Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 27 s. 68—s. 69 abz. 6
  • Mətta şagird olmağa dəvət olunur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mətta şagird olmağa dəvət olunur
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Vergiyığan şagirdliyə çağırılır
    İsa Məsihin həyatı və xidməti
  • Bilirsiniz?
    Gözətçi qülləsi 2021
  • Bilirsinizmi?
    Gözətçi qülləsi 2012
  • Təvazökarlıq dərsi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 27 s. 68—s. 69 abz. 6
Fərisilər İsa Məsihin Məttanın evində vergiyığanlar və günahkarlarla çörək kəsdiyini görür

FƏSİL 27

Mətta şagird olmağa dəvət olunur

MƏTTA 9:9—13 MARK 2:13—17 LUKA 5:27—32

  • İSA PEYĞƏMBƏR VERGİYIĞAN MƏTTANI ŞAGİRDİ OLMAĞA DƏVƏT EDİR

  • MƏSİH GÜNAHLI ADAMLARA KÖMƏK ETMƏK ÜÇÜN ONLARLA OTURUB-DURUR

İflic adamı sağaltdıqdan bir az sonra İsa peyğəmbər Cəlilə gölünün yaxınlığında yerləşən Kəfərnahum şəhərinin ərazisində qalır. Camaat yenə də onun başına toplaşır və o təlim verməyə başlayır. Sonra peyğəmbər yoluna davam edəndə vergi idarəsində oturmuş Mətta adlı bir nəfəri görür. Məttanın digər adı Lavidir. İsa Məsih ona möhtəşəm bir təklif edir: «Ardımca gəl» (Mətta 9:9).

Görünür, Butrus, Andreas, Yaqub və Yəhya kimi, Mətta da artıq İsanın təlimləri və gördüyü işləri ilə müəyyən dərəcədə tanışdır. O da onlar kimi dəvəti həmin andaca qəbul edir. Mətta bu hadisəni öz Müjdəsində belə təsvir edir: «O [Mətta] durub İsanın ardınca getdi» (Mətta 9:9). Beləcə, Mətta işini atıb onun şagirdi olur.

İsa Məsih vergiyığan Məttanı ardınca gəlməyə dəvət edir

Görünür, bir qədər sonra Mətta minnətdarlıq əlaməti olaraq evində böyük qonaqlıq təşkil edir. İsa Məsihlə şagirdlərindən savayı bu məclisə Məttanın keçmiş iş yoldaşları olan vergiyığanlar da dəvət olunublar. Onlar Roma hökuməti üçün vergi toplayırlar. Həmçinin limana yaxınlaşan gəmilərdən, əsas yollardakı karvanlardan və idxal edilən mallardan da vergi yığırlar. Yəhudilərin vergiyığanları görməyə gözü yoxdur, çünki onlar tez-tez xalqı aldadıb vergini haqqından artıq götürürlər. Ziyafətdə günahkarlar da, yəni pis ad qazanmış adamlar da var (Luka 7:37—39).

Özündənrazı fərisilər İsa Məsihi bu adamlarla bir süfrədə görəndə onun şagirdlərindən soruşurlar: «Niyə sizin ustadınız vergiyığanlar və günahlılarla çörək kəsir?» (Mətta 9:11). İsa onların sualını eşidir və belə cavab verir: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır. Gedin, “Mən qurban yox, mərhəmət istəyirəm” sözlərinin mənasını öyrənin. Çünki mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm» (Mətta 9:12, 13; Huşə 6:6). Fərisilər İsaya «ustad» deyə müraciət edəndə heç də səmimi deyillər, ancaq onlar ondan nəsə öyrənə bilərdilər.

Ola bilsin, Mətta bu vergiyığanları və günahlı insanları evinə çağırıb ki, onlar İsa Məsihi dinləyib ruhani şəfa tapsınlar. Çünki «onların arasında İsanın ardınca gedən çox adam var idi» (Mark 2:15). Məsih onlara Allahla yaxşı münasibət qurmaq üçün kömək etmək istəyir. Özlərini saleh sayan fərisilərdən fərqli olaraq, o, bu adamlara həqarətlə baxmır. Əksinə, onların halına acıyır və bir ruhani təbib kimi onlara yardım göstərir.

İsa Məsihin vergiyığanlara və günahlı adamlara qarşı mərhəmət göstərməsi o demək deyil ki, o, günaha göz yumur. İsa peyğəmbər fiziki xəstələrə qarşı şəfqət duyduğu kimi, günahlı adamlara da acıyır. Yadınızdadırsa, İsa Məsih cüzamlı adama şəfqətlə toxunub: «İstəyirəm. Təmizlən», — demişdi (Mətta 8:3). Məgər biz də ehtiyacı olanlara mərhəmət göstərib kömək etməli, xüsusilə də onları ruhani cəhətdən möhkəmləndirməli deyilik?

  • İsa peyğəmbər Məttaya rast gələndə o, nə ilə məşğul idi?

  • Nə üçün yəhudilər vergiyığanlara nifrət edirlər?

  • İsa peyğəmbər nəyə görə günahlı adamlarla ünsiyyət edir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş