Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/4 s. 28
  • Yadınızdadırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yadınızdadırmı?
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • Süd-bal Axan Diyar
    Gözətçi qülləsi 2012
  • «İnanıram»
    İman örnəkləri
  • Eden bağı, həqiqətən də, mövcud olubmu?
    Gözətçi qülləsi 2011
  • Qanunsuzluğa nifrət edirsənmi?
    Gözətçi qülləsi 2011
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/4 s. 28

Yadınızdadırmı?

«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.

• Eden bağının, həqiqətən də, mövcud olduğunu nəyin əsasında demək olar?

Müqəddəs Kitab bu bağın harada yerləşdiyini təfərrüatı ilə təsvir edərək onun gerçək bir yer olduğunu göstərir. Vaxtilə orada axan çayların ikisi indiyə kimi mövcuddur. Adətən, nağıllarda və əfsanələrdə belə təfsilatlar olmur. Ən etibarlı Şahid olan İsa Adəmlə Həvva haqda real insanlar kimi danışırdı (yanvar—mart, səhifələr 5, 6 və 9).

• Allah Adəmlə Həvvanın günah işlədəcəyini qabaqcadan bilirdimi?

Xeyr. Yehova onlara şüur və iradə azadlığı vermişdi. Buna görə də Yehova Ona xidmət edib-etməmək seçimini onların öhdəsinə buraxmışdı. Yehova gələcəyi görmək qabiliyyətinə malik olsa da, bu bacarığından seçici şəkildə istifadə edir (yanvar—mart, səhifələr 13—15).

• Həqiqi məsihçilər Allahın adından talisman kimi istifadə edirlərmi?

Bəzi insanlar müəyyən əşya və rəmzlərə onları möcüzəli şəkildə müdafiə edən talisman kimi yanaşırlar. Lakin Allahın xidmətçiləri Onun adını talisman hesab etmirlər. Əksinə, onlar Yehovaya iman edir və adına sığınaraq iradəsini yerinə yetirirlər (Sef. 3:12, 13) (15.1, səhifələr 5, 6).

• Nəyə görə Yehova Şaul padşahı rədd etdi?

Şaul Allahın peyğəmbəri olan Şamuelin gəlib qurban gətirməsini gözləməli idi. Amma Şaul itaətsizlik göstərərək bu işi öz üzərinə götürdü. Bir qədər sonra isə o, Allahın düşmən xalqın kökünü kəsmək əmrini yerinə yetirmədi (15.2, səhifələr 22, 23).

• Qanunsuzluğa nifrət etdiyimizi necə göstərə bilərik?

Spirtli içkilərdən sui-istifadə etməməklə, sehirbazlıqdan uzaq durmaqla və İsanın əxlaqsızlığa dair xəbərdarlığına əməl etməklə. Məsələn, biz pornoqrafiyaya baxmayacağıq və onun nəticəsi olan əxlaqsız fikirlərlə zehnimizi ləkələməyəcəyik (Mat. 5:27, 28). Üstəlik, yığıncaqdan kənar edilən kəslərlə ünsiyyət etməyəcəyik (15.2, səhifələr 29—32).

• Hansı mənada Yeremya «sular kənarında əkilmiş ağac kimi» idi? (Yer. 17:7, 8).

O, heç vaxt bəhrə verməkdən qalmırdı və rişxəndçilərin ona təsir etməsinə yol vermirdi. Əksinə, həyatverici ‘su’ Mənbəyi olan Yehovaya yaxın durur və Onun hər sözünə ciddi yanaşırdı (15.3, səhifə 14).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş