Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w13 1/7 s. 7
  • Etibar edə biləcəyimiz din varmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Etibar edə biləcəyimiz din varmı?
  • Gözətçi qülləsi 2013
  • Oxşar material
  • Həqiqi dini necə tapa bilərəm?
    Müqəddəs Kitaba aid suallara cavab
  • E’tibar etmədən xoşbəxt olmaq mümkün deyil
    Gözətçi qülləsi 2004
  • Müqəddəs Kitabın cavabı
    Gözətçi qülləsi (kütləvi) 2016
  • İnsan öz dinini nə üçün yoxlamalıdır?
    Gözətçi qülləsi 2013
Əlavə
Gözətçi qülləsi 2013
w13 1/7 s. 7

Etibar edə biləcəyimiz din varmı?

Ola bilsin, hansısa din etibarınızı sarsıtdığından artıq heç bir dinə inanmırsınız. Ancaq əmin olun ki, etibar edə biləcəyiniz din var. İsa peyğəmbər yer üzündə yaşayarkən öz sadiq davamçılarına Allahın qoyduğu qayda-qanunlara uyğun yaşamağı öyrətmişdi. Onun əsil davamçıları, yəni Allahın Kəlamında qələmə alınan qanunlara vicdanla əməl edən insanlar bu gün də var. Bəs bu adamları haradan tapmaq olar?

Əvvəlki məqalələrin birində haqqında bəhs edilən Estel deyir: «Axır ki, mən Müqəddəs Kitabı öyrənməyə başladım. Bu işdə Yehovanın Şahidlərinin mənə çox köməyi dəydi. Müqəddəs Yazılardakı “siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək” sözlərinin gerçək olduğunu başa düşmək üçün mənə çox vaxt lazım olmadı».

Rey deyir: «Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənərkən başa düşdüm ki, bizim çəkdiyimiz iztirablara görə Allah günahkar deyil. Əsaslı səbəbə görə pisliklərə yol versə də, Haqq-Taalaya şükür edirəm ki, tezliklə onlara son qoyacaq».

Əxlaq dəyərləri tənəzzülə uğramış bu dünyada namuslu yaşamaq asan deyil, amma mümkündür. Bu gün Allahın Kəlamını başa düşüb oradakı məsləhətlərlə yaşamaq istəyən çox insan var. Məhz bu səbəbdən Yehovanın Şahidləri təmənnasız olaraq bütün dünyada milyonlarla insana Allahın Kəlamını anlamağa kömək edirlər. Hər həftə çoxlu sayda insan Müqəddəs Kitabın təlimlərini öyrənir. Nəticədə, onlar Yaradana yaxınlaşır və xoşbəxt həyat sürməyə başlayırlara.

Yehovanın Şahidlərindən öz dinlərinə nə üçün etibar etdiklərini soruşun?

Nə vaxtsa Yehovanın Şahidlərinə rast gəlsəniz, nə üçün öz dinlərinə etibar etdiklərini soruşun. Onların nəyə inandıqları ilə maraqlanın, sürdükləri həyat tərzinə fikir verin. Sonra isə özünüz qərar verin: sizin etibarınıza layiq din var, ya yox.

a Ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabına baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş