Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp16 №  4 s. 3
  • Bunu bilmək vacibdir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bunu bilmək vacibdir
  • Gözətçi qülləsi (kütləvi) 2016
  • Oxşar material
  • A3: Müqəddəs Kitabın səhihliyi barədə
    Müqəddəs Kitab
  • Allah bizə Öz niyyətləri haqqında mə’lumat verir
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Müqəddəs Kitab dəyişdirilib?
    Gözətçi qülləsi (kütləvi) 2020
  • Allahın Sözü həqiqətdir!
    Gözətçi qülləsi 2023
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2016
wp16 №  4 s. 3

ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

Bunu bilmək vacibdir

Bir kişi əlində Müqəddəs Kitab tutub və ona şübhə ilə yanaşır

Müqəddəs Kitaba digər dini kitablardan fərqlənir. Bu kitab qədər əsrlər ərzində saysız-hesabsız insanın imanını formalaşdıran ikinci bir kitab yoxdur. Bununla belə, Müqəddəs Kitab ən çox tədqiq olunan və tənqidlərə məruz qalan kitabdır.

Məsələn, bəzi alimlər əlimizdə olan Müqəddəs Kitabın orijinal nüsxələrlə eyni olduğuna şübhə edirlər. Dini işlər üzrə bir professor deyir: «Biz orijinal mətni dəqiqliklə bərpa etdiyimizi əminliklə deyə bilmərik. Əlimizdə sadəcə səhvlərlə dolu nüsxələr var və onların böyük bir hissəsi orijinal mətndən əsrlər sonra yazılıb və təbii ki, orijinal mətnlə onların arasında minlərlə fərq var».

Digər insanlar isə məxsus olduqları dinə görə Müqəddəs Kitaba etibar etmirlər. Fayzəl adlı bir nəfərin ailəsi uşaqlıqdan ona aşılayıb ki, Müqəddəs Kitab Allahdan nazil olsa da, sonralar təhrif olunub. O deyir: «Buna görə də insanlar mənimlə Müqəddəs Kitab haqda söhbət edəndə onlara inanmağım gəlmir. Axı onların əlindəki Müqəddəs Kitab orijinal deyil. O dəyişdirilib».

Müqəddəs Kitabın təhrif olunub-olunmadığını bilməyimiz nə dərəcədə vacibdir? Bu sualı cavablandırmazdan öncə növbəti suallar üzərində düşünün: Əgər əlinizdə olan Müqəddəs Kitabda gələcəklə bağlı yazılan vədlərin orijinal mətndə olub-olmadığını dəqiq bilməsəniz, bu vədlərə etibar edə bilərsiniz? (Romalılara 15:4). Əgər hazırkı Müqəddəs Kitab köçürülən zaman dəyişikliyə məruz qalmış bir kitab olsaydı, ibadətlə, işlə və ya ailə həyatı ilə bağlı vacib qərarlar verərkən oradakı məsləhətləri əldə rəhbər tutardınız?

Müqəddəs Kitabın orijinal əlyazması günümüzə qədər gəlib çatmasa da, sayı minlərlə olan qədim nüsxələrə üz tuta bilərik. Bu nüsxələr çürümək, insanlar tərəfindən məhv edilmək və təhrif olunmaq təhlükəsi ilə üzləşsə də, dövrümüzə kimi necə gəlib çıxıb? Onların indiyədək qalması əlimizdə olan Müqəddəs Kitabın dəqiqliyinə etibarımızı necə artırır? Növbəti məqalələrdə Müqəddəs Kitabın keşməkeşli tarixi haqda oxuyaraq bu sualların cavabını tapın.

a Tövrat, Zəbur, İncil.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş