Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/4 s. 10
  • Qayğıkeş Çoban

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qayğıkeş Çoban
  • Gözətçi qülləsi 2008
  • Oxşar material
  • Haradan təsəlli tapa bilərik?
    Böyük Müəllimdən öyrən
  • Sürüdən uzaqlaşanlara kömək et
    Gözətçi qülləsi 2008
  • «Mən Özüm qoyunlarımı axtarıb tapacağam»
    Gözətçi qülləsi 2020
  • İsa sürüsünün qeydinə qalır
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
Əlavə
Gözətçi qülləsi 2008
w08 1/4 s. 10

Allaha yaxınlaşın

Qayğıkeş Çoban

Matta 18:12-14

«ALLAH qayğıma qalırmı?» Nə vaxtsa özünüzə bu sualı vermisinizsə, bilin ki, siz tək deyilsiniz. Çoxlarımız əzab-əziyyətlə, çətinliklərlə üzləşmişik və belə anlarda fikirləşmişik: görəsən, ucsuz-bucaqsız Kainatın Yaradanı şəxsən bizə diqqət yetirirmi? Yehova Allahın hər birimizin qayğısına qalıb-qalmadığını bilməliyik. Yehovanı hamıdan yaxşı tanıyan İsa yer üzündə olanda bir məsəlin köməyilə bu suala ürəkisindirən cavab vermişdi.

Çobanın öz sürüsünə qayğı göstərdiyi barədə nümunə çəkərək İsa dedi: «Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan doqquzunu atıb dağlara, yolunu azan qoyunu axtarmağa getməzmi? Və əgər onu tapa bilsə, sizə doğrusunu deyirəm: yolunu azmayan doxsan doqquzu üçün sevindiyindən artıq onun üçün sevinər. Beləcə də göylərdəki Atanızın elə bir muradı yoxdur ki, bu kiçiklərdən biri həlak olsun» (Matta 18:12-14). Gəlin görək İsa burada Yehovanın Öz xidmətçilərinə ayrı-ayrılıqda şəfqətlə qayğı göstərdiyini necə təsvir edir.

Çoban hər qoyunun qeydinə qalmağa məsuliyyətlə yanaşırdı. Əgər qoyunlardan biri itərdisə, çoban onun hansı olduğunu bilirdi. O, qoyunlarını özünün qoyduğu adla tanıyırdı (Yəhya 10:3). Qayğıkeş çoban itmiş qoyunu sürüyə qaytarmayınca rahatlaşmırdı. O, azmış qoyunun axtarışına yollanmaqla qalan 99-nu təhlükəyə atmırdı. Çobanlar çox vaxt sürülərini bir yerdə otarırdılar və qoyunlar bir-birinə qarışırdıa. Sürüdən azmış qoyunu axtarmağa gedən çoban qalan 99-nu müvəqqəti olaraq digər çobanlara tapşırırdı. Çoban itmiş qoyunu tapanda və ona heç bir zərər dəymədiyini görəndə sevinirdi. O, ürkmüş heyvanı çiyinlərinə qoyub təhlükəsiz yerə, sürüyə gətirirdi (Luka 15:5, 6).

İsa bu məsəli izah edərək dedi ki, Allah ‘bu kiçiklərdən birinin həlak olmasını’ istəmir. Bir qədər əvvəl İsa şagirdlərini ona ‘iman edən bu kiçiklərdən birini’ büdrətməkdən çəkindirmişdi (Matta 18:6). Bəs İsanın məsəlindən Yehova haqqında nə öyrənirik? O, hər bir qoyunun, hətta dünyanın gözündə əhəmiyyətsiz olan ‘kiçiklərin’ tam qayğısına qalan bir Çobandır. Bəli, Allahın gözündə Onun hər bir xidmətçisi qiymətli və təkrarolunmazdır.

Əgər siz Allah üçün dəyərli olduğunuza əmin olmaq istəyirsinizsə, nəyə görə Böyük Çoban Yehova Allah və Ona yaxınlaşmağın necə mümkün olduğu haqqında daha çox öyrənməyəsiniz? Belə etməklə siz itmiş qoyun məsəlini İsanın ağzından eşidən həvari Peterdəki əminliyə malik olacaqsınız. Peter daha sonra yazmışdı: «Bütün qayğınızı Onun [Allahın] üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur» (1 Peter 5:7).

[Haşiyə]

a Qoyunları ayırmaq heç də çətin deyildi, çünki hər qoyun öz çobanının səsləmə tərzini tanıyırdı (Yəhya 10:4).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş