Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • es23 s. 98—108
  • Oktyabr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oktyabr
  • Müqəddəs Yazıları hər gün araşdırın 2023
  • Başlıqlar
  • Bazar, 1 oktyabr
  • Bazar ertəsi, 2 oktyabr
  • Çərşənbə axşamı, 3 oktyabr
  • Çərşənbə, 4 oktyabr
  • Cümə axşamı, 5 oktyabr
  • Cümə, 6 oktyabr
  • Şənbə, 7 oktyabr
  • Bazar, 8 oktyabr
  • Bazar ertəsi, 9 oktyabr
  • Çərşənbə axşamı, 10 oktyabr
  • Çərşənbə, 11 oktyabr
  • Cümə axşamı, 12 oktyabr
  • Cümə, 13 oktyabr
  • Şənbə, 14 oktyabr
  • Bazar, 15 oktyabr
  • Bazar ertəsi, 16 oktyabr
  • Çərşənbə axşamı, 17 oktyabr
  • Çərşənbə, 18 oktyabr
  • Cümə axşamı, 19 oktyabr
  • Cümə, 20 oktyabr
  • Şənbə, 21 oktyabr
  • Bazar, 22 oktyabr
  • Bazar ertəsi, 23 oktyabr
  • Çərşənbə axşamı, 24 oktyabr
  • Çərşənbə, 25 oktyabr
  • Cümə axşamı, 26 oktyabr
  • Cümə, 27 oktyabr
  • Şənbə, 28 oktyabr
  • Bazar, 29 oktyabr
  • Bazar ertəsi, 30 oktyabr
  • Çərşənbə axşamı, 31 oktyabr
Müqəddəs Yazıları hər gün araşdırın 2023
es23 s. 98—108

Oktyabr

Bazar, 1 oktyabr

Mənimlə bağlı şübhələrə qapılmayan nə xoşbəxtdir! (Mət. 11:6).

Bizim təlimlərimiz və inandığımız hər bir şey Allahın Kəlamına əsaslanır. Bütün bunlara baxmayaraq, çoxları bizim ibadət formamızın çox sadə olduğunu düşünüb, bölüşdüyümüz müjdəni qəbul etmir. Üstəlik, bizim öyrətdiyimizlə onların eşitmək istədikləri üst-üstə düşmür. Bəs şübhələrə qapılmamaq üçün nə etməliyik? Həvari Bulus Romada yaşayan məsihilərə demişdi: «İman insanda sözü eşidəndən sonra yaranır. Söz isə Məsih haqqında danışılanda eşidilir» (Rom. 10:17). Deməli, bizim imanımız Allahın Kəlamını araşdıranda artır, gözə nə qədər xoş görünməsindən asılı olmayaraq, Kəlama əsaslanmayan hansısa dini mərasimlərdə iştirak edəndə yox. Bizim dəqiq biliyə əsaslanan möhkəm imanımız olmalıdır, çünki iman etmədən «Allahın razılığını qazanmaq mümkün deyil» (İbr. 11:1, 6). Ona görə də həqiqəti tapdığımıza inanmaq üçün bizə göydən əlamət lazım deyil. Müqəddəs Kitabdakı imanı möhkəmləndirən təlimləri dəqiqliklə araşdırmaq bizdə əminlik yaratmağa və istənilən şübhələri qovmağa kifayətdir. w21.05 s. 4—5, abz. 11, 12

Bazar ertəsi, 2 oktyabr

Başıma gələnlər müjdənin yayılmasına xidmət etmişdir (Filip. 1:12).

Həvari Bulusun üzləşdiyi çətinliklərin sayı-hesabı yox idi. Bunlara sinə gərmək üçün onun Yehovanın köməyinə ehtiyacı var idi. Məsələn, o, düşmənləri tərəfindən döyülmüş, daşa basılmış və həbs olunmuşdu (2 Kor. 11:23—25). Bulus vaxtaşırı bədbin fikirlərlə mübarizə apardığını öz dili ilə demişdi (Rom. 7:18, 19, 24). Həmçinin o, cisminə bir tikan kimi batırılan hansısa xəstəliklə mübarizə aparırdı. Bu bəladan qurtulmaq üçün o, dönə-dönə Allaha yalvarmışdı (2 Kor. 12:7, 8). Bütün bu çətinliklərə baxmayaraq, Bulus Yehovanın verdiyi güc sayəsində xidmətini davam etdirə bilmişdi. Görün o, hansı işləri görüb. Məsələn, Bulus Romada ev dustağı olarkən yəhudi rəhbərlərinin və ola bilsin, dövlət məmurlarının qarşısında müjdəni cəsarətlə müdafiə etmişdi (Həv. 28:17; Filip. 4:21, 22). O həmçinin İmperator qvardiyasında çoxlarına təbliğ etmişdi. Eləcə də yanına gələn hər kəsə şahidlik verirdi (Həv. 28:30, 31; Filip. 1:13). Bu vaxt ərzində Yehova müqəddəs ruhu ilə Bulusa məktublar yazdırmışdı. w21.05 s. 21, abz. 4, 5

Çərşənbə axşamı, 3 oktyabr

«Yazılanlardan kənara çıxma»... və [lovğalanma] (1 Kor. 4:6).

Qürur Yəhuda padşahı Üziyyənin məsləhəti rədd etməsinə və özbaşınalıq etməsinə gətirib çıxartdı. O, bacarıqlı insan idi, hərbi yürüşlərdə, tikinti layihələrində və təsərrüfat sahəsində böyük nailiyyətlər əldə etmişdi. «Allah onun işini avand edirdi» (2 Saln. 26:3—7, 10). «Amma o, güclənəndə qürurlandı və bu qürur onu uçuruma apardı». Yehova hələ lap çoxdan buyurmuşdu ki, məbəddə yalnız kahin buxur təqdim edə bilər. Amma Üziyyə padşah özbaşınalıq edib, buxur təqdim etmək üçün məbədə daxil oldu. Bu, Yehovaya acıq getdi və bu qürurlu insanı cüzama mübtəla etdi (2 Saln. 26:16—21). Ola bilərmi ki, biz də, Üziyyə kimi, qürur tələsinə düşək? Bəli. Özümüz barədə çox düşünsək, ola bilər. Gəlin unutmayaq ki, istənilən qabiliyyəti, yığıncaqda aldığımız istənilən məsuliyyəti bizə Yehova verib (1 Kor. 4:7). Qürurlu olsaq, Yehova üçün yararsız olacağıq. w21.06 s. 16, abz. 7, 8

Çərşənbə, 4 oktyabr

Cinlərin sizə boyun əydiyinə görə yox, adınızın göylərdə yazıldığına görə sevinin (Luka 10:20).

İsa bilirdi ki, şagirdləri xidmətdə heç də həmişə gözəl nəticələr əldə edə bilməyəcək. Doğrudan da, biz bilmirik, onların təbliğ etdikləri insanlardan neçə nəfər imana gəldi. Buna görə də şagirdlər təkcə əldə etdikləri nailiyyətlərə görə yox, ən əsası, Yehovanı razı saldıqlarına görə sevinməli idilər. Əgər biz də dözümlə təbliğ etsək, əbədi həyat mükafatını alacağıq. Biz Padşahlıq toxumunu əkəndə və suvaranda «ruh üçün» də əkmiş oluruq. Çünki xidmətimizlə göstəririk ki, müqəddəs ruhun bizə istiqamət verməsini istəyirik. Yehova zəmanət verir ki, biz yorulmasaq, «taqətdən düşməsək», əbədi həyatı biçəcəyik. Hətta indiyə qədər heç kimə vəftiz olunmağa kömək edə bilməmişiksə belə (Qal. 6:7—9). w21.10 s. 26, abz. 8, 9

Cümə axşamı, 5 oktyabr

[İsanın] bu adamlara yazığı gəldi,.. onlara çox şey öyrətməyə başladı (Mark 6:34).

Bir dəfə İsa və şagirdləri çox təbliğ etdiklərinə görə taqətdən düşmüşdülər. Onlar dincəlmək üçün bir yerə çəkilmək istəyirdilər. Lakin böyük bir izdiham onları tapdı. İsanın onlara yazığı gəldi və «onlara çox şey öyrətməyə başladı». İsa özünü həmin insanların yerinə qoydu. Gördü ki, onlar əzab çəkir, ümidə ehtiyacları var, buna görə onlara kömək etmək istədi. Bu gün də insanlar eyni vəziyyətdədir. Onların kənardan necə göründüyünə aldanmayın. Onlar çobansız qoyun kimi azıb qalıblar, köməksizdirlər. Həvari Bulus bu cür insanların ümidsiz və Allahsız yaşadığını demişdi (Efes. 2:12). Ərazimizdəki insanların vəziyyəti barədə düşünəndə məhəbbət və şəfqət bizi onlara kömək etməyə təşviq edir. Onlara kömək etməyin ən yaxşı yolu Müqəddəs Kitab dərsi keçməyi təklif etməkdir. w21.07 s. 5, abz. 8

Cümə, 6 oktyabr

Məğrur olmayaq,.. bir-birimizin paxıllığını çəkməyək (Qal. 5:26).

Məğrur insan təkəbbürlüdür və ancaq özünü düşünür. Paxıl insan isə nəinki başqasının sahib olduğu şeyi arzulayır, həmçinin onun bu şeydən məhrum olmasını istəyir. Göründüyü kimi, paxıllıq nifrətin bir növüdür. Məğrurluq və paxıllıq kimi mənfi xüsusiyyətləri təyyarənin yanacağını çirkləndirən maddələrə bənzətmək olar. Ola bilsin, təyyarə havaya qalxacaq, amma bu çirkli maddələr ucbatından yanacaq xətləri tutula bilər və beləcə, təyyarə qəzaya uğrayacaq. Eynilə, ola bilsin, insan bir müddət Yehovaya xidmət edəcək, amma əgər o, məğrur və paxıldırsa, bu onun məhvinə gətirib çıxara bilər (Məs. 16:18). O, Yehovaya xidmət etməyi dayandıracaq, həm özünə, həm də başqalarına zərər gətirəcək. Buna görə də məğrurluqla, təkəbbürlə mübarizə aparmaq üçün həvari Bulusun məsləhətinə əməl etməliyik: «Hikkə ilə, təkəbbürlə heç nə etməyin. Əksinə, təvazökar olub başqalarını özünüzdən üstün sayın» (Filip. 2:3). w21.07 s. 15—16, abz. 6—8

Şənbə, 7 oktyabr

Təbliğ etdiyimiz müjdə sizə yalnız sözlə yox, qüdrətlə, müqəddəs ruhla və güclü əminliklə çatmışdı (1 Salon. 1:5).

Bəzilərinin fikrincə, həqiqi din bütün suallara cavab verməlidir, hətta Müqəddəs Kitabla əlaqəsi olmayan suallara da. Məgər bu, mümkündür? Məsələn, götürək həvari Bulusun nümunəsini. O, məsihiləri təşviq etmişdi ki, «hər şeyin doğru olub-olmadığını» yoxlasınlar. Bununla yanaşı, demişdi ki, o özü də çox şeyi anlamır (1 Salon. 5:21). Bunu onun sözlərindən görmək olar. O demişdi ki, indi biliyimiz məhduddur, «çünki hal-hazırda biz, sanki, metal güzgüyə baxıb orada dumanlı surətlər görürük» (1 Kor. 13:9, 12). Bizim kimi, Bulusun da başa düşmədiyi şeylər var idi. Amma o, Yehova haqqında əsas həqiqətləri bilirdi və bu, onun həqiqətdə olduğuna əmin olması üçün kifayət idi. Bəs biz həqiqəti tapdığımıza əminliyimizi necə gücləndirə bilərik? Bunun üçün bilməliyik ki, İsa hansı ibadət tərzini öyrətmişdi və Yehovanın Şahidlərinin ibadəti buna uyğundur, ya yox. w21.10 s. 18—19, abz. 2—4

Bazar, 8 oktyabr

Əlli yaşdan sonra... azad [olmalıdır] (Say. 8:25).

Əziz yaşlı dindaşlarımız, fərqi yoxdur, tamvaxtlı xidmətdəsiniz, ya yox, başqalarına kömək etmək üçün çox şey edə bilərsiniz. Yeni vəziyyətə uyğunlaşın, yeni məqsədlər qoyun, diqqətinizi edə biləcəyiniz şeylərə cəmləyin. Davud padşah Yehovaya ev tikməyi hədsiz dərəcədə çox istəyirdi. Ancaq Yehova deyəndə ki, bu şərəfli işi gənc Süleyman edəcək, Davud bu qərara boyun əydi və layihəni sidqi-ürəklə dəstəklədi (1 Saln. 17:4; 22:5). Davud düşünmədi ki, Süleyman gənc və səriştəsiz olduğu üçün özü bu işin öhdəsindən daha yaxşı gələrdi (1 Saln. 29:1). O anlayırdı ki, bu tikinti layihəsinin başa çatması işə başçılıq edən insanların yaşından və təcrübəsindən yox, Yehovadan asılıdır. Davuddan örnək alaraq yaşlı məsihilər təyinatları dəyişəndə belə, Yehovaya xidmətdə fəal qalırlar. Həmçinin onlar bilirlər ki, Yehova gənclərə əvvəllər onların gördüyü işin öhdəsindən gəlməyə kömək edəcək. w21.09 s. 9, abz. 4; s. 10, abz. 5, 8

Bazar ertəsi, 9 oktyabr

O, həlimləri doğruluğa yönəldər, onlara Öz yolunu öyrədər (Zəb. 25:9).

Yehovaya xidmətdə qoyduğumuz məqsədlər bizə istiqamət verir və həyatımızı mənalı edir. Amma bunun üçün qarşımıza başqalarının məqsədini qoymamalıyıq. Öz bacarıq və qabiliyyətimizi nəzərə almalıyıq. İstəmərik ki, qarşımıza əlçatmaz məqsədlər qoyaq, sonra da ruhdan düşək (Luka 14:28). Yehovanın xidmətçisi olduğunuz üçün Onun böyük ailəsində dəyərli yer tutursunuz. Yehova sizi Özünə ona görə cəlb etməyib ki, siz başqalarından daha yaxşısınız. O sizin ürəyinizə baxıb gördü ki, siz həlim insansınız, sizə təlim verib, formalaşdıra bilər. Əmin olun ki, Yehova Ona xidmətdə əlinizdən gələni etdiyinizi görəndə çox sevinir. Sizin dözümlü və sədaqətli olmağınız göstərir ki, «yaxşı və gözəl ürəkli» insansınız (Luka 8:15). Odur ki, bundan sonra da Yehovanın yolunda əlinizdən gələni edin. Onda öz əməllərinizə görə sevinə biləcəksiniz (Qal. 6:4). w21.07 s. 24, abz. 15; s. 25, abz. 20

Çərşənbə axşamı, 10 oktyabr

Günahkarı səhv yoldan qaytaran onu... qurtarmış olur (Yaq. 5:20).

Biz haqq-ədalətin bərqərar olunmasını səbirlə gözləməliyik. Məsələn, ağsaqqallar yığıncaqda kiminsə ciddi günah işlədiyindən xəbərdar olanda ilk növbədə dua edib «yuxarıdan nazil olan hikmət» diləyirlər ki, vəziyyətə Yehovanın gözü ilə baxsınlar (Yaq. 3:17). Onların məqsədi mümkünsə, günahkarı səhv yoldan qaytarmaqdır (Yaq. 5:19, 20). Həmçinin onlar əllərindən gələni edirlər ki, yığıncağı qorusunlar və zərərçəkənlərə təsəlli versinlər (2 Kor. 1:3, 4). Kimsə ciddi günah işləyəndə ağsaqqallar əvvəlcə bütün faktları öyrənməlidir, bunun üçün isə müəyyən vaxt lazımdır. Sonra onlar dua edib, düşünülmüş şəkildə günahkara Müqəddəs Kitabdan məsləhət verir və «lazımi ölçüdə» düzəliş edir (Ərm. 30:11). Ağsaqqallar tez-tələsik qərar vermir. Onlar Yehovanın göstərişlərinə uyğun davrananda bütün yığıncaq bunun xeyrini görür. w21.08 s. 10—11, abz. 12, 13

Çərşənbə, 11 oktyabr

Sən hara getsən, mən də ora gedəcəyəm,.. xalqın xalqım olacaq, sənin Allahın mənim Allahım olacaq (Rut 1:16).

İsraildə qıtlıq olanda Naimə, həyat yoldaşı və iki oğulları Muaba köçmüşdülər. Orada olarkən Naimənin əri vəfat etdi. Daha sonra oğulları evləndi, amma əfsus ki, onlar da öldü (Rut 1:3—5). Bu bəlalar Naiməni getdikcə daha da dərin kədərə qərq etmişdi. Yaşadığı faciələrə görə onun qəlbi qubar bağlamışdı. Hətta elə düşünürdü ki, Yehova ona düşmən kəsilib. O, belə sözlər demişdi: «Yehovanın mənə qəzəbi tutub». «Qüdrət Sahibi həyatımı acı etdi». «Yehova mənə düşmən kəsildi, Qüdrət Sahibi başıma bədbəxtlik gətirdi» (Rut 1:13, 20, 21). Yehova başa düşür ki, «zülm hikmətlini dəli edər» (Vaiz 7:7). O, Rutu yönləndirdi ki, Naiməyə məhəbbət göstərsin. Rut səmimi qəlbdən qayınanasına kömək etdi ki, o, mənəvi cəhətdən dirçəlsin və Yehovanın sevgisinə əmin olsun. w21.11 s. 9—11, abz. 9, 10 ,13

Cümə axşamı, 12 oktyabr

Allahdan [diləyin] (Yaq. 1:5).

Diqqətimizi hal-hazırkı təyinatımıza cəmləmək o deməkdirmi ki, artıq xidmətimizi genişləndirməyə can atmamalıyıq? Xeyr, biz yenə də qarşımıza ruhani məqsədlər qoya bilərik və qoymalıyıq da. Bu məqsədlər bizə xidmətdə daha da səriştəli olmağımıza və bacı-qardaşlar üçün daha çox yararlı olmağımıza kömək edəcək. Əgər hikmətli və təvazökar olub qarşımıza real məqsədlər qoysaq və özümüzü yox, başqalarına xidmət etməyi düşünsək, məqsədlərimizə çatacağıq və sevinc duyacağıq (Məs. 11:2; Həv. 20:35). Bəs qarşınıza hansı məqsədləri qoya bilərsiniz? Sizin üçün hansı məqsədlərin real olduğunu müəyyən etmək üçün duada Yehovadan kömək istəyin (Məs. 16:3). Məsələn, köməkçi öncül və ya öncül olmağı, Beyteldə xidmət etməyi və ya tikinti layihələrində iştirak etməyi qarşınıza məqsəd qoya bilərsiniz? Yaxud müjdəni yaymaq və ya başqa ərazidə xidmət etmək üçün yeni dil öyrənə bilərsiniz. w21.08 s. 23—24, abz. 14, 15

Cümə, 13 oktyabr

[Yehovanın] məhəbbəti əbədidir (Zəb. 136:1).

Məhəbbət göstərmək Yehovaya xoşdur (Mik. 7:18). O bizi də məhəbbət göstərməyə təşviq edir. Amma əvvəlcə bu xüsusiyyətə nələrin daxil olduğunu bilməliyik. Müqəddəs Kitabın bir çox yerində «məhəbbət» kimi tərcümə olunan söz ibrani dilində xesed sözüdür. Bu sözün mənası nədir? Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin lüğətində deyilir ki, xesed özünə «məhəbbət, öhdəlik, sədaqət və bağlılıq hisslərini daxil edir». Həmçinin bu söz xeyirxahlıq, yaxşılıq, lütf kimi də tərcümə edilib. «Çox vaxt bu sözlə Allahın insanlara bəslədiyi məhəbbət təsvir edilir. Həmçinin insanlar arasındakı münasibətlərə aid işlənir». Məhəbbət təzahür etdirməkdə Yehova ən ali nümunədir. Davud padşah əbəs yerə növbəti sözləri deməmişdi: «Ey Yehova, Sənin məhəbbətin göylərə çatır... Pərvərdigara, məhəbbətin necə də əzizdir!» (Zəb. 36:5, 7). Yehovanın məhəbbəti, Davud kimi, sizin üçün də dəyərlidir? w21.11 s. 2, abz. 1, 2; s. 3, abz. 4

Şənbə, 14 oktyabr

Buna görə də bu cür dua edin: «Göylərdə olan Atamız» (Mət. 6:9).

Yehovanın ailəsinə «bütün xilqətin ilki» olan İsa Məsih və böyük sayda mələklər daxildir (Kol. 1:15; Zəb. 103:20). İsa Məsih yer üzündə olanda göstərmişdi ki, sadiq insanlar da Yehovaya «Ata» deyə müraciət edə bilər. O, şagirdləri ilə Yehova haqqında danışarkən «Atam» və «sizin Atanız» sözlərini işlətmişdi (Yəh. 20:17). Biz özümüzü Yehovaya həsr edib vəftiz olunanda bacı-qardaşlardan ibarət mehriban ailəyə daxil oluruq (Mark 10:29, 30). Yehova məhəbbətli Atadır. İsa Məsih istəyir ki, biz Yehovaya onun kimi yanaşaq; Yehovanın laqeyd Allah olmadığını, mehriban, qayğıkeş olduğunu, istədiyimiz vaxt Ona yaxınlaşa biləcəyimizi anlayaq. O, duasının əvvəlində Yehovaya «Atamız» deyə müraciət etmişdi. Yeri gəlsə, İsa deyə bilərdi ki, biz Allaha «Qüdrət Sahibi», «Yaradan», «əbədiyyət Hökmdarı» deyə müraciət edək. Bu, səhv olmazdı, çünki Müqəddəs Kitabda Yehovaya bu cür sözlərlə xitab olunur (Yar. 49:25; Əşy. 44:2; 1 Tim. 1:17). Amma İsa istədi ki, biz Yehovaya «Ata» deyə müraciət edək. w21.09 s. 20—21, abz. 1, 3

Bazar, 15 oktyabr

Mənəssə anladı ki, Yehova tək olan Allahdır (2 Saln. 33:13).

Mənəssə padşah Yehovanın peyğəmbərləri vasitəsilə dediyi xəbərdarlıqları qulaqardına vururdu. Lakin sonra «Yehova Aşşur padşahının sərkərdələrini [Yəhudanın] üstünə göndərdi. Aşşurlular Mənəssəni tutdular, onu qarmaqlayıb mis qandalla qandalladılar və Babilə apardılar». Qürbət eldə, zindanda olduğu vaxt, görünür, Mənəssə tutduğu əməllər barədə ciddi düşündü. O, «ata-babalarının Allahı qarşısında özünü çox alçaltdı». Üstəlik, «Allahı Yehovaya yalvarıb rəhm dilədi». Belə ki, «durmadan Allaha yalvarıb-yaxardı» (2 Saln. 33:10—12). Bir müddət sonra Yehova Mənəssənin dualarına cavab verdi. Yehova Mənəssənin ürəyindəki dəyişikliyi görürdü, onun duaları bunu aydın göstərirdi. Yehova onun əfv duasını qəbul etdi və taxta qaytardı. Onun tövbəsinin ürəkdən olduğunu göstərmək fürsəti yarandı və o, bunun üçün əlindən gələni etdi. w21.10 s. 4, abz. 10, 11

Bazar ertəsi, 16 oktyabr

İki nəfər bir nəfərdən yaxşıdır, çünki çəkdikləri zəhmətin mükafatı gözəl olacaq (Vaiz 4:9).

Akvilas və Priskilla doğma ərazilərini qoyub getməli idi, yeni yerdə məskunlaşmalı idi, çadır tikmək işini yenidən qurmalı idi. Onlar Korinf şəhərinə köçdülər. Yeni yığıncaqlarına qaynayıb-qarışdılar, Bulusla birgə bacı-qardaşları möhkəmləndirdilər. Sonralar onlar təbliğçilərə daha çox tələbat olan şəhərlərə köçdülər (Həv. 18:18—21; Rom. 16:3—5). Görün onlar əl-ələ verib necə gözəl, məna dolu həyat sürüb! Bizim dövrdə də ər-arvadlar Priskilla və Akvilasdan örnək götürüb Padşahlığı hər şeydən üstün tuta bilərlər. Gələcəklə bağlı məqsədləri müzakirə etməyin ən gözəl vaxtı evlənməmişdən qabaqdır. Cütlüklər birgə qərar verəndə və eyni ruhani məqsədlərə nail olmağa çalışanda Yehovanın müqəddəs ruhunun köməyini görmək imkanları daha çox olur (Vaiz 4:12). w21.11 s. 17—18, abz. 11, 12

Çərşənbə axşamı, 17 oktyabr

Qoy hər kəs ata-anasına hörmət etsin... Mən sizin Allahınız Yehovayam (Lav. 19:3).

Bəli, biz Yehovanın buyruğuna uyğun olaraq, valideynlərimizə hörmət etməliyik. Fikir verin ki, Lavililər 19:3 ayəsindəki ata-anaya hörmət etməklə bağlı göstəriş «siz müqəddəs olmalısınız, çünki Mən, Allahınız Yehova müqəddəsəm» sözlərindən dərhal sonra gəlir (Lav. 19:2). Valideynlərə hörmət etmək göstərişi ilə bağlı özümüzə növbəti sualı verə bilərik: «Məndə bu sahədə vəziyyət necədir?» Ola bilsin, belə qənaətə gəldiniz ki, valideynləriniz üçün daha çox şey edə bilərdiniz. Keçmişi dəyişmək mümkün olmasa da, indi nələrisə dəyişə bilərsiniz. Məsələn, onlarla birlikdə daha çox vaxt keçirə bilərsiniz. Onlara maddi, ruhani və mənəvi cəhətdən daha çox dəstək ola bilərsiniz. Bununla siz Lavililər 19:3 ayəsində yazılan göstərişə uyğun davranmış olacaqsınız. w21.12 s. 4—5, abz. 10—12

Çərşənbə, 18 oktyabr

İnsanları mühakimə etməyin (Mət. 7:1).

Davud padşah ciddi günahlar etmişdi. Məsələn, o, Badsəba ilə zina etmişdi və onun ərini öldürtmüşdü (2 İşm. 11:2—4, 14, 15, 24). Nəticədə, Davud nəinki özünü, arvadları da içində olmaqla, bütün ailəsini bəlaya salmışdı (2 İşm. 12:10, 11). Başqa bir vaxt isə Davud Yehovaya tam etibar etməmişdi. Yehovanın əmrinə zidd olaraq İsrail ordusunu siyahıya almışdı. Bəs bunun aqibəti nə oldu? Təxminən 70 000 israilli xəstəlikdən öldü! (2 İşm. 24:1—4, 10—15). Əgər siz həmin dövrdə yaşasaydınız, Yehovanın mərhəmətinə layiq olmadığını düşünüb Davudu mühakimə edərdiniz? Yehova belə etmədi. O, diqqətini Davudun həyatı boyu necə sadiq olduğuna və ürəkdən tövbə etdiyinə cəmlədi. Beləcə, Yehova Davudun ciddi günahlarını bağışladı. Yehova bilirdi ki, Davud Onu sevir və əmrlərinə riayət etmək istəyir. Nə yaxşı ki, Yehova bizdə gözəl xüsusiyyətlərə fikir verir (1 Pad. 9:4; 1 Saln. 29:10, 17). w21.12 s. 19, abz. 11—13

Cümə axşamı, 19 oktyabr

Həmin andaca o adamın gözləri açıldı və o, Allaha alqış oxuya-oxuya İsanın ardınca getdi (Luka 18:43).

İsa Məsih fiziki qüsuru olanlara şəfqət göstərirdi. Yadınızdadırsa, o, Vəftizçi Yəhyaya ismarıc göndərəndə belə demişdi: «Korların gözləri açılır, topallar gəzir, cüzamlılar təmizlənir, karlar eşidir, ölülər dirilir». İsanın möcüzələrini görən camaat Allaha alqış oxuyurdu (Luka 7:20—22). Məsihilər İsadan örnək alaraq qüsurlu insanlara şəfqətlə yanaşırlar. Onlara xeyirxahlıq, anlayış və səbir göstərirlər. Düzdür, Yehova bizə möcüzə göstərmək qabiliyyəti verməyib. Amma bizə fiziki və ruhani cəhətdən kor olan insanlara xoş müjdəni bəyan etmək şərəfi nəsib edib. Beləcə, bu insanlar öyrənirlər ki, Cənnətdə bəşəriyyət fiziki və ruhani cəhətdən tamamilə sağlam olacaq (Luka 4:18). Bu xoş xəbər artıq çoxlu sayda insanı Allahı mədh etməyə təşviq edib. w21.12 s. 9, abz. 5

Cümə, 20 oktyabr

Siz Əyyubun dözümü haqqında eşitmisiniz və Yehovadan gələn nəticəni görmüsünüz (Yaq. 5:11).

Yaqub öyrədərkən Allahın Kəlamına əsaslanırdı. O, Kəlam vasitəsilə dinləyicilərini öyrədirdi ki, Yehova həmişə Əyyub kimi sadiq xidmətçilərini mükafatlandırır. Yaqub bu fikri izah etmək üçün məntiqli şəkildə danışıb, sadə sözlərdən istifadə etmişdi. Bununla da o, diqqəti özünə yox, Yehovaya yönəltmişdi. Bundan nə öyrənirik? Sadə şəkildə və Allahın Kəlamından öyrətməliyik. Məqsədimiz şagirdi öz biliyimizlə təəccübləndirmək olmamalıdır. Əksinə, diqqəti Yehovanın hikmətinə və məhəbbətinə yönəltməliyik (Rom. 11:33). Bu məqsədə nail olmaq üçün öyrətdiyimiz hər şey Müqəddəs Kitaba əsaslanmalıdır. Məsələn, dərs keçdiyimiz insana «sənin yerinə olsaydım, belə edərdim» deməkdənsə, ona Müqəddəs Kitabda yazılanlar üzərində düşünməyə, üzləşdiyi məsələyə Yehovanın necə baxdığını anlamağa kömək edə bilərik. Onda şagird bizi yox, Yehovanı razı salmaq istəyəcək. w22.01 s. 10—11, abz. 9, 10

Şənbə, 21 oktyabr

Başqasını özünüzü sevdiyiniz kimi sevin (Lav. 19:18).

Bizim insanlarla necə rəftar etməyimiz Allah üçün önəmlidir və O istəyir ki, biz insanlara zərər vurmamaqla yanaşı, başqa bir şey də edək. Başqasını özünü sevdiyi kimi sevmək Yehovanı razı salmaq istəyən məsihi üçün mütləqdir. Görün İsa Məsih Lavililər 19:18 ayəsində yazılan əmrin vacibliyini necə vurğulamışdı. Bir dəfə fərisilər ondan soruşmuşdular: «Tövratda ən böyük əmr hansıdır?» İsa cavabında demişdi ki, Allahımız Yehovanı bütün qəlbimizlə, bütün varlığımızla və bütün ağlımızla sevmək «birinci və ən böyük əmrdir». Sonra İsa Lavililər 19:18 ayəsini sitat gətirərək demişdi: «İkincisi də buna bənzəyir: “Başqasını özünü sevdiyin kimi sev”» (Mət. 22:35—40). Başqasına məhəbbət göstərməyin saysız-hesabsız yolları var. Bunun bir yolu Lavililər 19:18 ayəsində yazılan məsləhətə əməl etməkdir. Orada deyilir: «Qisas almayın... Kin saxlamayın». w21.12 s. 10—11, abz. 11—13

Bazar, 22 oktyabr

Fırtınaya baxanda qorxub batmağa başladı və: «Ağa, məni xilas et!» — deyə qışqırdı (Mət. 14:30).

İsa əlini uzadıb həvari Butrusu xilas etdi. Maraqlıdır ki, Butrus diqqətini İsaya cəmlədiyi müddətdə coşqun dənizin üzəri ilə gəzə bilirdi, amma Butrus diqqətini fırtınaya cəmləyəndə qorxuya və şübhəyə qapıldı və batmağa başladı (Mət. 14:24—31). Butrusla baş verənlərdən özümüzə dərs götürə bilərik. Butrus qayıqdan çıxıb dənizə ayağını qoyanda onun məqsədi Ağasının yanına qədər suyun üstü ilə yerimək idi. O düşünmürdü ki, diqqəti yayınacaq və batmağa başlayacaq. Amma əfsuslar olsun ki, fırtına onu məqsədindən yayındırdı. Düzdür, biz bu gün suyun üzəri ilə gəzə bilmirik, amma iman sınaqları ilə üzləşirik. Əgər diqqətimiz Yehovadan və Onun vədlərindən yayınsa, biz ruhani cəhətdən batmağa başlayacağıq. Həyatımızda nə cür fırtına qopursa qopsun, daima ağlımızda Yehova olmalıdır və Onun bizə kömək etməyə qadir olduğunu unutmamalıyıq. w21.12 s. 17—18, abz. 6, 7

Bazar ertəsi, 23 oktyabr

Böyük məhəbbətin sayəsində Sənin evinə gələrəm (Zəb. 5:7).

Dua etmək, Allahın Kəlamını mütaliə etmək və üzərində düşünmək ibadətimizin bir hissəsidir. Biz dua edəndə bizi çox sevən səmavi Atamızla ünsiyyət edirik. Müqəddəs Kitabı mütaliə edəndə hikmətin mənbəyi olan «Allahın elminə» yetişirik (Məs. 2:1—5). Oxuduqlarımızın üzərində düşünəndə isə diqqətimiz Yehovanın gözəl xüsusiyyətlərinə cəmlənir. Onun bizimlə və bəşəriyyətlə bağlı möhtəşəm niyyətini xatırlayırıq. Sizcə, vaxtımızı bundan dəyərli nəyə sərf edə bilərik ki?! Bəs bu vaxtdan tam bəhrələnmək üçün nə etməliyik? Mümkündürsə, sakit bir məkan seçməliyik. Gəlin İsanın nümunəsinə nəzər salaq. Yer üzündəki xidmətinə başlamazdan qabaq İsa 40 gün çöllükdə qaldı (Luka 4:1, 2). Belə bir sakit məkanda onun dua etmək, Atasının onunla bağlı niyyəti haqqında düşünmək imkanı oldu. Əlbəttə ki, bu, İsanı qarşıda onu gözləyən sınaqlara hazırladı. w22.01 s. 27—28, abz. 7, 8

Çərşənbə axşamı, 24 oktyabr

Məsləhət verən çox olarsa, uğur olar (Məs. 15:22).

Bəzən ağsaqqal və ya başqa yetkin məsihi bizə dəyişməli olduğumuz sahələri göstərə bilər. Əgər kimsə bizi çox istədiyindən Müqəddəs Kitab əsasında məsləhət verirsə, biz də bu məsləhətə əməl etməyə çalışmalıyıq. Düzünü desək, insandan məsləhət qəbul etmək bizə daha çətin olur. Hətta bəzən inciyirik. Düzdür, biz qeyri-kamil olduğumuzu boynumuza alırıq, amma kimsə konkret səhvimizi göstərəndə bunu qəbul etməyə çətinlik çəkirik (Vaiz 7:9). Ola bilər ki, özümüzə bəraət qazandıraq, məsləhət verənin niyyətini şübhə altına alaq və ya məsləhətin verilmə tərzi xoşumuza gəlməsin. Yaxud bizə məsləhət verən kəsdə səhv tutub belə deyək: «Onun özünə məsləhət verən lazımdır. O niyə mənə məsləhət verir?» Məsləhətin bizə aid olmadığını düşünsək, nəticədə onu qəbul etməyəcəyik və ya qulağımıza xoş gələn məsləhət axtaracağıq. w22.02 s. 8—9, abz. 2—4

Çərşənbə, 25 oktyabr

Sakitlik və etibar sizin gücünüz [olacaq] (Əşy. 30:15).

Yehovanın vəd etdiyi yeni dünyada Ona etibarımızı sınayan vəziyyətlər olacaq? Gəlin görək israillilər Misir əsarətindən qurtulandan qısa müddət sonra nə baş vermişdi. Bəziləri orada yedikləri tərəvəzlərin, yeməklərin xiffətini çəkib gileylənməyə başladılar; onlar Yehovanın verdiyi mannaya iyrənc bir şey kimi yanaşırdılar (Say. 11:4—6; 21:5). Ola bilərmi ki, böyük müsibət sona çatandan sonra bizdə də eyni hisslər olsun? Biz bilmirik şər dünyanın dağıntılarını təmizləmək, yer üzünü tədricən cənnətə çevirmək üçün nə qədər zəhmət çəkməli olacağıq. Yəqin, görüləsi çox iş olacaq və əvvəl-əvvəl elə də rahat şərait olmayacaq. Bəs həmin vaxt Yehovanın bizə yetirdiklərinə görə naşükürlük etməyə dilimiz gələcək? Bir şey danılmazdır: əgər indi Yehovanın bəxş etdiklərini qiymətləndiririksə, sözsüz, həmin vaxt da belə edəcəyik. w22.02 s. 7, abz. 18, 19

Cümə axşamı, 26 oktyabr

Bir yəhudinin ətəyindən yapışıb [deyəcəklər]: «Biz də səninlə gedirik» (Zək. 8:23).

Zəkəriyyə 8:23 ayəsində yazılan peyğəmbərlikdəki «bir yəhudi» və «səninlə» sözləri eyni qrup insana — məsh olunmuşların yer üzündə qalan hissəsinə aiddir (Rom. 2:28, 29). «Bütün xalqlardan olan, müxtəlif dillərdə danışan on adam» isə başqa qoyunları təmsil edir. Onların yəhudinin ətəyindən yapışması o deməkdir ki, onlar sədaqətlə pak ibadətdə məsh olunmuşlara qoşulurlar. Hizqiyal 37:15—19, 24, 25 ayələrindəki peyğəmbərliyin icrası zamanı da oxşar şey oldu: Yehova məsh olunmuşlarla başqa qoyunları birləşdirdi, aralarında sarsılmaz birlik yaratdı. Peyğəmbərlikdə iki çubuq haqqında danışılır. Göylər ümidinə sahib olanlar «Yəhuda üçün» olan çubuq kimidirlər, çünki İsrail padşahları bu qəbilədən seçilirdi. Yer üzündə yaşamağa ümid edənlər isə «Əfraimin çubuğu» kimidirlər. Yehova bu iki qrupu birləşdirib ki, onlar «bir çubuq» olsunlar. Bu o deməkdir ki, onlar bir padşahın, İsa Məsihin idarəçiliyi altında vəhdət içində xidmət edirlər (Yəh. 10:16). w22.01 s. 22, abz. 9, 10

Cümə, 27 oktyabr

İnsanlar görsün deyə, salehliyinizi onların qabağında nümayiş etdirməkdən çəkinin (Mət. 6:1).

İsanın dövründə bəzi insanlar kasıblara sədəqə verəndə bunu elə tərzdə edirdilər ki, başqaları da görsün və onları tərifləsin. Buna görə də onların savab işləri Yehovanın gözündə əhəmiyyətini itirirdi (Mət. 6:2—4). Biz sözün əsl mənasında yaxşı insan olmaq istəyiriksə, yaxşı işləri xudbin niyyətlə etməməliyik. Növbəti suallar üzərində düşünə bilərsiniz: «Mən düzgün davranışın nə olduğunu sadəcə bilirəm, yoxsa bunu edirəm? Yaxşı işi hansı niyyətlə görürəm?» Bilirik ki, Yehova daim fəaliyyətdədir və Onun ruhu da fəal qüvvədir (Yar. 1:2). Buna görə də ruhun bəhrəsinə daxil olan hər bir xüsusiyyət bizi hərəkətə təşviq edə bilər və etməlidir də. Məsələn, şagird Yaqub yazmışdı: «Əməlsiz iman... ölüdür» (Yaq. 2:26). Eyni şeyi müqəddəs ruhun bəhrəsinə daxil olan digər xüsusiyyətlər barədə də demək olar. Hər dəfə onları təzahür etdirəndə Allahın fəal qüvvəsinin bizdə fəaliyyət göstərdiyini sübut edirik. w22.03 s. 11—12, abz. 14—16

Şənbə, 28 oktyabr

Sizi çağırmış Müqəddəs Allah kimi hər bir işinizdə müqəddəs olun (1 But. 1:15).

Biz müntəzəm olaraq Allaha ibadət edirik, çoxlu yaxşı işlər görürük, amma həvari Butrus məsihilərin etməli olduğu bir şeyi xüsusilə qeyd etmişdi. O, bütün məsihiləri hər bir işlərində müqəddəs olmağa təşviq etməzdən öncə belə sözlər demişdi: «Ağlınızı fəaliyyət üçün qurşaqlayın» (1 But. 1:13). Hansı fəaliyyət üçün? Butrus demişdi ki, Məsihin məsh olunmuş qardaşları onları çağıranın «əzəmətli sifətlərini bəyan» edəcəklər (1 But. 2:9). Bu gün bütün məsihilər bu mühüm işdə iştirak edə bilərlər və bu, insanlara etdiyimiz ən böyük yaxşılıqdır. Təbliğ və təlim işində müntəzəm olaraq iştirak etmək Allahın müqəddəs xalqına verilmiş xüsusi bir şərəfdir (Mark 13:10). Bu işdə var gücümüzlə iştirak etməklə sübut edirik ki, Allahı və insanları sevirik. Həmçinin göstəririk ki, hər bir işimizdə müqəddəs olmaq istəyirik. w21.12 s. 13, abz. 18

Bazar, 29 oktyabr

Kimin səhvini bağışlayırsınızsa, mən də onu bağışlayıram (2 Kor. 2:10).

Həvari Bulus çalışırdı ki, həmişə bacı-qardaşlara müsbət tərəfdən yanaşsın. Bulus başa düşürdü ki, insanın əməli pisdirsə, o demək deyil ki, insan özü də pisdir. Bulus bacı-qardaşlarını sevirdi. Onların yaxşı xüsusiyyətlərinə diqqət yetirirdi. Əgər dindaşına düzgün davranmaq çətin gəlirdisə, Bulus onun niyyətinin pis olduğunu düşünmürdü, anlayırdı ki, dindaşının köməyə ehtiyacı var. Görün Bulus Filippi yığıncağında Evodiya və Sintixi adlı iki bacıya necə kömək etmişdi (Filip. 4:1—3). Görünür hansısa anlaşılmazlığa görə onların arası dəymişdi. Bulus onlarla sərt davranmadı, onları mühakimə etmədi. Onlarda olan yaxşı xüsusiyyətlərə diqqət yetirdi. Bu bacılar uzun illər ərzində Yehovaya sədaqətlə xidmət etmişdi. Bulus bilirdi ki, Yehova onları sevir. Onlar haqda müsbət fikirdə olması Bulusa kömək etdi ki, onları aralarındakı nifaqı həll etməyə təşviq edə bilsin. O, insanların yaxşı cəhətlərinə fikir verdiyi üçün sevincini qorudu, həm də həmin yığıncaqdakılarla dostluq münasibəti korlanmadı. w22.03 s. 30, abz. 16—18

Bazar ertəsi, 30 oktyabr

Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir (Zəb. 34:18).

Yehovanın verdiyi sülh bizim qəlbimizi ovundurur və aydın düşünməyimizə kömək edir. Lüs adlı bacı bunu öz üzərində hiss etmişdi. O deyir: «Mən tənhalıq hissi ilə mübarizə aparıram. Bəzən bu hisslər o qədər şiddətli olur ki, Yehovanın məni sevmədiyini düşünürəm. Amma bu zaman dərhal Yehovaya dua edirəm. Keçirdiyim hissləri Ona deyirəm. Duamın sayəsində beynimdən bu cür fikirləri qova bilirəm». Bacının nümunəsindən gördüyümüz kimi, dua bizə qəlb rahatlığı tapmağa kömək edir (Filip. 4:6, 7). Əminik ki, əzizimizi itirmişiksə, Yehova və İsa bizə dayaq olacaq. Öyrəndik ki, təbliğ etdiyimiz insanlara şəfqətlə yanaşmalıyıq, çünki Yehova Allah və İsa Məsih bu nəcib keyfiyyəti təzahür etdirir. Həmçinin təsəlli tapdıq ki, Yehova və əziz Oğlu bizim zəifliklərimizi anlayır və dərdimizə dözməyə kömək etməyə hazırdır. Biz Yehovanın gözlərimizdən bütün yaşları siləcəyi vaxtı həsrətlə gözləyirik! (Vəhy 21:4). w22.01 s. 15—16, abz. 7; s. 19, abz. 19, 20

Çərşənbə axşamı, 31 oktyabr

Dar qapıdan girin, çünki məhvə aparan qapı enli, yol isə genişdir və çox adam bu yolla gedir (Mət. 7:13).

İsa iki fərqli qapıdan danışır və bu qapılar iki fərqli yola aparır — geniş yola və ensiz yola (Mət. 7:14). Üçüncü yol yoxdur. Biz hansı yolla gedəcəyimizə qərar verməliyik. Bu, həyatda verdiyimiz ən vacib qərardır. Bundan bizim əbədi gələcəyimiz asılıdır. Geniş yolda çox adam var, çünki bu yol rahatdır. Təəssüflər olsun ki, çoxları bu yolda qalmağa qərar verir və bu yolda gedən kütlənin ardınca gedirlər. Onlar başa düşmür ki, bu yolla getmələrini istəyən Şeytandır və onun yolunun sonu ölümdür (1 Kor. 6:9, 10; 1 Yəh. 5:19). Geniş yoldan fərqli olaraq, digər yol ensizdir və İsa demişdi ki, bu yolu çox az adam tapacaq. Nəyə görə? Diqqət yetirin ki, növbəti ayədə İsa davamçılarını yalançı peyğəmbərlər barədə xəbərdar edir (Mət. 7:15). w21.12 s. 22—23, abz. 3—5

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş