Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/1 s. 24—28
  • Şeytanın rəhbərliyi iflasa uğrayıb

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Şeytanın rəhbərliyi iflasa uğrayıb
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Həlaka aparan yol
  • Yehova buna nəyə görə yol verdi?
  • Üsyan Yehovanın izzətlənməsinə səbəb oldu
  • Dünyanın xəstəliyinin səbəbi
  • Yehovanın rəhbərliyi bəraət qazanıb!
    Gözətçi qülləsi 2010
  • Nəyə görə dünya əzab-əziyyətlə doludur?
    Müqəddəs Kitab təlimləri
  • Allah iztirablara nə üçün yol verir?
    Əbədi həyata aparan bilik
  • Yehova Allah məhəbbətdir
    Gözətçi qülləsi 2015
Əlavə
Gözətçi qülləsi 2010
w10 15/1 s. 24—28

Şeytanın rəhbərliyi iflasa uğrayıb

«Pis adam yaxşılıq görməyəcək» (VAİZ 8:13).

1. Pislərin tezliklə ədalət qarşısında cavab verməli olacaqları nəyə görə təsəllivericidir?

GEC-TEZ pislər etdikləri hər şeyə görə ədalət qarşısında cavab verməli olacaqlar (Sül. məs. 5:22; Vaiz 8:12, 13). Bu, təsəlliverici xəbərdir, xüsusilə də salehliyi sevən, ədalətsizlikdən və pislərin əlindən əziyyət çəkənlər üçün. Məsuliyyətə cəlb olunacaq ən böyük cinayətkar pisliklərin atası Şeytan İblisdir (Yəh. 8:44).

2. Eden bağında qaldırılan məsələni həll etmək üçün nəyə görə vaxt tələb olunurdu?

2 Özü haqqında yüksək fikirdə olan Şeytan Eden bağında ilk insan cütünü Yehovanın hökmranlığına qarşı çıxmağa təhrik etdi. Nəticədə, ulu valideynlərimiz Şeytana qoşularaq Yehovanın qanuni hökmranlığını rədd etdilər və Onun gözündə günahlı oldular (Rom. 5:12—14). Əlbəttə, Yehova onların hörmətsizliyinin və üsyankarlığının onlar üçün nə ilə nəticələnəcəyini bilirdi. Ancaq bu acı nəticələr bütün şüurlu varlıqlara aydın olmalı idi. Buna görə də məsələni həll etmək və üsyankarların tamamilə haqsız olduqlarını sübut etmək üçün vaxt tələb olunurdu.

3. İnsan hakimiyyətlərinə qarşı biz hansı mövqeyi tuturuq?

3 İnsanlar Yehovanın hakimiyyətini rədd etdikləri üçün öz hakimiyyət formalarını qurmalı oldular. Həvari Pavel Romadakı həmimanlılarına məktubunda yazırdı ki, onlar ‘üzərlərində olan [insan] hakimlərinə tabe olmalıdırlar’. Pavelin günlərində «hakimlər» dedikdə, əsas etibarilə, eramızın 54—68-ci illərində hökmranlıq edən Roma imperatoru Neron nəzərdə tutulurdu. Pavel deyir ki, «mövcud olan hakimlər də Allah tərəfindən təyin olunmuşdur». (Romalılara 13:1, 2 ayələrini oxu.) Demək olarmı ki, Pavel insan hakimiyyətini Allahın rəhbərliyindən üstün tutur? Əlbəttə, yox! O, sadəcə demək istəyirdi ki, hələ ki Yehova insan hakimiyyətlərinə yol verir, məsihçilər Allahın bu quruluşuna hörmətlə yanaşmalı və hakimiyyətlərə tabe olmalıdırlar.

Həlaka aparan yol

4. İnsan hakimiyyətinin iflasa məhkum olduğunun səbəbini izah edin.

4 Lakin Şeytanın təsiri altında olan insan hakimiyyəti iflasa məhkumdur. Nəyə görə? İlk növbədə ona görə ki, insan hakimiyyəti Allahın müdrikliyinə əsaslanmayıb. Yalnız Yehova kamil müdrikliyə sahibdir. Buna görə də müvəffəqiyyətli rəhbərliyin nə olduğunu yalnız O bilir (Yer. 8:9; Rom. 14:26). Çox vaxt səhvlər edə-edə öyrənən insanlardan fərqli olaraq, Yehova həmişə nə etmək lazım olduğunu yaxşı bilir. Onun rəhbərliyinə məhəl qoymayan istənilən hakimiyyət iflasa məhkumdur. Təkcə bu səbəbə görə — hələ Şeytanın pis niyyətlərindən danışmasaq — onun insanlar vasitəsilə rəhbərlik etməsi ta başlanğıcdan uğursuz olub.

5, 6. Şeytanı Yehovaya müxalif çıxmağa nə təhrik etdi?

5 Adətən, dərrakəli və ağıllı insan uğursuzluğa məhkum olan işə baş qoşmur. Və əgər o, inadkarlıqla həmin işdən əl çəkmirsə, gec-tez öz səhvini etiraf etməli olacaq. Tarix dönə-dönə sübut etmişdir ki, Qadir Allaha müxalif çıxmaq əbəsdir. (Süleymanın məsəlləri 21:30 ayəsini oxu.) Lakin Şeytanın məğrurluğu və təkəbbürlülüyü onun gözünü kor etmiş və bu, onun Yehovaya arxa çevirməsinə səbəb oldu. Beləliklə, İblis bilə-bilə axırı pis qurtaran yola qədəm qoydu.

6 Şeytanın özündən çox razı olması Babil padşahının lovğalana-lovğalana dediyi sözlərində əks olunur: «Göylərə qalxacağam, taxtımı Allahın ulduzları üzərində yüksəklərə yerləşdirəcəyəm, şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam, uca buludların üzərinə çıxacağam, özümü Haqq-Taala kimi aparacağam» (Yeşaya 14:13—15). Həmin padşahın ağılsız niyyəti boşa çıxdı və Babil padşahlarının sülaləsinin sonu şərəfsiz oldu. Şeytan və onun dünyası da tezliklə məğlub olacaq.

Yehova buna nəyə görə yol verdi?

7, 8. Yehovanın pisliyin mövcud olmasına müvəqqəti yol verməsinin gətirdiyi bəzi faydalar hansılardır?

7 Bəziləri soruşa bilərlər: «Nəyə görə Yehova insanların Şeytanın tərəfini tutmalarına və məğlubiyyətə düçar olan hakimiyyəti seçmələrinə mane olmadı?» Əlbəttə, Külli-İxtiyar Allah bunu edə bilərdi (Çıx. 6:3). Lakin O, bunu etmədi. Çünki sonsuz müdrikliyə sahib olan Allah gördü ki, müvəqqəti olaraq insanların üsyanına müdaxilə etməmək nəticədə xeyir gətirəcək. Yehovanın ədalətli və qayğıkeş Hökmdar olduğuna bəraət qazandırılacaq və Allahın bu qərarı sadiq insanlara fayda gətirəcək.

8 İnsanlar Şeytanın təklifini rədd etsəydilər və Allahdan müstəqil olmaq fikrinə düşməsəydilər, başımıza bu qədər müsibət gəlməzdi! Buna baxmayaraq, Yehovanın insanlara müəyyən müddət rəhbərlik etməyə izin verməsinin müsbət cəhətləri də var. Səmimi insanlar Allaha qulaq asmağın və Ona etibar etməyin nə qədər müdrik olduğuna əmin oldular. Əsrlər boyu müxtəlif hakimiyyət formaları təcrübədən keçirilmiş, lakin onların heç biri ideal olmamışdır. Bu fakt Yehovanın xidmətçilərini daha da əmin etmişdir ki, Onun hökmranlığından yaxşısı yoxdur. Düzdür, Yehovanın qəddar Şeytana müvəqqəti olaraq rəhbərlik etməyə izin verməsi bütün bəşəriyyətə, o cümlədən Onun sadiq xidmətçilərinə bəlalar gətirdi. Amma bunun Yehovanın xidmətçiləri üçün faydası da az deyil.

Üsyan Yehovanın izzətlənməsinə səbəb oldu

9, 10. Şeytanın rəhbərliyinin Yehovanın izzətlənməsinə necə səbəb olduğunu izah edin.

9 Yehovanın insanlara Şeytanın təsiri altında yaşamalarına və öz-özlərini idarə etmələrinə yol verməsi qətiyyən Onun hökmranlığını nüfuzdan salmadı. Əksinə, tarix sübut etdi ki, Yeremyanın Allahdan ilham alaraq insanların öz-özünü idarə edə bilmədikləri barədə yazdığı sözlər həqiqətdir. (Yeremya 10:23 ayəsini oxu.) Bundan əlavə, Şeytanın qaldırdığı üsyan Yehovaya Öz gözəl keyfiyyətlərini daha qabarıq şəkildə nümayiş etdirmək imkanını verdi. Necə?

10 Şeytanın hakimiyyətinin gətirdiyi bəlalar göz qabağında olduğu üçün Yehovanın mükəmməl xüsusiyyətlərini həmişəkindən daha aydın görürük. Bu, Yehovanı Onu sevənlərin gözündə daha da ucaltdı. Bəli, nə qədər qəribə səslənsə də, Şeytanın uğursuz hakimiyyəti Allahın izzətlənməsinə səbəb oldu. Bu həmçinin Yehovanın hökmranlığına meydan oxunması məsələsini mükəmməl surətdə həll etdiyini göstərdi. Bu həqiqəti əyani şəkildə göstərmək üçün gəlin qısaca olaraq Yehovanın bəzi xüsusiyyətlərini nəzərdən keçirək və Şeytanın qəddar rəhbərliyinin Onu bu xüsusiyyətləri daha necə təzahür etdirməyə təşviq etdiyinə baxaq.

11. Yehova məhəbbətini necə təzahür etdirdi?

11 Məhəbbət. Müqəddəs Yazılarda deyilir ki, «Allah məhəbbətdir» (1 Yəh. 4:8). Yehovanı insanları yaratmağa təşviq edən başlıca olaraq məhz məhəbbət idi. Bizim ecazkar, əsrarəngiz yolla yaradıldığımız da Allahın məhəbbətinə dəlalət edir və Onun qarşısında ehtiram dolu qorxu hasil edir. Üstəlik, Yehova insanların xoşbəxt yaşamaları üçün hər şeylə təmin olunmuş gözəl ev də bəxş etdi (Yar. 1:29 —31; 2:8, 9; Məz. 139:14—16). Lakin pislik bəşər ailəsinə daxil olanda Yehova Öz məhəbbətini başqa cür təzahür etdirdi. Necə? Həvari Yəhya İsanın sözlərini sitat gətirərək yazır: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» (Yəh. 3:16). Allah günahların tamamilə silinməsi üçün yeganə Oğlunu yer üzünə fidyə kimi göndərdi. Məgər O, insanlara məhəbbətini bundan da yaxşı göstərə bilərdimi? (Yəh. 15:13). Məhəbbətin bu cür böyük təzahürü insanlar üçün nümunədir və hətta İsa kimi, Allahın fədakar məhəbbətini gündəlik həyatlarında təzahür etdirməyə imkan verir (Yəh. 17:25, 26).

12. Yehovanın qüvvəsi necə təzahür olundu?

12 Qüvvə. Yalnız Külli-İxtiyar Allah həyat verməyə qadirdir (Vəhy 11:17; Məz. 36:9). İnsan dünyaya gələndə, sanki, ağ vərəq kimidir. O öləndə bu vərəq onun şəxsiyyətini formalaşdırmış qərarlar, əməllər və hadisələrlə doludur. Yehova üçün bu məlumatı yadda saxlamaq heç də problem deyil. Vaxtı çatanda Yehova həmin insanı özünəməxsus bütün cəhətləri ilə bərabər həyata qaytara bilər (Yəh. 5:28). Beləliklə, ölüm Allahın niyyətinə daxil olmasa da, bu, Ona ölümdən də güclü olduğunu göstərmək imkanını verdi. Həqiqətən də, Yehova Külli-İxtiyar Allahdır.

13. İsanın fidyə qurbanlığı Yehovanın mükəmməl ədalətə malik olduğunu necə göstərdi?

13 Ədalət. Yehova nə yalan danışır, nə də ki ədalətsizlik edir (Qanun. t. 32:4; Tit. 1:2). Bəzən çox çətin olsa da, O, həmişə Özünün ən yüksək həqiqət və ədalət prinsiplərinə sadiq qalır (Rom. 8:32). Əziz Oğlunun işgəncə dirəyində allahsız insan kimi öldürülməsini görmək Ona necə də ağır idi! Qeyri-kamil insanları sevdiyi üçün və mükəmməl ədalət prinsipləri pozulmasın deyə Yehova bu dəhşətli hadisənin baş verməsinə yol verdi. (Romalılara 5:18—21 ayələrini oxu.) Ədalətsizliklə dolu olan bu dünya Yehovaya ən ədalətli şəxs olduğunu göstərmək imkanını verdi.

14, 15. Yehovanın misilsiz hikməti və səbri necə təzahür olundu?

14 Hikmət. Adəmlə Həvva günah işlətdikdən dərhal sonra Yehova onların qaldırdığı üsyanın acınacaqlı nəticələrini necə aradan qaldıracağını açıqladı (Yar. 3:15). Belə qəti addımlar və niyyətinin təfərrüatlarını xidmətçilərinə tədricən açıqlaması Yehovanın müdrikliyini qabarıq şəkildə nümayiş etdirdi (Rom. 11:33). Problemləri ustalıqla həll etməkdə Yehovaya heç nə əngəl ola bilməz. Əxlaqsızlığın, ağılsızlığın, özbaşınalığın, azğınlığın, ayrı-seçkiliyin və ikiüzlülüyün hökm sürdüyü və müharibələrin tüğyan etdiyi bir dünyada əsil hikmətin nə olduğunu nümayiş etdirmək üçün Yehovanın çoxlu imkanları yarandı. Şagird Yaqub yazırdı: «Yuxarıdan nazil olan hikmət əvvələn safdır, sonra da sülhpərvər, mülayim, itaətkar, mərhəmətli və xeyirli bəhrə ilə dolu, qərəzsiz və riyasızdır» (Yaq. 3:17).

15 Səbir. İnsanlar qeyri-kamil və günahlı olmasaydılar, çətin ki, Onun səbrini bu qədər qabarıq tərzdə görə bilərdik. Yehovanın minlərlə illər ərzində səbir təzahür etdirməsi göstərir ki, O, bu gözəl keyfiyyətin ən mükəmməl dərəcəsinə malikdir və buna görə biz Ona minnətdar olmalıyıq. Həvari Peter tamamilə haqlı olaraq demişdir ki, biz ‘Rəbbimizin səbrini qurtuluş hesab etməliyik’ (2 Pet. 3:9, 15).

16. Nəyə görə Yehovanın bağışlamağa hazır olması sevinc üçün səbəbdir?

16 Bağışlamağa hazır olan Allah. Biz hamımız günahlıyıq və tez-tez səhvlərə yol veririk (Yaq. 3:2; 1 Yəh. 1:8, 9). Yehovanın ‘əfvi bol’ olduğuna görə biz Ona necə də minnətdar olmalıyıq! (Yeşaya 55:7). Üstəlik, Allah qeyri-kamil və günahlı insanlar olan bizlərin günahından keçəndə ürəyimiz sevincdən riqqətə gəlir (Məz. 51:5, 9, 17). Yehovanın bu gözəl xüsusiyyətini öz üzərimizdə hiss etmək Onu daha möhkəm sevməyə və başqaları ilə münasibətdə nümunəsini izləməyə təşviq edir. (Koloslulara 3:13 ayəsini oxu.)

Dünyanın xəstəliyinin səbəbi

17, 18. Şeytanın rəhbərliyi necə iflasa uğrayıb?

17 Şeytanın rəhbərliyi altında olan bütün dünya sistemi — hökmranlığı nəticəsində əmələ gələn dünya əsrlər ərzində dəfələrlə uğursuzluqla qarşılaşmışdı. «Bu dünya xəstədirmi? — deyə 1991-ci ildə bir qəzetdə sual qaldırılmışdı. — Bəli, bu belədir, lakin bunun səbəbkarı Allah yox, insanlardır» («The European»). Buna heç bir şübhə yoxdur! Şeytana uyaraq ulu valideynlərimiz insan rəhbərliyini Yehovanın rəhbərliyindən üstün tutdular. Bununla onlar əvvəlcədən uğursuzluğa məhkum edilmiş hakimiyyətin təməlini qoydular. İnsanların bütün dünyada çəkdikləri ağrı-acı və iztirablar insan hakimiyyətinin ölümcül xəstəliyə tutulduğuna dəlalət edir.

18 Şeytanın idarəetmə üsulu xudbinlik törədir. Lakin xudbinlik Yehovanın hökmranlığının əsasını təşkil edən məhəbbətə heç zaman üstün gələ bilməz. Şeytanın rəhbərliyi insanlara sabitlik, xoşbəxtlik və təhlükəsizlik gətirə bilmədi. Yehovanın hökmranlığına isə bəraət qazandırılıb! Müasir zəmanədə bunu necə görmək olar? Bu barədə növbəti məqalədə söhbət gedəcək.

Növbəti ayələrdən rəhbərlik haqda nə öyrəndiniz?

• Romalılara 13:1, 2;

• Süleymanın məsəlləri 21:30;

• Yeremya 10:23;

• Koloslulara 3:13.

[25-ci səhifədəki şəkillər]

Şeytanın rəhbərliyi heç zaman bəşəriyyətin xeyrinə olmayıb

[İcazə ilə]

U.S. Army photo

WHO photo by P. Almasy

[26-cı səhifədəki şəkil]

Yehova ölümdən də güclüdür

[27-ci səhifədəki şəkil]

Yehovanın məhəbbəti və ədaləti Oğlunu qurban verməsindən görünür

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş