Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/7 s. 9
  • Dinlərin hamısımı Allaha məqbuldur?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dinlərin hamısımı Allaha məqbuldur?
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Allahın qəbul etdiyi ibadət
    Müqəddəs Kitab təlimləri
  • Təkcə sizin dinin həqiqət olduğuna inanırsınız?
    Tez-tez verilən suallar
  • Allah hansı ibadəti qəbul edir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
Gözətçi qülləsi 2009
w09 1/7 s. 9

Dinlərin hamısımı Allaha məqbuldur?

Adətən verilən cavablar:

▪ «Bütün dinlər insanı Allaha yaxınlaşdırır».

▪ «Nəyə inanmağın vacib deyil, əsas odur ki, səmimi olasan».

İsa bu haqda nə demişdi?

▪ «Dar qapıdan girin; çünki həlaka aparan qapı geniş və yol enlidir; və ondan girənlər çoxdur. Çünki həyata aparan qapı dar və yol ensizdir və onu tapanlar azdır» (Matta 7:13, 14). İsa bütün dinlərin insanı Allaha yaxınlaşdırdığını hesab etmirdi.

▪ «O gündə bir çoxları Mənə: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmədikmi? Sənin adınla cinləri çıxarmadıqmı? Və Sənin adınla çox möcüzələr yaratmadıqmı?” — deyəcəklər. Və onda Mən onlara açıqca söyləyəcəyəm: “Mən sizi heç vaxt tanımamışam, yanımdan çəkilin, haqsızlıq edənlər!”» (Matta 7:22, 23). İsa onun izləri ilə getdiyini iddia edən hər kəsi qəbul etmir.

ALLAHA inanan insanların əksəriyyətinə öz etiqadları və adətləri çox əzizdir. Bəs əgər bu etiqadlar Allahın Kəlamı olan Müqəddəs Kitabda yazılanlara uyğun gəlmirsə, onda necə? İsa öz günlərindəki din rəhbərlərinə: «Siz, öz ənənəniz naminə Allahın əmrini təsirsiz edirsiniz», — deməklə insanların uydurduğu adətlərə riayət etməyin təhlükəli olduğunu göstərmişdi. Sonra o, Allahın sözlərini sitat gətirmişdi: «Bu xalq dodaqları ilə Mənə hörmət edir, Onların ürəyi isə Məndən uzaqdır. Ehkam olaraq insan əmrlərini öyrədərək, Mənə boş yerə ibadət edirlər» (Matta 15:1-9; Yeşaya 29:13).

Yalnız etiqadımız yox, davranışımız da vacibdir. Müqəddəs Kitab Allaha ibadət etdiklərini söyləyən bəzi adamlar haqda növbəti sözləri deyir: «Onlar iddia edirlər ki, Allahı tanıyırlar, amma öz əməlləri ilə bunu inkar edirlər» (Titusa 1:16). Həmçinin Müqəddəs Kitabda bizim günlərdə insanların necə olacağı təsvir edilir: «Zövqü Allahdan çox sevəcək. Allah yolunda imiş kimi görünəcək, amma o yolun qüdrətini inkar edəcəklər. Bu cür adamlardan üz döndər» (2 Timoteyə 3:4, 5).

Səmimilik vacibdir, ancaq bununla iş bitmir. Nə üçün? Çünki insan səmimi ola-ola da yanıla bilər. Buna görə də Allah haqqında dəqiq bilik vacibdir (Romalılara 10:2, 3). Bu biliyi əldə etməklə və Müqəddəs Kitaba uyğun yaşamaqla Allahı razı sala bilərik (Matta 7:21). Beləliklə, həqiqi din özünə düzgün niyyəti, etiqadı və davranışı daxil edir. Düzgün davranmaq isə hər gün Allahın iradəsini yerinə yetirmək deməkdir! (1 Yəhya 2:17).

Müqəddəs Kitabda Allah haqqında deyilənlər barədə daha çox bilmək istəyirsinizsə, sizinlə pulsuz olaraq Müqəddəs Kitab öyrənməsi keçirmələri üçün Yehovanın Şahidləri ilə əlaqə saxlayın.

[9-cu səhifədəki şəkil]

Həqiqi din özünə düzgün niyyəti, etiqadı və davranışı daxil edir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş