Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/7 s. 3—6
  • Onlar könüllü olaraq özlərini təqdim etdilər. Ekvadorda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Onlar könüllü olaraq özlərini təqdim etdilər. Ekvadorda
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • YEHOVANI «SINAYAN» GƏNCLƏR
  • ÇƏTİNLİKLƏR
  • «ÜZƏRİNİZƏ EHTİYACLARINIZDAN DA ÇOX BƏRƏKƏT YAĞDIRACAĞAM»
  • SƏNİN QƏRARIN
  • Onlar könüllü olaraq özlərini təqdim etdilər. Braziliyada
    Gözətçi qülləsi 2012
  • Makedoniyaya keçə bilərsənmi?
    Gözətçi qülləsi 2009
  • Təbliğ işinin ən qızğın çağlarında xidmət
    Gözətçi qülləsi 2010
  • «Nə olar, Makedoniyaya gəl»
    Müqəddəs ibadətimiz 2011
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/7 s. 3—6

Onlar könüllü olaraq özlərini təqdim etdilər. Ekvadorda

İTALİYADA bir gənc qardaş ciddi seçim qarşısında idi. O, orta məktəbi əla qiymətlərlə qurtarmışdı və indi müəllimləri və qohum-əqrəbaları onu ali təhsil alması üçün dilə tuturdular. Ancaq bir neçə il bundan əvvəl Bruno özünü Yehovaya həsr etmişdi və söz vermişdi ki, Onun iradəsini yerinə yetirməyi həyatında birinci yerə qoyacaq. Bəs qardaş hansı qərarı verdi? O deyir: «Mən Yehovaya duada söz vermişdim ki, həsr olunmağıma uyğun yaşayacağam və Ona xidmət həyatımda birinci yerdə duracaq. Eyni zamanda açıq şəkildə duamda bildirdim ki, həyatımın darıxdırıcı yox, maraqlı, müxtəlif fəaliyyət növü ilə zəngin olmasını istəyirəm».

Bir neçə ildən sonra Bruno Cənubi Amerikada yerləşən Ekvadora getdi. O deyir: «Yehova mənim duama gözlədiyimdən də artıq cavab verdi». Ekvadorda Yehovaya daha çox xidmət etmək məqsədilə başqa yerlərdən köçüb gələn çoxlu gənclər görəndə bu, onun üçün sürpriz oldu.

YEHOVANI «SINAYAN» GƏNCLƏR

Dünyadakı minlərlə gənc kimi, Bruno da Yehovanın bu çağırışına hay verib: «Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə... bərəkət yağdıracağam» (Mal. 3:10). Allaha məhəbbətdən irəli gələrək onlar Padşahlığın təbliğçilərinə ehtiyac olan ölkəyə köçdülər və vaxt, güc və vəsaitlərini burada xidmətə yönəltməklə Yehovanı «sınamaq» qərarına gəldilər.

Bu fədakar bacı-qardaşlar onlar üçün yeni olan əraziyə gələndə məhsulun bol, işçinin isə az olduğunu öz gözləri ilə görürlər (Mat. 9:37). Misal üçün, Almaniyadan olan Jaklin Ekvador filialına məktub yazaraq öz sevincini bölüşmüşdü: «İki ildən çoxdur ki, Ekvadorda xidmət edirəm və artıq burada 13 nəfərlə Müqəddəs Kitabı öyrənirəm və onlardan 4-ü müntəzəm şəkildə yığıncaq görüşlərində iştirak edir. Bu necə də gözəldir!» Kanadadan olan Şantel deyir: «2008-ci ildə mən Ekvadorun sahilyanı ərazilərindən birinə köçəndə orada cəmi-cümlətanı bir yığıncaq fəaliyyət göstərirdi. İndi isə burada üç yığıncaq və 30-dan çox pioner var. Bu qədər insanın ruhani inkişafını öz gözünlə görmək heç nə ilə müqayisə oluna bilməz!» O əlavə edir: «Mən təzəlikcə And dağlarının qoynunda, dəniz səviyyəsindən 2743 metr hündürlükdə yerləşən bir şəhərə köçmüşəm. Həmin şəhərdə 75 000-dən çox adam yaşasa da, burada da cəmi bir yığıncaq var. Bu ərazi çox məhsuldardır! Burada xidmət etmək ürəyimcədir».

ÇƏTİNLİKLƏR

Düzdür, xarici ölkələrdə xidmət etmək elə də asan iş deyil. Bəzi gənclər hətta başqa əraziyə köçməzdən əvvəl öz ölkələrində belə maneələrlə üzləşiblər. Birləşmiş Ştatlardan olan Kayla danışır: «Doğma yığıncağımdakı bəzi qardaşların yaxşı niyyətdən irəli gələrək məni fikrimdən daşındırmaq cəhdləri əlimi soyudurdu. Onlar mənim xarici ölkəyə pioner kimi getmək istəyimi başa düşmürdülər. Bəzən özümdə də şübhələr yaranırdı: “Görəsən, mən düzmü edirəm?”» Buna baxmayaraq, Kayla köçmək qərarına gəldi. O izah edir: «Çoxlu dualardan və yetkin bacı-qardaşlarla söhbətlərdən sonra başa düşdüm ki, Yehova canla-başla özlərini Ona təqdim edən insanlara xeyir-dua verir».

Çoxları yeni dil öyrənmək problemi ilə üzləşirlər. İrlandiyadan olan Şabon adlı bir bacı xatırlayır: «Mənə fikirlərimi çatdırmaq çətin idi. Mən səbirli və dili öyrənməkdə çalışqan olmağı, eləcə də etdiyim səhvlərə gülməyi öyrəndim». Estoniyadan olan Anna əlavə edir: «Tropik istilər, toz-torpaq və isti duş qəbul etmək imkanının olmaması ispan dilini öyrənməklə müqayisədə heç nə idi. Bəzən hər şeyi atıb burdan çıxıb getmək istəyirdim. Lakin mən diqqətimi buraxdığım səhvlərə yox, məndə gedən inkişafa yönəltməyi öyrəndim».

Digər bir çətinlik adamın öz doğmaları üçün darıxmasıdır. Birləşmiş Ştatlardan olan Conatan etiraf edir: «Bura gəldikdən qısa müddət sonra ailəmdən və dostlarımdan uzaqda olduğum üçün ruh düşkünlüyünə qapıldım. Lakin diqqətimi şəxsi öyrənməyə və xidmətə yönəltməklə bu hisslərin öhdəsindən gəldim. Təbliğdə baş verən sevindirici hadisələr, eləcə də yığıncaqdakı yeni dostlarım sayəsində sevincimi yenidən qaytardım».

Digər çətinlik isə həyat səviyyəsinin aşağı olmasıdır. Çox ehtimal ki, sənin köçmək istədiyin ölkədəki şərait doğma ölkəndən fərqlənəcək. Kanadadan olan Bou deyir: «Öz ölkəmdə yaşayanda krandan gələn su və işıq kimi zəruri xidmətlər mənim üçün adi bir şey idi. Ancaq burada bunlar gah olur, gah olmur». Kasıbçılıq, rahat olmayan nəqliyyat vasitələri və savadsızlıq inkişaf etməkdə olan bir çox ölkələrə xasdır. Avstriyadan olan İnes bu kimi çətinliklərin öhdəsindən gəlmək üçün diqqətini yerli sakinlərin müsbət xüsusiyyətlərinə cəmləyir. O deyir: «Onlar çox qonaqpərvər, mehriban, təvazökardırlar və başqalarına əl tutmağa hazırdırlar. Ən vacibi isə onların Allah haqqında öyrənmək istəkləri olduqca böyükdür».

«ÜZƏRİNİZƏ EHTİYACLARINIZDAN DA ÇOX BƏRƏKƏT YAĞDIRACAĞAM»

Ekvadorda xidmət edən bu gənc bacı-qardaşlar müəyyən şeyləri qurban verməli olsalar da, onlar görmüşlər ki, Yehova onlar üçün düşündüklərindən «qat-qat artığını» edib (Efes. 3:20). Onlar Yehovanın onların üzərinə ehtiyaclarından da çox bərəkət yağdırdığını hiss edirlər (Mal. 3:10). Görün bu bacı-qardaşlar buradakı xidmətləri barədə özləri nə deyir:

Bruno: «Mən Ekvadorda xidmətimi heyrətamiz Amazon çayı ərazisində başladım. Daha sonra Ekvador filialının genişləndirilməsi işində iştirak etdim. Hal-hazırda isə Bet-Eldə xidmət edirəm. Hələ İtaliyada yaşayarkən Yehovaya xidmət etməyi həyatımda birinci yerə qoymaq qərarını verdim və O, həqiqətən də, maraqlı, müxtəlif fəaliyyət növü ilə zəngin olan həyat sürmək arzumu gerçəkləşdirdi».

Bou: «İndi mən özümü Yehovaya daha yaxın hiss edirəm, çünki Ekvadorda bütün vaxtımı ruhani işlərə həsr etmək imkanım var. Eyni zamanda mənzərəli yerlərə səyahət etmək arzum da gerçəkləşdi. Bu da mənim üçün bir xeyir-duadır».

Anna: «Heç vaxt fikirləşməzdim ki, mənə — subay bacıya xüsusi təyinatlı müjdəçia həyatı sürmək nəsib olar. Ancaq indi bilirəm ki, bu mümkündür. Mən çox xoşbəxtəm ki, Yehovanın xeyir-duası sayəsində şagird hazırlamaq işində, Padşahlıq zallarının tikintisində iştirak edirəm və yeni insanlarla dostlaşıram».

Elke: «Vətənim Avstriyada tez-tez Yehovaya dua edirdim ki, Müqəddəs Kitabı öyrənmək istəyən heç olmasa bir nəfər tapım. Burada isə mən 15 nəfərə Müqəddəs Kitabı öyrədirəm! Həqiqətdə inkişaf edən bu insanların gözlərindəki sevinci görmək necə də gözəldir!»

Coel: «Yehovaya xidmət etmək üçün tanımadığın bir yerə köçmək artıq özü böyük bir işdir. Sən Ona daha çox etibar etməyi öyrənirsən. Onun sənin səylərinə necə xeyir-dua verdiyini görmək də çox ruhlandırıcıdır! Birləşmiş Ştatlardan gəldiyim ilk ildə xidmət etdiyim qrupda təbliğçilərin sayı 6-dan 21-ə qalxmışdı. Xatirə gecəsində isə 110 nəfər iştirak etmişdi».

SƏNİN QƏRARIN

Əziz gənc bacı və qardaşlar, sizin şəraitiniz təbliğçilərə daha çox ehtiyac olan ölkələrdə xidmət etməyə imkan verirmi? Əlbəttə, bu kimi ciddi qərar verməzdən öncə hər şeyi yaxşıca götür-qoy etmək lazımdır. Bundan əlavə, başqa ölkəyə köçmək üçün gərək insanın ürəyində Yehovaya və insanlara güclü məhəbbət olsun. Əgər səndə bu cür məhəbbət və digər xüsusiyyətlər varsa, xaricdə xidmət etmək barədə Yehovaya durmadan dua et. Bundan başqa, sən məsihçi valideynlərin və yığıncağının ağsaqqalları ilə də öz istəyin barədə söhbət edə bilərsən. Ümidvarıq ki, sən də müqəddəs xidmətin bu sevindirici və məmnunedici növündə iştirak etmək üçün yararlı olduğun qənaətinə gələcəksən.

[Haşiyə]

a Bundan sonra azərbaycanca nəşrlərimizdə Yehovanın Şahidləri tərəfindən təyin olunan «missioner» «xüsusi təyinatlı müjdəçi» adlandırılacaq.

[3–cü səhifədəki yazı]

«Çoxlu dualardan və yetkin bacı-qardaşlarla söhbətlərdən sonra başa düşdüm ki, Yehova canla-başla özlərini Ona təqdim edən insanlara xeyir-dua verir» Kayla (ABŞ)

[6–cı səhifədəki çərçivə/şəkil]

Xaricdə xidmət etmək üçün tələblər

• Dərindən araşdırmalar apar və müntəzəm şəkildə şəxsi öyrənmə keçir

• «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsinin 2011-ci il avqust sayının 4-dən 6-dək səhifələrdəki məlumatı nəzərdən keçir

• Xarici ölkədə xidmət edən insanlarla söhbət et

• Ölkənin mədəniyyət və tarixini araşdır

• Dil kurslarına get

[6–cı səhifədəki çərçivə/şəkil]

Xaricdə xidmət edənlərin bəziləri özlərini təmin etmək üçün...

• hər il bir neçə ay ərzində öz ölkələrində işləyirlər

• evlərini və ya bizneslərini icarəyə verirlər

• İnternet vasitəsilə işləyirlər

[4, 5–ci səhifələrdəki şəkillər]

1 Jaklin (Almaniyadan)

2 Bruno (İtaliyadan)

3 Bou (Kanadadan)

4 Şabon (İrlandiyadan)

5 Coel (ABŞ-dan)

6 Conatan (ABŞ-dan)

7 Anna (Estoniyadan)

8 Elke (Avstriyadan)

9 Şantel (Kanadadan)

10 İnes (Avstriyadan)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş