Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/7 s. 26—27
  • «Bu axşam ocağın qırağında oturub bunu oxuyacağam»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Bu axşam ocağın qırağında oturub bunu oxuyacağam»
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Səyahətə hazırlıq
  • Yola düşürük
  • «Bu axşam ocağın qırağında»
  • Evə qayıdırıq
  • Yehova Onun yolunda əlimdən gələnin ən yaxşısını etməyə kömək etdi
    Yehovanın Şahidlərinin Bioqrafiyaları
  • Müqəddəs Kitab həyatları dəyişir
    «Gözətçi qülləsi»nin 2013-cü il buraxılışından olan təlim məqalələri (ingilis dilində)
Gözətçi qülləsi 2008
w08 1/7 s. 26—27

Avstraliyadan gələn məktub

«Bu axşam ocağın qırağında oturub bunu oxuyacağam»

AVSTRALİYANIN əhalisi az olan yerlərindən söz düşəndə insanın ağlına qızmar səhralar, dözülməz istilər və ucsuz-bucaqsız boş ərazilər gəlir. Bununla belə, həmin ərazilərdə təxminən 180 000 adam yaşayır ki, bu da əhalinin təxminən 1 faizini təşkil edir.

Yehovanın Şahidləri olan valideynlərim bu ərazilərə təbliğ etməyə gedəndə məni də özləri ilə aparırdılar. O yerlərin böyüklüyü və təkrarolunmaz gözəlliyi məni heyrətləndirirdi. Mən həmçinin oranın dözümlü və mehriban sakinlərini sevdim. İndi mənim öz ailəm var. Mən istədim ki, arvadımın və 10, 12 yaşlarında olan iki uşağımın da eyni təəssüratı olsun.

Səyahətə hazırlıq

Biz ilk növbədə oturub məsrəfləri hesabladıq. Nə qədər uzaq məsafəyə gedə bilərik? Səyahətimiz neçə gün çəkəcək? Yığıncağımızdan bir ər-arvad və iki tammüddətli xidmətçi bizimlə getmək istədi. Biz ilin ortasında — uşaqlar tətilə çıxanda getməyi qərara aldıq. Sonra Yehovanın Şahidlərinin Avstraliyanın Sidney şəhərindəki filialına yazdıq ki, bizə təbliğ üçün ərazi versinlər. Bizə Qundivindinin yaxınlığında, yaşadığımız Brisbendən 400 kilometr qərbdə yerləşən kiçik şəhərdə təbliğ etməyi təklif etdilər.

Qundivindidə Yehovanın Şahidlərinin kiçik yığıncağı olduğunu biləndə çox sevindik. Məsihçi bacı-qardaşlarımızla görüşü səbirsizliklə gözləyirdik. Həmin yığıncaqla əlaqə yaradıb oraya gələcəyimiz barədə xəbər verdik. Onlar bizi sevinclə gözləyəcəklərini bildirdilər.

Yola düşməzdən bir qədər əvvəl, yığışıb Allahın Padşahlığı haqqında xoş xəbəri həmin ərazidə necə təbliğ edəcəyimizi müzakirə etdik. Xüsusilə də qarşımıza çıxacaq aborigenlərin (yerli sakinlərin) mədəniyyət və adət-ənənələrinə hörmətlə yanaşmaq istəyirdik. Məsələn, bəzi tayfalar yaşadıqları ərazinin onlara məxsus olduğunu hesab edirlər. Oraya dəvətsiz getmək hörmətsizlik əlaməti olardı.

Yola düşürük

Nəhayət, gözlədiyimiz gün gəldi. Ərzaqla yüklənmiş iki maşınla Qundivindiyə yola düşdük. Becərilmiş tarlaların ardınca ara-sıra evkalipt ağacları bitən çəmənliklər görünürdü. İsti qış günəşi buludsuz səmada parlayırdı. Bir neçə saatdan sonra Qundivindiyə çatdıq və pullu treyler dayanacağında gecələdik.

Növbəti gün, bazar günü, hava günəşli və təravətli idi — təbliğ üçün bundan yaxşı gün ola bilməzdi. Yay mövsümündə havanın hərarəti 40 dərəcədən yuxarı olur. İlk dayanacağımız 30 kilometr uzaqlıqda yerləşən bir aborigen icması oldu. Bizi icma başçısı Cenni adlı ağbirçək qadının yanına göndərdilər. O bizə diqqətlə qulaq asdı və məmnuniyyətlə «Böyük Müəllimdən öyrən» (rus.) kitabını götürdüa. Bu qadın bizi orada yaşayan yerli sakinlərə təbliğ etməyə dəvət etdi.

Uşaqlar qabağımızda qaçaraq gəlişimiz barədə car çəkirdilər. Gətirdiyimiz xəbərə hər evdə hörmətlə qulaq asır və Müqəddəs Kitab ədəbiyyatını götürürdülər. Tezliklə ədəbiyyatımız qurtardı və artıq yığıncaq görüşü üçün şəhərə qayıtmağın vaxtı çatmışdı. Biz söz verdik ki, danışa bilmədiyimiz insanlara baş çəkmək üçün qayıdacağıq.

Padşahlıq Zalında yerli bacı-qardaşlarla tanış olduq və tezliklə dostlaşdıq. Bu yığıncaqda 25 təbliğçi var və onlar Padşahlıq haqqında xoş xəbəri 30 000 kvadrat kilometr ərazidə yaşayan 11 000 insana təbliğ edirlər. Bir Şahid minnətdarlığını bildirərək dedi: «Bura gəlib bizə kömək etdiyiniz üçün çox sağ olun». Ruhlandırıcı görüşdən sonra hamımız bir az yemək yeməyə getdik. Yatmağa getməzdən öncə, treyler dayanacağında gəzib-dolaşan opossumlara yemək verdik.

«Bu axşam ocağın qırağında»

Növbəti iki gün ərzində maşınla gedib, Kvinslend ilə Yeni Cənubi Uels arasındakı sərhəd boyunca təbliğ edirdik. Kənd yerlərinin böyük hissəsini örtən quru evkalipt kolluqları ilə qoyun-quzu və mal-qara otlayan çəmənliklər bir-birini əvəz edirdi. Yolda bir neçə kenquru gördük və onlar bizi gördüklərini bildirmək üçün qulaqlarını tərpədirdilər. Uzaqdan çəpərlənmiş tozlu sahədə məğrur-məğrur gəzişən emu dəvəquşlarını seyr etdik.

Çərşənbə axşamı günortadan sonra yol ilə yavaş-yavaş gedən inəklərə rast gəldik. Naxırçılar xüsusilə də quraqlıq olanda heyvanları başqa otlaqlara aparırlar. Tezliklə bir atlıya çatdıq. Maşını yolun kənarında saxladım və düşüb ona salam verdim. Cavabında o mənə: «Salam, dost», — dedi. Yanında iti olan həmin yaşlı kişi, söhbət etmək üçün atını saxladı.

Bir-iki kəlmə quraqlıq barədə söhbət etdikdən sonra ona xoş xəbərdən danışdım. Kişi nida etdi: «Uşaqlıqdan bəri Müqəddəs Kitab haqqında bir şey eşitməmişəm!» O, dünyada mənəvi pozğunluğun baş alıb getməsində din rəhbərlərinin məsuliyyət daşıdığını söylədi. Bununla belə, Müqəddəs Kitaba dərin hörmət bəsləyirdi. Müqəddəs Kitab əsasında etdiyimiz maraqlı söhbətimizin sonunda mən ona «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabını təklif etdimb. Kitabı alıb köynəyinin cibinə qoyduqdan sonra dedi: «Əgər bu kitab həqiqətən də Müqəddəs Kitabın öyrətdikləri haqqındadırsa, onu bu axşam ocağın qırağında oturub oxuyacağam».

Evə qayıdırıq

Baş verənləri həmin axşam Padşahlıq Zalında bacı-qardaşlarla bölüşdük. Onlar söz verdilər ki, bizim təbliğ etdiyimiz insanlara təkrar baş çəkəcəklər. Görüş sona çatdıqda vidalaşmaq çətin idi. Biz dostlaşdıq və ruhlandırıcı ünsiyyət sayəsində imanımız daha da möhkəmləndi (Romalılara 1:12).

Ertəsi gün evimizə yola düşdük. Səyahətimiz barədə düşünərkən Yehovanın səylərimizə bol xeyir-dualar verdiyini gördük. Biz Yehovaya daha da yaxın olduq. Evə qayıtdıqdan sonra uşaqlarımdan soruşdum: «Gələn dəfə tətilinizi harada keçirmək istəyirsiniz? Sizi dağlara aparımmı?» Cavabında onlar dedilər: «Yox, atacan, gəl yenə də həmin yerə təbliğ etməyə gedək». Həyat yoldaşım da onlara qoşulub dedi: «Hə, gəlin gedək. Bu bizim ən yaxşı tətilimiz oldu!»

[Haşiyələr]

a Yehovanın Şahidləri tərəfindən dərc olunur.

b Yehovanın Şahidləri tərəfindən dərc olunur.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş