Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 41 s. 100—101
  • Davud və Talut

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Davud və Talut
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Davud qaçmağa məcbur olur
    Müqəddəs Kitab hekayələri
  • Davud padşah olur
    Müqəddəs Kitab hekayələri
  • «İtaət etmək qurbandan... daha yaxşıdır»
    Gözətçi qülləsi 2011
  • 1 İşmuilin məzmunu
    Müqəddəs Kitab
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 41 s. 100—101
Davud üzünü Talutun düşərgəsinə tərəf tutub qışqırır

DƏRS 41

Davud və Talut

Davud Calutu öldürəndən sonra Talut padşah onu orduya başçı qoyur. Davud döyüşlərdə çoxlu qələbə çalır və ad-san qazanır. Günlərin bir günü Davud döyüşdən qayıdanda qadınlar rəqs edə-edə onu qarşılayıb oxuyurlar: «Talut qırdı minləri, Davudsa on minləri!» Bu sözləri eşidən Talutun Davuda paxıllığı tutur. Onu öldürmək istəyir.

Davud yaxşı çəng çalır. Bir gün Davud Talut üçün çəng çalanda Talut ona nizə atır. Davud cəld çəkilir və nizə divara batır. Bundan sonra da Talut Davudu öldürməyə çalışır. Davud məcbur qalıb çöllükdə gizlənir.

Talut yuxuda olanda Davud onun nizəsini götürür

Talut 3000 nəfərlik qoşun götürüb Davudu təqib edir. Talut gəlib Davud və adamlarının gizləndiyi mağaraya girir. Adamları Davuda astadan deyir: «Talutu öldürməyin əsl vaxtıdır». Davud xəlvətcə Taluta yaxınlaşıb onun padşahlıq xələtinin ətəyindən kəsir. Talut isə bunu hiss etmir. Amma sonradan Davud Yehovanın seçdiyi padşaha hörmətsizlik etdiyinə görə çox peşman olur. O, adamlarının Taluta hücum etməsinə icazə vermir. Davud hətta Talutu səsləyib deyir: «Səni öldürə bilərdim, amma öldürmədim». Bəs Talut Davudu öldürmək fikrindən daşınır?

Xeyr. Talut Davudu yenə də təqib edir. Bir gecə Davud və silahdaşı Abşay xəlvətcə Talutun düşərgəsinə girir. Həmin gecə hətta Talutun keşikçisi Abnur da yatır. Abşay deyir: «Əla fürsətdir! İzin ver onu öldürüm». Davud cavab verir: «Yehova Özü onunla haqq-hesab çəkəcək. Gəl onun nizəsini və su kuzəsini götürək».

Davud Talutun düşərgəsinin göründüyü yaxınlıqdakı dağa qalxır. O qışqırır: «Abnur, niyə padşahını qorumursan? Talutun kuzəsi və nizəsi hanı?» Talut Davudun səsini tanıyır və deyir: «Sən məni öldürə bilərdin, amma öldürmədin. Bilirəm, İsrailin növbəti padşahı sən olacaqsan». Talut sarayına geri dönür. Talutun ailəsində Davudu çox istəyən insanlar da var.

«İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın. Əzizlərim, siz qisasınızı almayın, Allahın qəzəbinə yer verin» (Romalılara 12:18, 19)

Suallar: Talut Davudu niyə öldürmək istəyir? Davud niyə Talutu öldürmür?

1 İşmuil 16:14—23; 18:5—16; 19:9—12; 23:19—29; 24:1—15; 26:1—25

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş