Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w22 fevral s. 30
  • Bilirsiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsiniz?
  • Gözətçi qülləsi 2022
  • Oxşar material
  • Xoşbəxt nikaha hazırlıq
    Ailə xoşbəxtliyinin sirri
  • Qoy nikahınız sizə sevinc gətirsin
    Gözətçi qülləsi 2008
Gözətçi qülləsi 2022
w22 fevral s. 30
İsrailli kişi gələcək qayınatasına başlıq pulu qismində inək verir.

Başlıq pulu qismində heyvan verilə bilərdi

Bilirsiniz?

Nəyə görə qədimdə israillilər başlıq pulu verirdilər?

QƏDİM dövrdə oğlan tərəflə qız tərəf toy razılığına gələndən sonra qızın ailəsinə başlıq haqqı verilirdi. Bu başlıq haqqı hansısa qiymətli bir şey, heyvan və ya pul qismində verilə bilərdi. Bəzən isə bu, insan əməyi şəklində ödənilirdi. Məsələn, Yaqub Rəhiləni almaq üçün atası ilə razılığa gəlmişdi ki, onun üçün yeddi il işləyəcək (Yar. 29:17, 18, 20). Bu adətin məqsədi nə idi?

Müqəddəs Kitab alimi Karol Mayers qeyd edir: «Başlıq pulu, bir növ, qızın ailəsinə ödənilən təzminat idi, çünki ailə qızlarının köməyindən məhrum olurdu, bu isə [kənd təsərrüfatı ilə məşğul olan] ailələr üçün böyük itki demək idi». Başlıq pulu həmçinin nikah sayəsində yaranan yeni qohumluq bağlarını gücləndirirdi. Bu qohumluq bağları sayəsində gələcəkdə dara düşən tərəf köməksiz qalmayacaqdı. Bundan əlavə, başlıq pulu onu göstərirdi ki, qız artıq nişanlıdır; o, atasının himayəsindən çıxaraq ərinin himayəsi altına düşəcək.

Başlıq pulunun ödənilməsi adəti o demək deyildi ki, qadın bir əşya kimi satılıb alına bilər. Qədim İsraillə bağlı bir kitabda deyilir: «Qızın ailəsinə müəyyən məbləğdə pul, yaxud bu pulun dəyərində nəyinsə ödənilməsi öhdəliyi israillilərin qurduğu nikahla bağlı elə təəssürat oyada bilər ki, sanki alver edilir. Amma görünür, bu pul qızı satın almaq üçün verilmirdi. Bu, qızın ailəsinə təzminat kimi ödənilirdi» («Ancient Israel—Its Life and Institutions»).

Günü bu gün də bəzi ölkələrdə başlıq pulu adəti var. Əgər məsihi valideynlər başlıq pulu istəyirlərsə, çalışacaqlar ki, çox şey tələb etməsinlər və hamı onları «dərrakəli adam kimi tanısın» (Filip. 4:5; 1 Kor. 10:32, 33). Bununla da onlar göstərəcəklər ki, «pulpərəst», başqa sözlə, acgöz insan deyillər (2 Tim. 3:2). Bundan əlavə, məsihi valideynlər həddən artıq çox başlıq pulu istəməyəndə gələcək bəy də məcbur qalmayacaq ki, başlıq pulu qazanana qədər toyu təxirə salsın. Yaxud ondan tələb olunan yüksək məbləği qazanmaq üçün öncül xidmətini dayandırıb, bütün günü işləsin.

Bəzi ölkələrdə başlıq pulu bir qanun kimi dövlət tərəfindən tənzimlənir. Belə hallarda məsihi valideynlər dövlətin qanunlarına boyun əyməlidir. Çünki Allahın Kəlamında yazılıb ki, məsihilər hökumətə tabe olmalıdırlar və Allahın qanunlarına zidd olmayan qanunlara itaət etməlidirlər (Rom. 13:1; Həv. 5:29).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş