Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/4 s. 18—20
  • Uşaqlarınıza əxlaq dəyərlərini aşılayın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uşaqlarınıza əxlaq dəyərlərini aşılayın
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Ciddi nəzarət çıxış yolu deyil
  • Yüksək əxlaq normalarının dəyəri
  • Uşağınıza cinsi tərbiyə verin
    Oyanın! 2016
  • Həmyaşıdlarımın cinsi əlaqəyə girmək təhrikinə necə uymayım?
    Gənclərin sualları
  • Oral seksi cinsi əlaqə saymaq olar?
    Gənclərin sualları
  • Cinsi əlaqəyə dair baxışımı necə izah edə bilərəm?
    Gənclərin sualları
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/4 s. 18—20

Ailə xoşbəxtliyinin açarları

Uşaqlarınıza əxlaq dəyərlərini aşılayın

Meksikadan olan Loidaa adlı ana deyir: «Məktəbdə prezervativlər paylanılır, buna görə də yeniyetmələr elə fikirləşir ki, cinsi əlaqədə olmaqda pis bir şey yoxdur, təki “təhlükəsiz” olsun».

Yaponiyadan olan Nabuko adlı ana deyir: «Bir dəfə oğlumdan soruşdum ki, dostluq etdiyi qızla tək qalarsa, necə davranar? “Nə bilim”, — deyə cavab verdi».

QIZINIZ və ya oğlunuz təzəcə yeriməyə başlayanda yəqin çalışırdınız ki, evdə uşağa xətər yetirəcək heç nə olmasın. Ola bilsin, elektrik rozetkaları bağlayır, iti alətləri gizlədir, pilləkənlərdən qoruyurdunuz — bir sözlə, uşağınızın təhlükəsizliyi üçün əlinizdən gələn hər şeyi edirdiniz.

Kaş ki yeniyetməni qorumaq da belə asan olaydı! İndi sizi daha ciddi problemlər narahat edir: «Görəsən, oğlum pornoqrafiyaya baxırmı? Qızım mobil telefonla öz açıq-saçıq şəkillərini göndərirmi?» Yaxud da, ola bilsin, sizi ən çox övladınızın sekslə məşğul olub-olmaması narahat edir.

Ciddi nəzarət çıxış yolu deyil

Bəzi valideynlər uşaqlarının hər hərəkətinə göz qoyur, az qala, 24 saat yanlarından ayrılmırlar. Ancaq sonradan aşkar edirlər ki, onların belə nəzarəti ona gətirib çıxarıb ki, yeniyetmə işini altdan-altdan görməyə başlayıb və məhz valideynin onu qorumağa çalışdığı şeylə məşğul olduğunu gizlətməkdə «profesionallaşıb».

Buradan aydın olur ki, yeniyetməyə nəzarət çıxış yolu deyil. Yehova Allah yaratdıqlarının itaətini bu yolla qazanmağa çalışmır. Siz valideynlər də belə etməməlisiniz (Qanunun təkrarı 30:19). Bəs onda siz yeniyetmənizin müdrik qərarlar qəbul etməsinə necə kömək edə bilərsiniz? (Süleymanın məsəlləri 27:11).

Bu mövzunu uşaqlarınızla nə qədər tez müzakirə etməyə başlasanız, bir o qədər yaxşıdır (Süleymanın məsəlləri 22:6)b. Onlar yeniyetməlik dövrünə qədəm qoyanda da bu söhbətləri davam etdirin. Bir valideyn kimi, yeniyetməniz üçün etibarlı məlumatın əsas mənbəyi siz olmalısınız. Böyük Britaniyadan olan Alişa adlı qız deyir: «Çoxları elə fikirləşir ki, bizə cinsi əlaqə haqqında dostlarımızla danışmaq daha asandır, amma əslində bu belə deyil. Biz bu haqda valideynlərimizin bizimlə danışmasını istəyirik. Çünki biz onlara etibar edirik».

Yüksək əxlaq normalarının dəyəri

Uşaqlar böyüdükcə dünyaya necə gəldiklərindən daha çox şey bilməlidirlər. Onlar həmçinin qavrayışlarını daima işlətməklə yaxşını pisdən ayırmağa öyrənməlidirlər (İbranilərə 5:14). Başqa sözlərlə desək, onlar cinsi əlaqəyə dair yüksək əxlaq normalarına, yəni möhkəm əqidəyə malik olmalıdırlar və onlara uyğun yaşamalıdırlar. Bəs siz övladınıza bu cür prinsipləri necə aşılaya bilərsiniz?

Əvvəlcə öz əxlaq dəyərlərinizin üzərində düşünün. Məsələn, siz tam əminsiniz ki, cinsi əxlaqsızlıq — nikahda olmayan iki nəfərin cinsi əlaqədə olması düzgün deyil (1 Saloniklilərə 4:3). Eynilə uşağınız sizin bu məsələyə necə yanaşdığınızı bilir, hətta Müqəddəs Kitabdan mövqeyinizin əsaslandığı ayələri belə sitat gətirə bilər. Onlardan soruşulsa, dərhal nikahdan kənar cinsi əlaqədə olmağın çox pis olduğunu deyəcəklər.

Lakin bu kifayət deyil. Bir kitabda qeyd edilir ki, bəzi gənclər özlərini elə göstərirlər ki, guya cinsi əlaqə ilə bağlı valideynləri ilə həmfikirdirlər. Həmçinin orada deyilir: «Gənclər özlərinə o qədər əmin deyillər ki, bu barədə şəxsi fikirləri olsun. Onlar gözlənilməz vəziyyətlə üzləşərkən və hansı hərəkətin düzgün olub-olmadığını müəyyən edərkən çaş-baş qalır və ciddi səhvə yol verirlər» («Sex Smart»). Buna görə də onların əxlaq normalarına yiyələnməsi olduqca zəruridir. Siz övladınıza bu sahədə necə kömək edə bilərsiniz?

Öz prinsiplərinizi aydın bildirin. Siz cinsi əlaqənin yalnız evli insanlar arasında yol verilən olduğuna əminsiniz? Onda yeniyetmənizlə bu haqda açıq şəkildə və tez-tez danışın. Bir kitabda qeyd olunduğu kimi, «əgər valideynlər uşaqlarına yeniyetmələrin cinsi əlaqədə olmasına qarşı olduqlarını aydın başa salsalar, çox ehtimal ki, onlar bunu etməyə tələsməyəcəklər» («Beyond the Big Talk»).

Əlbəttə, artıq xatırlandığı kimi, qızınızın və ya oğlunuzun əxlaq normalarına uyğun yaşamaları üçün sadəcə bu normalar haqda danışmaq kifayət deyil. Bununla belə, ailənin malik olduğu möhkəm əxlaq dəyərləri əsasında uşaqların da öz əxlaq normaları formalaşacaq. Araşdırmalardan da göründüyü kimi, bir çox gənclər yeniyetməlik dövründə valideynlərinin sözlərini qulaqardına vururmuş kimi görünsələr də, əvvəl-axır onların bu kimi dəyərlərini mənimsəyirlər.

MƏSLƏHƏT. Əxlaq dəyərləri haqda söhbətə xəbərlərdə deyilmiş hansısa hadisə ilə başlayın. Məsələn, əgər haradasa zorlama ilə bağlı cinayət törədilibsə, belə deyə bilərsiniz: «Lap dəhşətə gəlirəm, bəzi kişilər qadınları zorlayırlar. Necə düşünürsən, onları buna nə vadar edir?»

Cinsi əlaqə ilə bağlı düzgün anlayış aşılayın. Əlbəttə, xəbərdarlıqlar vacibdir (1 Korinflilərə 6:18; Yaqub 1:14, 15). Bununla belə, Müqəddəs Kitabda cinsi münasibətlər Şeytanın tələsi kimi yox, Allahın ənamı kimi təsvir olunur (Süleymanın məsəlləri 5:18, 19; Nəğmələr nəğməsi 1:2). Əgər valideyn uşağına cinsi əlaqəni yalnız pis bir şey kimi təqdim edirsə, onda yeniyetmədə buna dair təhrif olunmuş və Müqəddəs Kitaba əsaslanmayan təsəvvür yaranacaq. Fransadan olan Karina adlı gənc qadın deyir: «Valideynlərim tez-tez cinsi əxlaqsızlıq barədə danışmaqla məndə cinsi münasibətlərə qarşı mənfi düşüncə tərzi yaratmışdılar».

Uşaqlarınızın seks haqqında düzgün təsəvvürlərə malik olduğuna əmin olun. Meksikadan olan Nadia adlı bir ana deyir: «Mən həmişə çalışmışam ki, övladlarıma cinsi əlaqənin gözəl və təbii bir şey olduğunu, həmçinin Yehova Allahın onu insanlara həzz almaq üçün bəxş etdiyini aşılayım. Lakin bu, yalnız nikah daxilində yolveriləndir. Bu ənamdan necə istifadə etməyimizdən asılı olaraq, o bizə ya xoşbəxtlik, ya da bədbəxtlik gətirə bilər».

MƏSLƏHƏT. Növbəti dəfə yeniyetmə övladınızla cinsi əlaqə barədə danışanda söhbətə müsbət tərzdə yekun vurmağa çalışın. Cinsi əlaqə haqqında oğlunuzun və ya qızınızın ailə quranda həzz ala biləcəyi Allahın gözəl ənamı kimi danışmaqdan qorxmayın. Onları o vaxtacan Allahın normalarına bağlı qala biləcəklərinə əmin edin.

Yeniyetməyə hərəkətinin nəticələri barədə düşünməyə kömək edin. Həyatının hər sahəsində düzgün qərar qəbul etmək üçün yeniyetmə mümkün qərarların hər birinin müsbət və mənfi cəhətlərini götür-qoy etməyi öyrənməlidir. Düşünməyin ki, onun sadəcə nəyin düzgün, nəyin səhv olduğunu bilməsi kifayətdir. Avstraliyadan olan Emma adlı bir qadın deyir: «Geri dönüb, gənclikdə yol verdiyim səhvlərimə baxanda anlayıram ki, Allahın normalarını bilmək və onları mənimsəmək fərqli şeylərdir. Bu normaların faydasını və onları pozmağın nəticəsini başa düşmək həyati vacib məsələdir».

Bunda bizə Müqəddəs Kitab kömək edə bilər, çünki orada məsləhət veriləndə həmin məsləhətə əməl etməməyin pis nəticələri haqda da xəbərdarlıq olunur. Məsələn, Süleymanın məsəlləri 5:8, 9 ayələrində gənclər cinsi əxlaqsızlıqdan qaçmağa, ‘şərəflərini yadlara verməməyə’ təşviq olunurlar. Bu ayələrdən göründüyü kimi, nikahdan qabaq cinsi əlaqədə olan insan müəyyən mənada öz adına ləkə gətirir, Allah qarşısında nöqsansızlığını və şəxsi ləyaqət hissini itirir. Nəticədə, onlar bu cür xüsusiyyətləri olan və onlar üçün münasib həyat yoldaşı ola biləcək insanların gözündə dəyərdən düşürlər. Allahın normalarına xor baxmağın fiziki, emosional və ruhani təhlükələri barədə düşünmək yeniyetmənin onlara uyğun yaşamaq qətiyyətini möhkəmləndirə bilərc.

MƏSLƏHƏT. Yeniyetməyə Allahın normalarındakı müdrikliyi görməyə kömək edən nümunə çəkin. Məsələn, belə deyə bilərsiniz: «Ocağın alovu yaxşıdır, yanğının alovlanması isə dəhşətdir. Səncə, bu iki şeyin arasında fərq nədədir və bu nümunəni Allahın cinsi əlaqəyə dair qoyduğu məhdudiyyətə necə tətbiq etmək olar?» Süleymanın məsəlləri 5:3—14 ayələrinin köməyilə yeniyetmənizə cinsi əxlaqsızlığın acı nəticələrini başa salın.

Yaponiyadan olan 18 yaşlı Takao adlı gənc deyir: «Bilirəm ki, düzgün olanı etməliyəm, ancaq daim bədənimin arzuları ilə mübarizə aparmalı oluram». Bu kimi hisslər keçirən gənclər təsəlli tapa bilərlər ki, onlar bu mübarizədə tək deyillər. Hətta Allahın sadiq xidmətçisi Pavel etiraf etmişdir: «Özümlə bağlı belə bir qanunauyğunluğu müşahidə edirəm: düzgün iş görmək istəyəndə pislik başımın üstünü kəsdirir» (Romalılara 7:21).

Yeniyetmələr başa düşməlidirlər ki, bu kimi mübarizənin yaxşı tərəfləri də var. Bu onlara necə insan olmaq istədiklərini müəyyən etməyə kömək edəcək. Həmçinin növbəti sualın üzərində düşünməyə vadar edəcək: «Özünə hakim olmağı bacaran, güclü və Allah qarşısında nöqsansız bir insan olmaq, yoxsa başqalarının sözü ilə oturub-duran və arzularının qulu olan bir insan kimi tanınmaq istəyirəm?» Yeniyetməniz yüksək əxlaq normalarına sahib olarsa, bu suala müdrik cavab verə biləcək.

[Haşiyələr]

a Məqalədə bəzi adlar dəyişdirilib.

b Uşaqlarla cinsi əlaqə barədə söhbətə başlamaq və yaşlarına uyğun olaraq onları məlumatlandırmaq haqda məsləhətləri «Gözətçi Qülləsi» jurnalının 2010-cu il 1 noyabr sayının 12—14-cü səhifələrində (rus.) tapmaq olar.

c Daha çox məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Oyanın!» jurnalının aprel sayında «Gənclərin sualları. Cinsi əlaqə münasibətlərimizi möhkəmləndirəcəkmi?» (rus.) adlı məqaləyə baxın.

ÖZÜNÜZDƏN SORUŞUN...

▪ Övladımın yüksək əxlaq normalarına malik olduğunu nə göstərir?

▪ Övladlarımla cinsi əlaqə haqda danışarkən onun Şeytanın tələsi yox, Allahın ənamı olduğunu vurğulayırammı?

[20-ci səhifədəki çərçivə]

Müqəddəs Kitab məsləhətləri zamanın sınağından çıxmışdır

«Müqəddəs Kitabın cinsi münasibətlərə dair dedikləri zamanın sınağından çıxıb. Bu gün erkən yaşda cinsi əlaqədə olmağın, nikahdankənar hamiləliyin, QİÇS-in və cinsi yolla ötürülən digər xəstəliklərin nəticəsində yaranan ciddi emosional problemlərlə mübarizə aparan yeniyetmələrin get-gedə artığı bir dövrdə Müqəddəs Kitabın cinsi münasibətlərin yalnız nikahda yolverilən olduğuna dair məsləhəti... tamamilə yerindədir və faydalıdır, həm də cinsi əlaqədə olmağın yeganə “təhlükəsiz” yoludur» («Parenting Teens With Love and Logic»).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş