Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/12 s. 27—30
  • Qoyma xəstəlik sevincini əlindən alsın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qoyma xəstəlik sevincini əlindən alsın
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Reallıqla üz-üzə
  • Yehova necə kömək edir?
  • Xroniki xəstəliyi olan adama Müqəddəs Kitabın köməyi dəyə bilərmi?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Yehova sizə güc verəcək
    Gözətçi qülləsi 2021
  • Səhhətimdə problem varsa — III hissə
    Gənclərin sualları
  • Sən Allahın Yehova üçün dəyərlisən!
    Gözətçi qülləsi 2020
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/12 s. 27—30

Qoyma xəstəlik sevincini əlindən alsın

TƏSƏVVÜR ET Kİ, səhər yuxudan qalxırsan və gün başlamamış onun bitməsini arzulayırsan. Hər növbəti gün sənin üçün fiziki və emosional ağrılarla mübarizədən başqa bir şey deyil. Ola bilsin, hətta özünü: «Canım boğulub-ölməyi yaşamaqdan üstün tutur», — deyən Əyyub kimi hiss edirsən (Əyy. 7:15). Bəs əgər bu vəziyyət səndə uzun müddət, hətta illərlə davam edirsə, onda necə?

Padşah Davudun dostu Yonatanın oğlu Mefiboşet də eyni vəziyyətdə idi. Beş yaşı olanda o, dayəsinin əlindən düşüb şikəst qalmışdı (2 Şam. 4:4). Onu padşaha xəyanət etməkdə günahlandıranda və var-dövlətindən məhrum olanda, yəqin ki, bu, onun şikəst olmağının gətirdiyi emosional ağrılarını daha da artırdı. Bütün bunlara baxmayaraq, Mefiboşetin sevincini qoruyaraq xəstəliklə, böhtanla və ruh düşkünlüyü ilə durmadan mübarizə aparması bizim üçün gözəl nümunədir (2 Şam. 9:6—10; 16:1—4; 19:24—30).

Digər nümunə isə həvari Paveldir. Məktublarının birində o, bədənini «tikan kimi deşən» şeylə mübarizə apardığını yazmışdı (2 Kor. 12:7). Bu tikan uzun müddət davam edən xəstəlik və ya onun həvari olmasına şübhə ilə yanaşan insanlar ola bilərdi. Hər necə olsa da, problem həll olunmurdu və Pavelin bunun gətirdiyi fiziki və emosional ağrılara dözməkdən başqa çarəsi yox idi (2 Kor. 12:9, 10).

Bu gün də Allahın bəzi xidmətçiləri üzücü xroniki xəstəliklərdən və emosional problemlərdən əziyyət çəkirlər. 18 yaşı olanda Maqdalenaya dəri vərəmi diaqnozu qoyulmuşdu. Bu, elə bir xəstəlikdir ki, insanın immuniteti öz orqanlarına hücum edir. O deyir: «Mən qorxurdum. Vəziyyətim getdikcə pisləşirdi, həzm pozuntularından, ağzımda əmələ gələn xoralardan və qalxanabənzər vəzinin yaratdığı problemlərdən əziyyət çəkirdim». İzabela isə ilk baxışdan nəzərə çarpmayan xəstəliklə mübarizə aparır. O deyir: «Uşaqlıqdan depressiyadan əziyyət çəkirəm. Bunun nəticəsində məndə qəfil təşvişə düşmə halları baş verir, tənəffüs problemləri və mədə ağrıları yaranır. Çox vaxt tamamilə halsız oluram».

Reallıqla üz-üzə

Bəzi xəstəliklər insanın həyatını tamamilə dəyişir. Yaxşı olardı ki, belə vəziyyətdə oturub şəraitini dürüst şəkildə nəzərdən keçirəsən. Xəstəliyin törətdiyi məhdudiyyətlərlə barışmaq elə də asan olmaya bilər. Maqdalena deyir: «Xəstəliyim günü-gündən şiddətlənir. Çox vaxt o dərəcədə əzgin oluram ki, səhər yuxudan qalxmağa belə halım olmur. Bu xəstəlik ucbatından əvvəlcədən nəyisə planlaşdırmaq çox çətindir. Lakin mənə ən çox əziyyət verən odur ki, Yehovaya əvvəlki qədər xidmət edə bilmirəm».

Zbiqnev deyir: «Revmatoid artrit oynaqlarımı bir-bir sıradan çıxararaq məni tamamilə əldən salır. Xəstəliyim kəskinləşəndə mən ən sadə işləri belə görə bilmirəm. Belə hallarda ruhdan düşürəm».

Bir neçə il əvvəl Barbaraya getdikcə böyüyən beyin şişi diaqnozu qoyulmuşdu. O deyir: «Vəziyyətim qəflətən dəyişdi. Məndə halsızlıq və tez-tez başağrıları olurdu, həmçinin fikrimi bir yerə cəmləyə bilmirdim. Bu səbəbdən həyat tərzimə yenidən nəzər salmalı oldum».

Bu insanların hamısı Yehovanın həsr olunmuş xidmətçiləridir. Yehovanın iradəsini yerinə yetirmək onlar üçün hər şeydən vacibdir. Onlar tamamilə Allaha güvənir və Onun köməyindən yararlanırlar (Sül. məs. 3:5, 6).

Yehova necə kömək edir?

Biz düşünməməliyik ki, xəstəliklərimiz Allahın bizdən narazı olduğunun əlamətidir (Mərs. 3:33). «Əməlisaleh» olmasına baxmayaraq, bir çox bəlalarla üzləşən Əyyubu yadımıza salaq (Əyy. 1:8). Allah heç kəsi pisliklə sınağa çəkmir (Yaq. 1:13). Xroniki və emosional xəstəliklər də daxil olmaqla, bütün xəstəliklər ulu valideynlərimiz olan Adəmlə Həvvanın bizə qoyduqları «miraslardan» biridir (Rom. 5:12).

Yehova ilə İsa salehləri heç vaxt darda qoymurlar (Məz. 34:15). Xüsusilə həyatımızın çətin anlarında biz görürük ki, Allah bizim sığınacaq və qalamızdır (Məz. 91:2). Belə isə çətin vəziyyətin öhdəsindən sevincimizi qoruyaraq gəlmək üçün biz nə etməliyik?

Dua. Allahın qədimdə yaşamış sadiq xidmətçiləri kimi, sən də Səmavi Atana dua edərək qayğı yükünü Onun üzərinə qoya bilərsən (Məz. 55:22). Onda sən «insan fikirlərini» üstələyən Allahın verdiyi qəlb rahatlığını duyacaqsan. Bu qəlb rahatlığı ürəyini və zehnini qoruyacaq (Filip. 4:6, 7). Maqdalena da duada öz yükünü Yehovanın öhdəsinə buraxmaqla üzücü xəstəliyinə tab gətirə bilir. O deyir: «Ürəyimi Yehovaya boşaldanda yüngüllük hiss edirəm və qəlbim yenidən sevinclə dolur. İndi mən hər gün Yehovaya bel bağlamağın nə demək olduğunu başa düşürəm» (2 Kor. 1:3, 4).

Dualarına cavab olaraq Yehova Öz müqəddəs ruhu, Kəlamı və məsihçi qardaşlığı vasitəsilə səni möhkəmləndirə bilər. Əlbəttə ki, biz Allahın bizə möcüzəvi şəkildə şəfa verəcəyini gözləmirik. Bununla belə, əmin ol ki, Yehova istənilən vəziyyətin öhdəsindən gələ bilməyin üçün sənə lazımi müdriklik və güc verəcək (Sül. məs. 2:7). O, səni «insan gücündən üstün olan» gücü verməklə möhkəmləndirəcək (2 Kor. 4:7).

Ailə. Əgər evdəkilər xəstəyə məhəbbətlə və şəfqətlə yanaşsalar, bu, ona xəstəliyinə tab gətirməyə kömək edəcək. Lakin unutma ki, əzizlərin də əziyyət çəkirlər. Onlar da özlərini sənin kimi aciz hiss edə bilərlər. Buna baxmayaraq, onlar hər zaman, hətta belə bir çətin anda da sənin yanındadırlar. Doğmalarının səninlə birgə dua etmələri qəlb rahatlığını qorumağa kömək edəcək (Sül. məs. 14:30).

Barbara qızı və yığıncaqdakı gənc bacılar barədə deyir: «Onlar mənə xidmət etməyə kömək edirlər. Onların xidmətdə səy göstərmələri məni çox ruhlandırır». Zbiqnev həyat yoldaşının ona dayaq olmasını yüksək qiymətləndirir. O deyir: «Ev işlərinin böyük qismini o görür. O, mənə geyinməyə kömək edir, eləcə də yığıncaq görüşlərinə və xidmətə gedəndə çantamı daşıyır».

Həmimanlılarımız. Biz bacı-qardaşlarımızın əhatəsində olanda ruhlanır və təsəlli tapırıq. Bəs xəstəliyin sənə yığıncaq görüşlərində iştirak etməyə imkan vermirsə, onda nə etmək olar? Maqdalena deyir: «Qardaşlar görüşlərin audioyazılarını mənə verirlər. Bacı-qardaşlar tez-tez mənə zəng edib daha necə kömək edə biləcəkləri ilə maraqlanırlar, ruhlandırıcı məktublar göndərirlər. Onların məni unutmamaları və səhhətimə görə narahat olmaları xəstəliyimə tab gətirməyimə kömək edir».

Depressiyadan əziyyət çəkən İzabela deyir: «Yığıncaqda mənə qulaq asan, məni başa düşməyə çalışan çoxlu “ata” və “analar”ım var. Yığıncaq mənim ailəmdir. Burada özümü rahat və xoşbəxt hiss edirəm».

Müxtəlif sınaqlarla üzləşənlər özlərinə qapanmaq əvəzinə, yığıncaqla ünsiyyət etməyi yüksək qiymətləndirirlər (Sül. məs. 18:1). Onda başqaları onlara baxıb ruhlanır. Ola bilsin, bacı-qardaşlara öz ehtiyaclarını bildirməyə çəkinirsən. Lakin həmimanlıların sənin səmimiyyətini qiymətləndirirlər. Bu, onlara «riyasız qardaşlıq [məhəbbəti]» göstərməyə imkan yaradacaq (1 Pet. 1:22). Nəyə görə bacı-qardaşlara kiminsə səni yığıncağa və təbliğə aparmasına, səninlə ünsiyyət etməsinə ehtiyac duyduğunu deməyəsən? Əlbəttə ki, biz onlara qarşı tələbkar olmamalıyıq, əksinə, onların göstərdiyi hər köməyi qiymətləndirməliyik.

Nikbin ol. Xroniki xəstəliklə mübarizə aparan insanın sevincini qoruması onun öz əlindədir. Pis əhval-ruhiyyə və ruh düşkünlüyü bədbin düşüncə tərzinin formalaşmasına gətirib çıxara bilər. Müqəddəs Kitabda deyilir: «Xəstənin ürəyi bütün ağrıları çəkər. Amma ürəyi sınıqdırsa, buna necə dözər?» (Sül. məs. 18:14).

Maqdalena qeyd edir: «Mən əlimdən gələni edirəm ki, fikrim-zikrim problemlərimdə olmasın. Halım bir az yaxşılaşanda həyatdan zövq almağa çalışıram. Xroniki xəstəliklərdən əzab çəkmələrinə baxmayaraq, Yehovaya sadiq qalan insanların həyat hekayələrini oxumaq məni ruhlandırır». İzabelanı isə Yehovanın onu sevməsi və qiymətləndirməsi möhkəmləndirir. O deyir: «Mən lazımlı olduğumu hiss edirəm və kimin üçün yaşadığımı bilirəm. Üstəlik, mənim gələcək üçün gözəl ümidim var».

Zbiqnev deyir: «Xəstəliyim mənə təvazökar, itaətkar və sağlamdüşüncəli olmağı, eləcə də anlayış göstərməyi və ürəkdən bağışlamağı öyrədir. Üstəlik, özümü yazıqlamadan Yehovaya xidmətdən sevinc duymağı da öyrəndim. Bir sözlə, vəziyyətim məni ruhən inkişaf etməyə təşviq etdi».

Yadda saxla ki, sənin dözümlülüyün Yehovanın nəzərindən qaçmır. O, sənin dərdinə şərikdir və qayğına qalır. Yehova göstərdiyin məhəbbəti və çəkdiyin zəhməti unutmayacaq (İbr. 6:10). Ondan qorxan hər bir insana Yehovanın verdiyi bu vədi möhkəm yadda saxla: «Səni heç bir vəchlə atmaram və heç vaxt tərk etmərəm» (İbr. 13:5).

Hər dəfə ruhdan düşəndə yeni dünyadakı o gözəl həyatı gözünün qarşısında canlandır. Allahın Padşahlığının gətirəcəyi xeyir-duaları öz gözlərinlə görəcəyin vaxt sürətlə yaxınlaşır!

[28 və 29–cu səhifələrdəki çərçivə/şəkillər]

Xroniki xəstəliklərinə baxmayaraq, xidmətdə fəaldırlar

«Gözlərim görmədiyindən artıq təkbaşına harasa çıxa bilmirəm. Buna görə də həyat yoldaşım və ya bacı-qardaşlar xidmətdə məni müşayiət edirlər. Mən təqdimələri və ayələri əzbərləyirəm» (Yeji).

«Mən telefon, eləcə də məktublar vasitəsilə təbliğ edirəm və həqiqətə maraq göstərən bir neçə insanla müntəzəm olaraq yazışıram. Xəstəxanada yatarkən həmişə çarpayımın yanına Müqəddəs Kitabı və nəşrlərimizi qoyuram. Bunun sayəsində bir çox insanlarla söhbət etmək imkanım yaranıb» (Maqdalena, dəri vərəmi diaqnozu qoyulub).

«Mən evdən-evə təbliğ etməyi xoşlayıram, lakin özümü pis hiss etdiyim günlərdə telefon vasitəsilə şahidlik edirəm» (İzabela, klinik depressiyadan əziyyət çəkir).

«Mən təkrar başçəkmələr etməyi və Müqəddəs Kitab öyrənməsi keçirən həmimanlılarımla əməkdaşlıq etməyi xoşlayıram. Özümü yaxşı hiss etdiyim günlərdə evdən-evə təbliğ etmək mənim çox xoşuma gəlir» (Barbara, beynində şiş var).

«Xidmətə çıxarkən çantama çoxlu kitab-jurnal qoymuram və oynaqlarımdakı ağrılar yol verdiyi qədər təbliğ edirəm» (Zbiqnev, revmatoid artrit xəstəliyindən əziyyət çəkir).

[30–cu səhifədəki şəkil]

Həm uşaqlar, həm də başqaları xəstəlikdən əziyyət çəkənləri ruhlandıra bilərlər

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş