Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/10 s. 4—5
  • Nəyə görə korrupsiya hələ də meydan sulayır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə korrupsiya hələ də meydan sulayır?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Korrupsiyanın sonu gələcək!
    Gözətçi qülləsi 2012
  • Biz nə üçün qocalır və ölürük?
    Əbədi həyata aparan bilik
  • Korrupsiyanın kökü kəsiləcək?
    Əlavə mövzular
  • Allahın Padşahlığı. Korrupsiyasız hökumət
    Gözətçi qülləsi 2015
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/10 s. 4—5

Nəyə görə korrupsiya hələ də meydan sulayır?

«Bir adamın başqa adama ağalıq etməsi başına bəla olur» (VAİZ 8:9).

BU AYƏ insan rəhbərliyinin keçdiyi tarix yolunun dəqiq təsviridir. İnsan rəhbərliyi misli görünməmiş əzab-əziyyətlərə və bədbəxtliklərə görə məsuliyyət daşıyır. Əsirlər boyunca daha ədalətli cəmiyyət qurmaq istəyində olan xoşniyyətli insanların planlarını həmişə acgözlük və rüşvətxorluq alt-üst edib. Bunun səbəbi nədir? Nəyə görə korrupsiya hələ də mövcuddur? Əsas etibarilə, səbəb aşağıda gətirilən üç zərərli təsirdir.

1. Günahın təsiri

Müqəddəs Kitabda açıq-aydın deyilir ki, biz «günahın əsarəti altında[yıq]» (Romalılara 3:9). Sağalmaz irsi xəstəlik kimi, günah daxilimizdə yaşayır. Min illərdir ki, o, bəşəriyyət üzərində ağalıq edir. Günah qanunu daima bizə öz təsirini göstərir. Günahlı meyillər çoxlarını öz maraqlarını ön plana çəkməyə, yaxud da başqalarının hesabına var-dövlət və ya hakimiyyət əldə etməyə sövq edir (Romalılara 5:21; 7:17, 20, 23, 25).

2. Yaşadığımız pis dünyanın təsiri

Tamahkarlıq və eqoizm bu dünyanın səciyyəvi cəhətlərindəndir. Belə bir mühitdə bəzilərinə başqalarından seçilmək çox çətin gəlir. Onlar öz eqoist arzularının yedəyində gedərək hakimiyyətpərəst olurlar. Həmçinin onların ürəyində daha çox — lazımından da artıq — pul və mal-mülk əldə etmək kimi güclü istək baş qaldırır. Əfsuslar olsun ki, bu cür insanlar məqsədlərinə nail olmaq üçün əyri yollara belə əl atmaqdan çəkinmirlər. Onlar pis təsirə müqavimət göstərmək əvəzinə, «şər iş görən izdihama» qoşulurlar (Çıxış 23:2).

3. Şeytan İblisin təsiri

Üsyankar ruhani varlıq olan Şeytan «bütün dünyanı alda[dır]» (Vəhy 12:9). O, insanları istədiyi kimi idarə etməkdən həzz alır. Şeytan elə fəndlər işlədir ki, insanlar rahat həyat və maddi firavanlıq kimi təbii istəklərini təmin etmək üçün nadürüstlüyə əl atsınlar.

Bu o deməkdirmi ki, biz Şeytanın əlində sadəcə bir kuklayıq, yəni o, ipi tərpədəndə ona məcburən itaət etməliyik? Bu sualın cavabını növbəti məqalədə öyrənəcəyik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş