Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/4 s. 8—9
  • Gələcəkdə bizi nə gözləyir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gələcəkdə bizi nə gözləyir?
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitab nə deyir?
  • Müqəddəs Kitabın verdiyi cavablar əsl qəlb rahatlığını necə gətirir?
  • Yer üzündə qurulacaq Cənnətdə əbədi həyat!
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Dünyanın sonu haqqında dörd suala cavab
    Gözətçi qülləsi 2010
  • Sülh içində yeni dünya bir zaman gələcəkmi?
    Sülh içində yeni dünya. Bir zaman gələcəkmi?
  • Yaxın gələcəyimizə dair peyğəmbərliklər
    Gözətçi qülləsi 2009
Əlavə
Gözətçi qülləsi 2008
w08 1/4 s. 8—9

Gələcəkdə bizi nə gözləyir?

BU SUALIN CAVABINI TAPMAQ NƏ ÜÇÜN VACİBDİR? İnsanın sabaha münasibəti bugünkü davranışına təsir edir. Məsələn, gələcəyə ümidi olmayanlar «gəlin yeyək və içək, çünki sabah öləcəyik» əhval-ruhiyyəsi ilə yaşayırlar (1 Korinflilərə 15:32). Həyata belə münasibət qəlb rahatlığına yox, qarınqululuğa, sərxoşluğa və narahatçılığa gətirib çıxarır.

Əgər gələcəyimiz tamamilə insanların əlində olsaydı, sabaha heç bir ümidimiz qalmazdı. Hava, su və torpaq görünməmiş dərəcədə çirklənib. Nüvə müharibəsi təhlükəsi və terror aktları artmaqdadır. Bütün dünyada milyardlarla insan xəstəlik və yoxsulluqdan əziyyət çəkir. Buna baxmayaraq, işıqlı gələcəyə ümid etməyimizə tutarlı əsaslar var.

İnsanlar gələcəyi qabaqcadan dəqiq deyə bilmədikləri halda, Yehova Allah Özünü «axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən bildirən» kimi təsvir edir (Yeşaya 46:10). Yehova gələcəkdə olacaq hadisələr barədə nə deyir?

Müqəddəs Kitab nə deyir?

Yehova yerin və oradakı həyatın məhv edilməsinə yol verməyəcək. Çünki Müqəddəs Kitabda vəd edilir ki, Allah ‘yeri tələf edənləri tələf edəcək’ (Vəhy 11:18). Özünün Padşahlığı, yəni səmavi hakimiyyəti vasitəsilə Yehova yeri pisliklərdən təmizləyəcək və başlanğıcda niyyət etdiyi vəziyyətə gətirəcək (Yaradılış 1:26-31; 2:8, 9; Matta 6:9, 10). Müqəddəs Kitabın növbəti ayələri yer üzündə yaşayan hər bir insana tezliklə təsir edəcək hadisələri təsvir edir.

Məzmur 46:8, 9. «Gəlin, görün Rəbbin işlərini, dünyada etdiyi viranəliyi. O, yerin ucqarlarınadək döyüşləri dayandırar, kamanları qırar, nizələri sındırar, döyüş arabalarını oda atar».

Yeşaya 35:5, 6. «O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək, çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq».

Yeşaya 65:21, 22. «Onlar evlər tikib orada məskunlaşacaq, meynəliklər əkəcək, bəhrələrindən yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdikləri bağın meyvələrini başqaları yeməyəcək».

Daniel 2:44. «Göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq».

Yəhya 5:28. «Elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun [İsanın] səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar».

Vəhy 21:3, 4. «Allahın Özü onlarla olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi».

Müqəddəs Kitabın verdiyi cavablar əsl qəlb rahatlığını necə gətirir?

İlk baxışdan yuxarıda təsvir edilənlər mümkün olmayacaq bir şey kimi görünə bilər. Amma bütün bunları insanlar yox, Yehova Allah vəd edir. O isə ‘yalan danışmır’ (Titusa 1:2).

Əgər siz Allahın vədlərinə etibar etməyi və Onun qanunlarına müvafiq yaşamağı öyrənsəniz, ən çətin şəraitlərdə belə, qəlb rahatlığınızı qoruyub saxlayacaqsınız. Müharibələr, yoxsulluq, xəstəlik və hətta qocalıqla bağlı problemlər və ya ölümün yaxınlaşması — bunlardan heç biri sizi rahatlığınızdan məhrum edə bilməyəcək. Nə üçün? Çünki siz Allahın Padşahlığının bütün bu pislikləri aradan qaldıracağına əmin olacaqsınız.

Gələcəyə dair belə əminliyə necə malik ola bilərsiniz? Siz ‘ağlınızı yeniləşdirməli’ və ‘Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etməlisiniz’ (Romalılara 12:2). Müqəddəs Kitab vədlərinin etibarlı olduğuna dair, çox ehtimal ki, sizə əlavə sübutlar lazım olacaq. Bu cür araşdırma aparmaq səy göstərməyə dəyər. Demək olar ki, həyatda heç bir şey insana belə böyük qəlb rahatlığı gətirmir.

[8 və 9-cu səhifələrdəki şəkillər]

Allahın Kəlamında gələcək haqqında nə deyilir?

Yeşaya 35:5

Yeşaya 35:6

Yəhya 5:28

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş