Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp16 №  4 s. 8
  • Müqəddəs Kitabın qorunmasının səbəbi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabın qorunmasının səbəbi
  • Gözətçi qülləsi (kütləvi) 2016
  • Oxşar material
  • Müqəddəs Kitab Allahdan namədir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Bunu bilmək vacibdir
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Ailələr üçün əlavə kömək
    Oyanın! 2018
  • Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?
    Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2016
wp16 №  4 s. 8
Bir kişi Müqəddəs Kitabı oxuyur

ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

Müqəddəs Kitabın qorunmasının səbəbi

Bəli, Müqəddəs Kitab qorunub saxlandı! Bunun sayəsində siz indi Müqəddəs Kitabı əldə edib oxuya bilərsiniz. Müqəddəs Kitabın yaxşı tərcüməsini seçsəniz, əmin ola bilərsiniz ki, oxuduğunuz həmin nüsxə peyğəmbərlərin yazdığı ilə tamamilə eynidira. Müqəddəs Kitab əlyazmaları çürüyə, insanlar tərəfindən məhv edilə və mətni təhrif oluna bilərdi. Bütün bunlara baxmayaraq Müqəddəs Kitab nəyin sayəsində qorundu? Bu kitabı xüsusi edən nədir?

«İndi mən əminəm ki, Müqəddəs Kitab Allahın mənə bəxş etdiyi hədiyyədir»

Müqəddəs Kitabı oxuyan insanların çoxu növbəti sözlərin həqiqət olduğu ilə razıdırlar: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16). Onlar Müqəddəs Kitabın təhrif olunmadığına əmindirlər, çünki inanırlar ki, bu kitab Allahın Kəlamıdır və Allah Özü Öz Kəlamını qoruyub. Bu jurnalın ilk məqaləsində adı çəkilən Fayzəl Müqəddəs Kitabı şəxsən oxuyub araşdırmağa qərar verdi. Öyrəndikləri onu heyran etdi. Çox keçməmiş o öyrəndi ki, xristian dininin əksər təlimləri əslində Müqəddəs Kitabda yox imiş. Bundan əlavə, o, Müqəddəs Kitabdan Allahın insanlarla bağlı gözəl niyyətini öyrəndi.

Fayzəl deyir: «İndi mən əminəm ki, Müqəddəs Kitab Allahın mənə bəxş etdiyi hədiyyədir. Yeri, göyü yaradan Allah nazil etdiyi kitabı qorumağa qadirdir! Allahın Kəlamının təhrif olunduğunu deyən adam Külli-İxtiyar, Qadiri-Mütləq Allahın qüdrətinə şəkk gətirmiş olur! Mən kiməm ki, Allahın qüdrətinə şəkk eləyim?» (Əşiya 40:8).

a Bu jurnalın 2015-ci il iyul—sentyabr sayının «Azərbaycan dilində Müqəddəs Kitabın “Yeni Dünya Tərcüməsi” işıq üzü gördü» adlı məqaləsinə baxın.

Müqəddəs Kitabın təhrif olunmadığına necə əmin ola bilərik?

Bu jurnalın ilk məqalələrində Müqəddəs Kitabın necə qorunub saxlanıldığı barədə söhbət açıldı. Bəs Müqəddəs Kitabın mif və ya əfsanə toplusu yox, həqiqətən də «Allahın sözü» olduğuna necə əmin ola bilərsiniz? (1 Salonikililərə 2:13). Bunun üçün www.jw.org/az-latn saytına daxil olub «Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?» adlı videoçarxa baxa bilərsiniz. (NƏŞRLƏR > VİDEO bölməsinə daxil olun.)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş