım, Yehovanın əfvini hiss edim və irəli gedim». («Siz nə edə bilərsiniz?» adlı çərçivəyə baxın.)

Siz nə edə bilərsiniz?

Həyatınızda ruhani fəaliyyəti bərpa edin

Ağsaqqal Yehovaya geri dönən qardaşla birgə dua edir.

TEZ-TEZ YEHOVA İLƏ SÖHBƏT EDİN

Yehovaya deyin ki, Onunla dost olmağı çox istəyirsiniz. Ağsaqqallar da həm sizinlə birgə, həm də ayrıca sizin üçün dua edəcək

Həmin ağsaqqal «Yehovaya yaxınlaş» kitabı vasitəsilə bu qardaşa dərs keçir.

ALLAHIN KƏLAMINI MÜNTƏZƏM MÜTALİƏ EDİN

Bunun sayəsində Yehovaya məhəbbətiniz artacaq

Həmin qardaş yığıncağından bəzi bacı-qardaşlarla birgə yığışıb, ünsiyyət edir.

DİNDAŞLARINIZLA DOSTLUĞU BƏRPA EDİN

Bacı-qardaşlarla birgə bütün yığıncaq görüşlərində iştirak edin, onlarla təbliğdə müntəzəm əməkdaşlıq edin

TƏSLİM OLMAYIN!

Yehova ilə münasibətlərinizi bərpa edərkən Şeytan yenə də «qasırğalar» vasitəsilə sizi zəiflətməyə çalışacaq (Luka 4:13). Buna hazır olmaq üçün indidən ruhani evinizi möhkəmləndirin.

Yehova quzuları barəsində belə vəd verib: «İtəni axtarıb tapacağam, azanı geri qaytaracağam, yaralının yarasını sarıyacağam, zəif düşəni qüvvətləndirəcəyəm» (Hizq. 34:16). Yehova artıq çoxlu sayda insana Onunla münasibətini bərpa etməyə kömək edib. Yehova sizə də kömək etmək istəyir ki, Onunla əvvəlkindən də möhkəm münasibətiniz olsun.

Ağsaqqalların köməyi

Ağsaqqal qardaşa «zərər dəymiş evini» bərpa etməyə kömək edir.

Bərpa olunan insanın Yehova ilə münasibətlərinin möhkəmlənməsində ağsaqqallar mühüm rol oynayır. Onlar hansı köməyi göstərə bilər?

Onları ürəkləndirin. Həvari Bulus bilirdi ki, tövbə edən günahkar «hədsiz kədərə qərq» ola bilər (2 Kor. 2:7). Ola bilsin, o, xəcalət çəkir, məyusluğa qapılır. Bulus yığıncağa belə nəsihət vermişdi: «Onu bağışlayın və ona təsəlli verin». Bərpa olunan insanı əmin etmək lazımdır ki, Yehova və dindaşları onu ürəkdən sevir. Başqalarının onları daim tərifləməsi, əməli kömək göstərməsi onlara ruh düşkünlüyünə qapılmamağa kömək edə bilər.

Onlarla birgə dua edin. «Salehin hərarətli duasının böyük təsiri var» (Yaq. 5:16). Məqalədə adı çəkilən Larisa deyir: «Ağsaqqallara öz narahatçılıqlarımı, qorxularımı dedim. Onlar da mənim üçün dua etdilər. Bundan sonra başa düşdüm ki, onlar mənə acıqlı deyilmiş. Ağsaqqallar mənə Yehova ilə münasibətlərimi bərpa etməyə kömək etmək istəyirdilər». Teo deyir: «Ağsaqqalların duasından sonra məndə əminlik yarandı ki, Yehova məni ürəkdən sevir və məndə təkcə pis şeyləri yox, yaxşı şeyləri də görür».

Onlarla dostlaşın. Bərpa olunan insanın dosta ehtiyacı var. Castin adlı bir ağsaqqal deyir: «Onlarla xidmətdə əməkdaşlıq etmək üçün hər imkandan istifadə edin. Ən əsası, onlara gedib hal-əhval tutun. Bərpa olunan insanla dostlaşmaq olduqca zəruridir!» Henri adlı ağsaqqal deyir: «Yığıncaqdakılar görsə ki, ağsaqqallar bərpa olunan insanla dostluq edir, onlar da eyni şeyi edəcək».

Onlara mütaliə etməyə kömək edin. Yetkin dost bərpa olunan insana kömək edə bilər ki, yenidən mütaliə vərdişinə yiyələnsin. Darko adlı bir ağsaqqal deyir: «Mən onlarla fərdi mütaliə zamanı tapdığım fikirləri bölüşməyi xoşlayıram və çalışıram, mütaliəyə olan sevgimi onlara da ötürüm. Həmçinin hansısa məqaləni birlikdə oxumağı təklif edirəm». Kleyton adlı başqa bir ağsaqqal deyir: «Onları təşviq edirəm ki, Müqəddəs Kitabdan öz vəziyyətlərinə uyğun hadisələri oxusunlar».

Onlara ağsaqqal ziyarəti edin. Bərpa olunan insanlar ağsaqqalları hakim qismində görüblər. İndi isə vacibdir ki, onlara qayğıkeş çoban kimi baxsınlar (Ərm. 23:4). Onları diqqətlə dinləyin, ürəkdən tərifləyin, tez-tez əlaqə saxlayın. Görün Markus adlı ağsaqqal bu cür ziyarətlər zamanı nə edir: «Biz Müqəddəs Kitabdan hansısa fikri bölüşürük, onları tərifləyirik. Onları əmin edirik ki, biz də, Yehova da onlarla fəxr edirik, çünki geri dönməkdən ötrü çox əziyyət çəkiblər. Hər ziyarətin sonunda növbəti ziyarət üçün gün təyin edirik».

a Bu məqalədə adlar şərtidir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş