Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/11 s. 3—4
  • İblis mövcuddurmu?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İblis mövcuddurmu?
  • Gözətçi qülləsi 2001
  • Oxşar material
  • İblis mövhumat deyil, real varlıqdır
    Gözətçi qülləsi 2001
  • İblis kimdir və ya nədir?
    Gözətçi qülləsi (kütləvi) 2016
  • İblisin görünüşü necədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • ‘İblisə qarşı durmaqda’ İsanı təqlid edin
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2001
w01 1/11 s. 3—4

İblis mövcuddurmu?

“Bu gün Allah azsaylı insanlar üçün nə qədər realdırsa, xristian kilsəsinin tarixində, iblisi — Baal-zevulu və ya pisliyin hökmdarı olan Şeytanı da o dərəcədə real və qüvvətli sandıqları vaxt olubdur. İblis — yarı adam, yarı heyvan formasında, yəhudilərin və ilk xristianların uydurması olan məxluq — onların öz ətraflarında gördükləri bütün pislikləri özündə təcəssüm etdirirdi. Sonralar xristianlar, bu uydurulmuş surətin reallıqla heç bir əlaqəsi olmadığını e’tiraf edib, sakitcə ondan imtina etdilər” (Lüdovik Kennedi, “All in the Mind —A Farewell to God”).

YAZIÇI və diktor Lüdovik Kennedinin sözlərinə görə, İblisin mövcud olduğuna Xristian dünyasında əsrlər ərzində heç kim şübhə etməyib. Professor Norman Kon qeyd edir ki, bə’zən xristianlar, “Şeytan və onun cinləri haqqındakı fikirlərə mübtəla olurlar” (“Europe’s Inner Demons”). İnsanların beyninə həkk edilən bu cür fikirlər təkcə sadə, savadsız kəndlilərə tə’sir göstərmirdi. Məsələn, professor Konun sözlərinə görə, pis qüvvələrə və nalayiq mərasimlərə rəhbərlik etməsi üçün, İblisin heyvan donuna girməsi təsəvvürü yalnız “folklorda — savadsız kütlənin yaradıcılığında mövcud deyildi. Əksinə, bu təsəvvür, hamı tərəfindən qəbul olunan ziyalı mühitinin dünyagörüşü idi”. Məhz bu ziyalı mühiti, o cümlədən təhsilli ruhanilər, XV əsrdən XVII əsrə qədərki dövrdə Avropada çoxluq təşkil edən cadugərlərin məhvinə qərar vermişdir; bu arada isə, ovsunçuluqda ittiham olunan 50 000-ə yaxın adam kilsələrin və dövlətin fərmanına əsasən əzaba mə’ruz qalmış və öldürülmüşdür.

Bir çoxlarının İblis haqqında olan ideyanı qaba mövhumat kimi inkar etmələri təəccüblü deyil. Hələ 1726-cı ildə Daniel Defo, “buynuzu, haça dırnağı və dili, uzun quyruğu, yarasanın qanadı kimi qanadı və s. üzvlərə malik olan” qorxunc əjdaha hesab etdikləri İblisə inamı lağa qoymuşdu. Onun fikrincə, bu cür təsəvvürlər “ağılsızlıq, boş cəfəngiyyat”, “İblis qarşısındakı qorxunu böyüdən” və “onun haqqındakı uydurmalarla avam adamları aldadan” kəslərin fantaziyasının səmərəsidir.

Bəs siz nə düşünürsünüz? “Öz şəxsi günahlarına bəraət qazandırmaq üçün, iblisin əslində insanlar tərəfindən uydurulduğuna” inanırsınızmı? Dırnağa alınan bu sözlər Müqəddəs Kitab ensiklopediyasından birində yazılıb və özlərini xristian sayanların çoxu məhz belə düşünür (“The Zondervan Pictorial Encyclopedia of the Bible”). Ceffri Berton Rasselin dediklərinə görə, Xristian dünyasının ilahiyyatçıları ümumiyyətlə “İblis və cinlər haqqındakı ideyanı mövhumat və keçmişin qalığı kimi inkar ediblər”.

Lakin bə’zi adamlar üçün İblis tamamilə real varlıqdır. Onlar hesab edirlər ki, bütün tarix boyu törədilən pisliklərin arxasında nə isə qeyri-təbii qüvvə durur. Rasselin sözlərinə görə, “XX əsrin törətdiyi dəhşətlər, İblisə uzun müddət inam etmədikdən sonra yenidən ona inamın sür’ətlə güclənməsinin səbəbini müəyyən dərəcədə aydın edir”. Yazıçı Don Lüis qeyd edir ki, “avam əcdadlarının” mövhumati qorxusuna “iltifatla gülən” bə’zi təhsilli insanların “özləri də fövqəl-təbii pis ayinlərə aludə olublar” (“Religious Superstition Through the Ages”).

Beləliklə, İblis doğrudan da sadəcə qondarma və mövhumatdırmı, yoxsa onun mövcudluğuna, XXI əsrdə də ciddi yanaşmaq lazımdır?

[4-cü səhifədəki şəkil]

Qüstav Dorenin qravürasında göstərildiyi kimi, uzaq keçmişdə belə mövhumati təsəvvür vardı ki, İblis yarı adam, yarı heyvan formasındadır.

[İcazə ilə]

The Judecca —Lucifer/The Dor Illustrations For Dante’s Divine Comedy/Dover Publications Inc.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş