Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/7 s. 16—18
  • Allahın birinci əsrdəki xidmətçilərinin həyatı. Ev işləri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın birinci əsrdəki xidmətçilərinin həyatı. Ev işləri
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • İşləri başından aşırdı. Yəhudi qadın səhər tezdən, ehtimal ki, gün doğmamış artıq iş başında olurdu (Süleymanın məsəlləri 31:15). Ailəsi üçün sıyıq bişirdikdən sonra oğullarını ibadət yerində fəaliyyət göstərən məktəbə aparırdı. Qız uşaqları isə evdə qalırdılar. Onlar gələcəkdə bacarıqlı arvad olmaq üçün ev işlərini görməyi öyrənirdilər.
  • Onlar ‘yaxşı payı seçmişlər’. Doğrudan da, birinci əsrdə evdar qadınların işləri başından aşırdı (Luka 10:40). Bu gün də qadınların, xüsusilə uşaqlı anaların başları işdən açılmır. Müasir məişət avadanlıqları qadınların bəzi ev işlərini xeyli asanlaşdırsa da, bir çox analar təkcə ev işlərini görmürlər. Onlar ailələrini dolandırmaq üçün işləməli də olurlar.
  • «İnanıram»
    İman örnəkləri
  • Yehovaya yayınmadan xidmət edin
    Gözətçi qülləsi 2015
  • Martanın aldığı məsləhət və dua haqqında təlim
    İsa Məsihin həyatı və xidməti
  • Qonaqpərvərlik və dua haqda öyüdlər
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
Gözətçi qülləsi 2010
w10 1/7 s. 16—18

Allahın birinci əsrdəki xidmətçilərinin həyatı. Ev işləri

«Onlar yollarına davam edərkən İsa bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. Onun Məryəm adlı bir bacısı vardı; o, İsanın ayaqları yanında oturub Onun sözünü dinləyirdi. Marta isə işin çoxluğundan çaşmışdı və [İsaya] yaxınlaşıb dedi: “ ...Məgər bacımın məni yalnız xidmət etməyə buraxması Səni narahat etmirmi? Ona de ki, mənə kömək etsin”. İsa isə ona cavab verib dedi: “Marta! Marta! Sən çox şeylər üçün üzülüb təlaş edirsən. Ancaq bircə şeyə ehtiyac var. Məryəm isə ondan alınmayacaq yaxşı payı seçmişdir”» (LUKA 10:38—42).

MARTA birinci əsrdə yaşayan imanlı qadınlardan biri idi və o, zəhmətsevərliyi ilə başqalarının hörmətini qazanmışdı. O zamanlar ev işlərinə ciddi fikir verən və ailəsinin ehtiyaclarının qayğısına qalan qadın yaxşı qadın hesab olunurdu.

Həmin dövrdə Allaha xidmət edən qadınların öz imanlarını başqaları ilə bölüşmək məsuliyyəti də vardı (Matta 28:19, 20; Həvarilərin işləri 2:18). Bununla belə, Müqəddəs Yazılar onları ev işlərinə fikir verməyə təşviq edirdi (Titus 2:5). Onların gördüyü çoxsaylı ev işlərindən bəziləri hansılar idi və biz İsanın Məryəm barədə dediyi sözlərdən nə öyrənə bilərik?

İşləri başından aşırdı. Yəhudi qadın səhər tezdən, ehtimal ki, gün doğmamış artıq iş başında olurdu (Süleymanın məsəlləri 31:15). Ailəsi üçün sıyıq bişirdikdən sonra oğullarını ibadət yerində fəaliyyət göstərən məktəbə aparırdı. Qız uşaqları isə evdə qalırdılar. Onlar gələcəkdə bacarıqlı arvad olmaq üçün ev işlərini görməyi öyrənirdilər.

Ana qızları ilə birlikdə əvvəlcə birinci dərəcəli işləri görürdü: çıraqdanı zeytun yağı ilə doldurur (1), evi süpürür (2) və keçi sağırdı (3). Bundan sonra onlar bir günlük çörək bişirmək üçün hazırlıqlar görürdülər. İlk əvvəl qızlar buğdanı qarışıqlardan təmizləyib, (4) onu əl dəyirmanında üyüdürdülər (5). Anaları isə alınan kəpəkli una su və maya əlavə edib xəmir yoğururdu (6). Xəmir acıyana qədər o, başqa işləri görürdü. Bu arada qızlar təzəcə sağılmış keçi südündən yağ və ya pendir hazırlayırdılar (7).

Günortaya yaxın ana qızları ilə birlikdə gündəlik azuqə almaq üçün bazara gedirdi (8). Bir tərəfdən ədviyyatın ətri, mal-qaranın böyürməsi, qoyun-quzunun mələşməsi, digər tərəfdən isə qiyməti aşağı salmağa çalışan alıcıların səsi gəlirdi. Onlar meyvə-tərəvəz və quru balıq alırdılar. Əgər o, Allahın xidmətçisi idisə, alış-veriş edərkən imanı barədə başqalarına da danışırdı (Həvarilərin işləri 17:17).

Övladlarının tərbiyəsinə ciddi yanaşan ana bazara gedib-gələrkən yolda onlara Müqəddəs Kitab prinsiplərini və onların faydasını izah edirdi (Qanunun təkrarı 6:6, 7). Ola bilsin, o həmçinin öz qızlarına pulu qənaətlə xərcləməyi də öyrədirdi (Süleymanın məsəlləri 31:14, 18).

Qadınların hər gün gördüyü işlərdən biri də suya getmək idi (9). Orada onlar quyudan su çəkir və ehtimal ki, bu zaman bir-biri ilə ordan-burdan danışırdılar. Evə gələndən sonra ana qızları ilə birlikdə çörək bişirməyə başlayırdı. Əvvəlcə onlar xəmiri kündələyir, sonra da onları yastılayıb qızmar təndirə yapırdılar (10). Adətən, təndir həyətdə olurdu. Bu arada onlar söhbət edir və ətrafı bürüyən çörək ətrindən həzz alırdılar.

Daha sonra paltar yumaq üçün yaxınlıqdakı çaya yollanırdılar (11). Qadınlar əvvəlcə paltarları müəyyən bitki külündən düzəldilmiş sabunla yaxşıca yuyurdular. Onları yaxalayıb sıxdıqdan sonra kolların və daşların üzərinə sərirdilər.

Ana və qızları evə qayıdanda yastı dama çıxır və yuyulmuş pal-paltardan cırıq-sökük olanları yamayırdı (12). Onları yerinə yığdıqdan sonra ana qızlarına naxış vurmağın və toxumağın sirlərini öyrədirdi (13). Bir də gözlərini açırdılar ki, şam yeməyi bişirməyin vaxtıdır (14). O vaxtkı insanlara qonaqpərvərlik göstərmək xas idi və onlar qonağın qarşısına çörək, meyvə-tərəvəz, pendir, quru balıq, sərin su, bir sözlə, Allahın yetirdiyi naz-nemətdən qoyurdular.

Artıq yatmaq vaxtıdır. Ana uşaqlarından hansının dizində yara olub-olmadığını yoxlayır və yarasına zeytun yağı sürtür. Valideynlər çırağın titrəyən alovunun işığı altında övladlarına Müqəddəs Yazılardan bir hekayə danışırlar və birgə dua edirlər. Bir azdan onların xudmani evlərinə sükut çökür. Ər ömür-gün yoldaşını Müqəddəs Kitabın bu sözləri ilə tərifləyir: «Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir». Bəli, o, həqiqətən də bu sözlərə layiqdir (Süleymanın məsəlləri 31:10).

Onlar ‘yaxşı payı seçmişlər’. Doğrudan da, birinci əsrdə evdar qadınların işləri başından aşırdı (Luka 10:40). Bu gün də qadınların, xüsusilə uşaqlı anaların başları işdən açılmır. Müasir məişət avadanlıqları qadınların bəzi ev işlərini xeyli asanlaşdırsa da, bir çox analar təkcə ev işlərini görmürlər. Onlar ailələrini dolandırmaq üçün işləməli də olurlar.

Çətinliklərə rəğmən Allaha xidmət edən bir çox qadınlar, məqalənin əvvəlində adı çəkilən Məryəm kimi, ruhani işlərə xüsusi önəm verirlər (Matta 5:3). Onlar Müqəddəs Kitabda yazılanlara uyğun olaraq ailələrinin qayğısına qalırlar (Süleymanın məsəlləri 31:11—31). Bununla yanaşı, onlar İsa peyğəmbərin Martaya dediyi sözə əsasən də yaşayırlar. Allaha yaxın olan qadın kimi, sözsüz ki, o, aldığı məsləhətə ciddi yanaşdı. Bu gün də Allahdan qorxan qadınlar yol vermirlər ki, ev işləri Allah haqqında öyrənmələrinə (15) və ya imanları barədə başqalarına danışmalarına mane olsun (Matta 24:14; İbranilərə 10:24, 25). Bu cür davranmaqla onlar ‘yaxşı payı seçmiş’ olurlar (Luka 10:42). Belə qadınlar Allah, İsa Məsih və ailələri tərəfindən yüksək qiymətləndirilir (Süleymanın məsəlləri 18:22, KM).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş