Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/3 s. 19—20
  • Vacib görüş

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vacib görüş
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Fədakarlıq ruhu
  • Lusiyadan qalan miras
  • Onları sevdiyini söylə
    Yehovanın Şahidlərinin sərgüzəştləri
Gözətçi qülləsi 2008
w08 15/3 s. 19—20

Vacib görüş

MƏNİM vacib bir görüşüm var. İcazə verin, məni, gənc ispaniyalı bir ananı bu görüşü təyin etməyə nəyin vadar etdiyi haqqında danışım.

Valideynlərimin evində sülh və əmin-amanlıq yox idi. Dörd yaşı olanda kiçik qardaşımın faciə nəticəsində həlak olması ailəmizi dərin kədərə bürümüşdü. Bundan başqa, atamın xoşagəlməz vərdişləri ucbatından anam ailə həyatından sevinc duya bilmirdi. Ancaq bu çətinlik anamın mənə və böyük qardaşıma mənəvi dəyərlər aşılamasına mane olmadı.

Sonralar qardaşım da, mən də ailə qurduq. Çox keçməmiş anamda xərçəng xəstəliyi aşkar edildi və o bu xəstəlikdən vəfat etdi. Lakin ölümündən qabaq o bizə bir xəzinə vəsiyyət etdi.

Tanışlarından biri ona Müqəddəs Yazılardakı dirilmə ümidi haqqında danışmış və anam Müqəddəs Kitabı öyrənmək təklifini qəbul etmişdi. Həyatının son günlərində Müqəddəs Kitabın ümidverici xəbəri onun həyatına məna qatdı və ona xoşbəxtliyi tapmağa kömək etdi.

Müqəddəs Kitab xəbərinin anama müsbət təsir etdiyini görərək qardaşımla mən Allahın Kəlamını öyrənməyə başladıq. İkinci övladımın, gözəl qızım Lusiyanın dünyaya gəlməsindən bir ay əvvəl mən Yehovanın Şahidi kimi vəftiz olundum.

Vəftiz olunduğum gün mənim üçün çox əhəmiyyətli gün idi. Səbəblərdən biri o idi ki, mən Yehovaya əbədi xidmət etmək üçün özümü Ona həsr etmişdim və artıq Ona məxsus idim. Başqa səbəb isə o idi ki, imanımı sevimli oğlum və qızımla bölüşə bilərdim.

Ancaq xoşbəxtliyimin ikinci səbəbi çox çəkmədi. Lusiya dörd yaşına çatanda, qarnında şiddətli ağrılar başladı. Bir neçə analiz verdikdən sonra rentgenoloq onun qara ciyərinə bitişik portağal boyda şişin olduğunu dedi. Həkim izah etdi ki, bu, neyroblastoma, yəni sürətlə inkişaf edən bədxassəli şişdir. Bununla da, Lusiyanın xərçənglə yeddiillik mübarizəsi başladı. O tez-tez uzun müddət ərzində xəstəxanada yatırdı.

Fədakarlıq ruhu

Bu çətin illər ərzində Lusiya məni tez-tez qucaqlayıb, öpərək ruhlandırırdı. Onun xəstəliyə necə tab gətirməsi xəstəxana işçilərini heyrətə gətirmişdi. O hər zaman tibb bacıları ilə həvəslə əməkdaşlıq edir, qonşu palatalardakı uşaqlara yoqurt, meyvə şirəsi və başqa şeylər aparmağa kömək edirdi. Tibb bacıları hətta Lusiyaya, onun «tibb bacısı köməkçisi» olduğunu göstərən ağ xalat və nişan vermişdilər.

«Lusiya ürəyimə yaman yatmışdı», — deyə bir xəstəxana işçisi xatırlayır. «O, fəal, yaradıcı uşaq idi, şəkil çəkməyi xoşlayırdı. O, diribaş və çox ağıllı qız idi».

Lusiya Allahın Kəlamından güc və rahatlıq tapırdı (İbr. 4:12). O əmin idi ki, Allahın Kəlamında vəd edildiyi kimi, yeni dünyada «ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır» (Vəhy 21:4). Lusiya başqa insanlara maraq göstərir və fürsət düşən kimi Müqəddəs Kitab xəbərini bölüşürdü. Lusiyanın dirilməyə olan möhkəm inamı, sağalmasına ümid cüzi olsa belə, ona özünü ələ almağa və şən qalmağa kömək edirdi (Yeşaya 25:8). Xərçəng həyatını əlindən alana qədər o bu əhval-ruhiyyəni qorudu.

Mən vacib görüşü elə həmin gün təyin etdim. Lusiya gözlərini güclə açırdı. Atası onun bir əlindən, mən isə o biri əlindən tutmuşdum. «Narahat olma, mən səni tərk etməyəcəyəm», — deyə pıçıldadım. «Sadəcə yavaş nəfəs al. Ayılanda özünü yaxşı hiss edəcəksən. Daha heç bir yerin ağrımayacaq, mən sənin yanında olacağam».

Mən o görüşə mütləq getməliyəm. Bilirəm ki, gözləmək asan olmayacaq. Ancaq başa düşürəm ki, səbirli olub Yehovaya etibar etsəm və Onun qarşısında nöqsansızlığımı qorusam, Lusiya diriləndə onun yanında olacağam.

Lusiyadan qalan miras

Lusiyanın cəsarəti, eləcə də yığıncağın çətin anda bizə dayaq olması imanıma şərik olmayan yoldaşıma dərin təsir bağışladı. Lusiya ölən günü yoldaşım mənə dedi ki, gərək hər şeyi yenidən ölçüb-biçsin. Bir neçə həftədən sonra yığıncağın ağsaqqalından onunla Müqəddəs Kitabı öyrənməyi xahiş etdi. Tezliklə yoldaşım bütün yığıncaq görüşlərinə gəlməyə başladı. Yehovanın köməyilə əvvəllər bacarmadığı bir şeyi etdi — siqaret çəkməyi tərgitdi.

Lusiyanın xiffətini hələ də çəkirəm, ancaq ondan qalan mirasa görə Yehovaya çox minnətdaram. Yoldaşımla mən gözəl dirilmə ümidi ilə bir-birimizə təsəlli verir, hətta Lusiyanı, onun gülümsəyərkən həyat eşqilə yanan yumru gözlərini və batan yanaqlarını yenidən görəcəyimizi xəyalımızda canlandırırıq.

Qızımın faciəsinin qonşuluqda yaşayan bir nəfərə xüsusi təsiri oldu. Bir yağışlı şənbə səhəri oğlu Lusiya ilə bir məktəbdə oxuyan qadın bizə gəldi. O, 11 yaşlı başqa bir oğlunu eyni xəstəlikdən itirmişdi. Qadın Lusiya ilə nə baş verdiyini eşidəndə yaşadığımız yeri tapıb, bizə baş çəkdi. O, mənim Lusiyanın ölümünə necə tab gətirdiyimi bilmək istəyirdi və oxşar vəziyyətdə olan başqa analara kömək etmək üçün qarşılıqlı yardım qrupu təşkil etməyi təklif etdi.

İzah etdim ki, şəxsən mən əsl təsəllini, insanların verə biləcəyindən qat-qat üstün təsəllini Müqəddəs Kitab vədlərindən birində tapmışam. Yəhya 5:28, 29 ayələrindəki İsanın sözlərini ona oxuduqda, gözlərində ümid qığılcımı göründü. O, Müqəddəs Kitabı öyrənmək təklifini qəbul etdi və tezliklə ‘Allahın hər cür ağıldan üstün olan sülhünü’ hiss etməyə başladı (Filip. 4:7). Müqəddəs Kitabı bir yerdə öyrənəndə tez-tez dayanıb, özümüzü yeni dünyada, dirilən sevimli övladlarımızı qarşılayan təsəvvür edirik.

Bəli, Lusiyanın qısa həyatından bizə əbədi miras qaldı. Onun imanı ailəmizin Allaha xidmətdə birləşməsinə kömək etdi və mənim imanda möhkəm qalmaq qətiyyətimi daha da artırdı. Şübhəsiz, dirilməyə ümidi olan əzizlərini itirən bizlərin hamısının vacib görüşü var.

[20-ci səhifədəki şəkil]

Lusiyanın çəkdiyi Cənnət şəkli

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş