Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/4 s. 14
  • Bilirsinizmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bilirsinizmi?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Mətta şagird olmağa dəvət olunur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Bilirsiniz?
    Gözətçi qülləsi 2021
Gözətçi qülləsi 2012
w12 1/4 s. 14

Bilirsinizmi?

Pavelin Afinada rastlaşdığı və üstündə «Naməlum Allaha» yazılan qurbangahın qurulmasında məqsəd nə idi? (Həvarilərin işləri 17:23).

▪ Bir çox qədim yunan yazıçıları bu cür qurbangahlardan bəhs edirlər. Məsələn, b. e. II əsrində yaşayan tarixçi və coğrafiyaçı Pavsani Olimpiyada «Naməlum allahlara qurbangah» olduğunu deyirdi. Natiq və filosof Filostrat da qeyd edir ki, Afinada «hətta naməlum allahların şərəfinə qurulmuş qurbangahlar» var idi.

B. e. III əsrinin yazıçısı Diogen Laerti «naməlum qurbangahlar»ın mənşəyindən xəbər verir. O, b. e. ə. VI—VII əsrlərə aid və Afinanı epidemiyadan təmizləyən Epimenid adlı bir nəfərin rəvayətindən bəhs edir. Diogen yazır: «O, [Epimenid] bir neçə... qoyun götürüb Areopaqa gətirdi. Sonra onları buraxdı ki, istədikləri yerə getsinlər; onları izləyən adamlara isə qoyunların oturacağı yeri nişanlamağı və həmin ərazinin allahına qurban gətirməyi göstəriş verdi. Və deyildiyi kimi, bunun sayəsində qırğın dayandı. Hətta bizim günlərdə də Attikanın müxtəlif yerlərində üstündə adları yazılmayan qurbangahlara rast gəlmək olar».

Bir mənbədə bunun digər səbəbi izah olunur. Orada deyilir ki, bu qurbangahlar «naməlum tanrı və ya ilahəyə lazımi ehtiramı verməməkdən və bununla da onların xeyir-duasından məhrum və qəzəblərinə düçar olmaq qorxusundan» irəli gələrək qurulurdu («The Anchor Bible Dictionary»).

Nəyə görə I əsrdə yəhudilər vergiyığanlara nifrət edirdilər?

▪ Vergiyığanlara heç vaxt hörmət etmirdilər. I əsrdə İsraildə onlar ən nifrətəlayiq və pozğun insanlar hesab olunurdu.

Roma hakimiyyəti insanlardan çox yüksək məbləğdə vergi tuturdu. Romalılar həm torpaq, həm də adambaşı vergisini toplayırdılar. Lakin idxal, ixrac və ölkədən keçirilən mallara görə vergiləri toplamaq işini onlar ən çox pul gətirəcək insanların öhdəsinə buraxırdılar. Yerli iş adamları müəyyən ərazilərdə vergi yığmaq hüququnu pulla satın alırdılar. Nifrət etdikləri romalılara işlədikləri üçün yəhudilər soydaşlarından olan vergiyığanlara dərin nifrət hissi bəsləyirdilər. «Mak-Klintok və Stronqun ensiklopediyası»nda qeyd olunur ki, həmin vergiyığanlar «bütpərəstlərlə tez-tez əlaqədə olan satqın və dönük insanlar hesab olunurdu» («M’Clintock and Strong’s Cyclopædia»).

Vergiyığanlar nadürüst insanlar kimi tanınırdılar və onlar həmyerlilərin sayəsində varlanırdılar. Bəziləri malların dəyərini şişirdərək onlardan yüksək vergi tutub ciblərini doldururdular, digərləri isə saxta ittihamlara əl atıb yoxsullardan pul qoparırdılar (Luka 3:13; 19:8). Buna görə də yəhudilər vergiyığanları günahlı insanlarla eyni tuturdular və bir ensiklopediyada deyildiyi kimi, onlar «hakim olmağa və ya hətta şahidlik etməyə yaramırdılar» («The Jewish Encyclopedia») (Matta 9:10, 11).

[14–cü səhifədəki şəkil]

Naməlum allaha qurbangah (Perqam xarabalıqları, Türkiyə)

[14–cü səhifədəki şəkil]

Üstündə Roma vergiyığanın şəkli olan barelyef (B. e. II—III əsrləri)

[İcazə ilə]

Erich Lessing/Art Resource, NY

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş