Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/4 s. 30—31
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2002
  • Oxşar material
  • «Qoy hər kəs nikaha hörmət etsin»
    Allahın məhəbbətindən ayrılmayın
  • Toydan sonra
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Nikahınızı qoruyun
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Xoşbəxt nikaha hazırlıq
    Ailə xoşbəxtliyinin sirri
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/4 s. 30—31

Oxucuların sualları

Qohumlar arasındakı nikaha dair Musanın qanununda olan məhdudiyyətlərə məsihçilər bu gün nə dərəcədə riayyət etməlidir?

Yehovanın İsrail xalqına verdiyi qanunda, toy mərasimi və adətləri haqqında çox az mə’lumat verilir. Lakin orada göstərilir ki, müəyyən qohumlar arasında nikahın qadağandır. Misal üçün, “Levililər” kitabının 18:6-20 ayələrində yaxın əqrəbalar arasında bağlanan nikahı qadağan edən siyahıya rast gəlirik. Bu ayələrdə, hansı yaxın qohumlar arasında cinsi əlaqəyə yol verilmədiyi bütün təfərrüatı ilə təsvir edilir. Əlbəttə, məsihçilər Musanın qanunu altında deyillər və ona tabe olmaq məs’uliyyətini daşımırlar (Efeslilərə 2:15; Koloslulara 2:14). Ancaq bu o demək deyil ki, məsihçilər həyat yoldaşı seçərkən bu məsələyə sadəcə olaraq e’tinasızlıq göstərə bilərlər. Bunun üçün bir neçə səbəb var.

İlk növbədə, yaxın qohumlar arasındakı nikahı tənzimləyən dövlət qanunları mövcuddur, məsihçilər isə əsas e’tibarı ilə yaşadıqları ölkənin qanunlarına tabe olmağa borcludurlar (Matta 22:21; Romalılara 13:1). Təbii ki, bu qanunlar müxtəlif ölkələrdə fərqlidir. Bu cür qanunların əksəriyyəti, başlıca olaraq genetik amilləri nəzərə alır. Mə’lumdur ki, yaxın qohumlar arasındakı nikahdan törənən uşaqlar çox vaxt genetik çatışmazlıqlara və xəstəliklərə düçar olurlar. Bu səbəbə görə, eləcə də üzərlərində “olan hakimlərə tabe” olduqları üçün, məsihçilər ailə qurarkən, nikahla bağlı yerli qanunlara riayət edirlər.

Bundan əlavə, bu və ya digər ərazidə nəyin münasib olub-olmadığı ilə əlaqədar suallar yaranır. Demək olar ki, hər bir mədəniyyətdə yaxın qohumlar arasındakı nikahı tənzimləyən qayda və ən’ənələr mövcuddur, çünki belə nikahlar çox vaxt qan qohumluğu hesab edilir və bu səbəbdən qadağan olunur. Müəyyən qohumlar arasındakı nikahla bağlı qadağalar xalqın mədəniyyətindən asılı olaraq fərqlidir, ancaq “Britaniya ensiklopediyası”nda qeyd olunur ki, “ümumiyyətlə, insanlar arasında genetik qohumluq nə qədər yaxındırsa, cinsi əlaqəyə dair qadağalar da bir o qədər ciddidir”. Beləliklə, arada qan qohumluğu olmasa da, məsihçilər Allahın adına və məsihçi yığıncağına ləkə gətirməmək üçün, mövcud olan ən’ənələrə və ya həmin ərazidə yaşayan insanların hisslərinə qarşı tamamilə e’tinasızlıq göstərməyəcəklər (2 Korinflilərə 6:3).

Allahın bizə bəxş etdiyi vicdan haqqında da unutmaq lazım deyil. Hər bir insan anadangəlmə hisslərə - yaxşını və pisi, xeyiri və şəri seçmək qabiliyyətinə malikdir (Romalılara 2:15). Əgər vicdan nalayiq hərəkətlər nəticəsində təhrif olunmayıb və ya sərtləşməyibsə, insana nəyin normal və münasib, nəyin isə qeyri-təbii və iyrənc olduğunu bildirir. Yehova, israillilərə yaxın qohumların nikaha daxil olmasını qadağan edən qanun verərkən, həmin həqiqətə istinad etmişdi. Müqəddəs Kitabda oxuyuruq: “İçində oturmuş olduğunuz Misir diyarının işləri kimi etməyəcəksiniz; və sizi aparmaqda olduğum Kən’an diyarının işləri kimi də etməyəcəksiniz; və onların qanunları ilə getməyəcəksiniz” (Levililər 18:3). Məsihçilər Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanlarını qoruyur, bu dünyanın xeyir və şərə dair təhrif edilmiş anlayışı ilə ona pozucu tə’sir göstərməsinə yol vermirlər (Efeslilərə 4:17-19).

Belə olan halda hansı nəticəyə gələ bilərik? Məsihçilər Musanın qanunu altında olmasalar da, vicdanları aydın şəkildə deyir ki, ata ilə qız, ana ilə oğul, bacı ilə qardaş kimi yaxın qohumlar arasında nikah, məsihçilər üçün tamamilə yol verilməzdir deyila. Uzaq qohumlara gəldikdə isə, məsihçilər e’tiraf edirlər ki, qanuni nikahları tənzimləyən qanun və nizamnamələr, həmçinin cəmiyyətdə və hər hansı xalqın mədəniyyətində qəbul edilmiş normalar mövcuddur. Məsihçilər, Müqəddəs Kitabda “hər kəs nikaha hörmət etsin” deyə yazılan tapşırığı yerinə yetirmək üçün, bütün bunları nəzərə almalıdırlar (İbranilərə 13:4).

[Haşiyə]

a Bu məsələ, “Gözətçi Qülləsi” jurnalının 1980-ci il 1 mart nömrəsində “Yaxın qohumlar arasındakı nikaha məsihçilər necə yanaşmalıdırlar?” adlı məqalənin 13, 14-cü səhifələrində ətraflı müzakirə olunur (rusca).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş