Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/4 s. 7—8
  • Seçim etməyin vaxtı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Seçim etməyin vaxtı
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Bərpa etməyin vaxtı
  • Həyatın böyük mə’nası var
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Siz yer üzündə əbədi yaşaya bilərsiniz
    Gözətçi qülləsi (kütləvi) 2018
  • Allah-Taala bu günə qədər nələr edib?
    Gözətçi qülləsi (kütləvi) 2019
  • Sonuncu düşmən olan ölüm məhv ediləcək
    Gözətçi qülləsi 2014
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/4 s. 7—8

Seçim etməyin vaxtı

«Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı» (Yaradılış 1:27).

MÜQƏDDƏS KİTABIN ilk səhifələrindən bizə tanış olan bu sözlər Allahın ‘öz vaxtında gözəl yaratdığı’ möhtəşəm şeylərdən birini — kamil insan cütünü, Adəmlə Həvvanı yaratmasını təsvir edir (Vaiz 3:11). Bir Yaradan kimi, Yehova Allah onlara buyurdu: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin» (Yaradılış 1:28).

İlk insan cütünə söylədiyi bu sözlərlə Allah Öz niyyətini onlara bildirdi. Onlar törəyib çoxalmalı və yerin qayğısına qalaraq, onu özləri və nəsilləri üçün cənnətə çevirməli idilər. Onların nə qədər yaşayıb öləcəkləri qabaqcadan müəyyən edilməmişdi. Əksinə, Allah onların qarşısında gözəl imkan açmışdı. Düzgün seçim etməklə və Allahın iradəsinə uyğun davranmaqla ilk insan cütü əbədiyyən tam əmin-amanlıq və xoşbəxtlik içində yaşaya bilərdi.

Onlar yanlış seçim etdilər və nəticədə bütün insanların payına düşən qocalıq və ölüm oldu. Qədimdə yaşayan Əyyub da bunu etiraf etmişdi: «Qadından doğulan insanın ömrü azdır, həyatı sıxıntı ilə doludur» (Əyyub 14:1). Axı nə baş verdi?

Müqəddəs Kitabda izah edilir: «Necə ki, günah tək bir adam vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir» (Romalılara 5:12). Sözsüz ki, həmin «bir adam» Allahın sadə, eyni zamanda aydın əmrini bilərəkdən pozan Adəm idi (Yaradılış 2:17). Seçimi ilə Adəm özünü yerüzü cənnətdə əbədi yaşamaq imkanından məhrum etdi. Onun ucbatından övladları da qiymətli mirasdan məhrum olub, günaha və ölümə məhkum oldular. Sanki hər şey itirildi. Bəs əslində belədirmi?

Bərpa etməyin vaxtı

Minilliklər sonra məzmurçu Allahdan ilham alaraq yazmışdı: «Salehlər yeri miras alar və onda əbədiyyən yaşayarlar» (Məzmur 37:29, KM). Cənnət bağında verilən vədin yerinə yetəcəyinə bizi əmin etmək üçün Müqəddəs Kitabda Allahın tezliklə nə edəcəyi təsirli sözlərlə təsvir olunur: «Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi». Sonra Allah Özü deyir: «Budur, Mən hər şeyi yeniləşdirirəm» (Vəhy 21:4, 5).

Hər şeyin öz vaxtı olduğundan məntiqəuyğun olaraq belə bir sual yaranır: «Allahın möhtəşəm vədlərinin həyata keçəcəyi bərpa vaxtı nə zaman olacaq?» Bu jurnalı nəşr edənlər, Yehovanın Şahidləri, Müqəddəs Kitabda ‘axır günlər’ adlandırılan dövrdə yaşadığımızı və Allahın ‘hər şeyi yeniləşdirmək’ üçün hərəkətə keçəcəyi vaxtın yaxın olduğunu insanlara bəyan edirlər (2 Timoteyə 3:1). Biz sizi Müqəddəs Kitabı araşdırmağa və qarşınızda açılan möhtəşəm imkanlar haqqında öyrənməyə təşviq edirik. Həmçinin sizi növbəti dəvəti qəbul etməyə səsləyirik: «Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Ona yalvarın» (Yeşaya 55:6). Həyatınızı və əbədi gələcəyinizi tale idarə etmir. Bu sizin öz əlinizdədir!

[8-ci səhifədəki yazı]

«Budur, Mən hər şeyi yeniləşdirirəm»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş