«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
YANVAR
*** it-U abz. 5***
«Əhəz»
5 Əşiya 7:8 ayəsində Əşiya peyğəmbərlik etmişdi ki, Əfraim altmış beş ilə «darmadağın olacaq». «Altmış beş il»lə bağlı bir kitabda deyilir: «İsrail bir dəfə bu vaxtdan (Əşiyanın bu peyğəmbərliyi söylədiyi vaxtdan) bir, ya da iki il sonra sürgün edildi. Bunu Tiqlatpalasar etdi (2 Padşahlar 15:29). İkinci dəfə israilliləri Huşənin hakimiyyəti dövründə Salmanasar sürgün etdi (2 Padşahlar 17:1—6), bu, təxminən iyirmi il sonra baş verdi. Sonuncu dəfə isə israilliləri Asarxaddon sürgün etdi və Səməriyyəyə başqa xalqları köçürdü. Bu dəfə İsrail birdəfəlik darmadağın oldu, bu adda xalq olmadı. Asarxaddon israilliləri sürgün edəndə Yəhuda padşahı Mənəssəni də əsir apardı. Sonuncu sürgün Asarxaddonun hakimiyyətinin iyirmi ikinci ilində, bu peyğəmbərliyin deyildiyi vaxtdan altmış beş il sonra baş verdi (Üzeyir 4:2, 3, 10 ayələrini 2 Padşahlar 17:24; 2 Salnamələr 33:11 ayələri ilə müqayisə edin). («Commentary on the Whole Bible» by Jamieson, Fausset, and Brown)
*** w86-U 15/6 s. 9, abz. 2***
Yehova vədlərini yerinə yetirir!
2 Yehovanın nəzəri sadiq bəndələrinin üstündə idi (2 Salnamələr 16:9). Allahın ruhu sayəsində qüvvətlənən ağsaqqallar qorxuya düşmədilər. Onlar Kuruşun unudulmuş fərmanına istinad etdilər. Fars qanunu dəyişməz olduğundan düşmənlər şahın fərmanına qarşı çıxmağa cürət etmədilər (Dənyal 6:8, 15). Burada açıq-aydın Yehovanın əli görünür. Beləliklə, iş davam etdi.
*** w86-U 1/7 s. 22, çər.***
Yehovanın nəzəri ağsaqqalların üstündə idi
BU GÜN ağsaqqallar tez-tez qərar verməli olurlar. Hərdən onlara elə gələ bilər ki, müəyyən məsələləri həll etmək üçün kifayət qədər bilik və təcrübələri yoxdur. Ancaq gəlin Üzeyirin dövründə Yəhuda ağsaqqallarının üzləşdiyi vəziyyətə nəzər salaq.
Yəhudilər Babil əsarətindən qayıdandan sonra 16 il ərzində fəaliyyətsiz qaldılar. Həqqay və Zəkəriyyə peyğəmbər xalqı silkələyib oyatmağa müvəffəq oldu. Onlar yenidən Yehovanın məbədinin bərpasına başladılar. Lakin tezliklə fars məmurları işi dayandırmağa cəhd etdilər. Onlar gəlib soruşdular: «Bu evi və bu tikilini kimin göstərişi ilə tikirsiniz?» (Üzeyir 5:1—3).
Ağsaqqalların bu suala necə cavab verəcəyindən çox şey asılı idi. Qorxuya düşsəydilər, məbədin bərpası dayanacaqdı. Yox əgər məmurlarla üz-göz olsaydılar, onda işə dərhal qadağa qoyulacaqdı. Buna görə də ağsaqqallar (şübhəsiz ki, vali Zərubabilin və baş kahin Yeşunun başçılığı altında) düşünülmüş cavab verdilər. Onlar məmurlara Kuruşun unudulmuş fərmanını xatırlatdılar. Həmin fərmana əsasən, şah yəhudilərə bu işi görməyə izin vermişdi. Fars qanununun heç vaxt dəyişmədiyini bilən məmurlar şah fərmanına qarşı çıxmaqdan ehtiyat etdilər və Daradan cavab gələnədək işi dayandırmadılar. Sonra isə şah Dara işin davam etdirilməsinə rəsmi olaraq icazə verdi (Üzeyir 5:11—17; 6:6—12).
Bu cür gözəl nəticə insan müdrikliyinin məhsulu deyildi. Üzeyir kitabında deyilir ki, «Allahın nəzəri yəhudi ağsaqqallarının üstündə idi» (Üzeyir 5:5). Aydındır ki, həm ağsaqqalların bu cür cavab verməsi, həm də Fars şahının işin davam etməsinə izin verməsi Yehovadan idi. Bu gün məsihi ağsaqqallar da çətin məsələlərdə qərar verməli olanda, yaxud əleyhdarlarla üzləşəndə Yehovaya üz tutub Ondan yol göstərməyi xahiş edə bilərlər. Zəbur 32:8 ayəsində Yehova deyir: «Səni öyrədəcəyəm, doğru yola yönəldəcəyəm, sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq».