Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • T-30 s. 1—4
  • Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?
  • Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?
  • Oxşar material
  • Gələcək barədə nə fikirləşirsiniz?
    Gələcək barədə nə fikirləşirsiniz?
  • Ölülərin dirilməsi mümkündürmü?
    Ölülərin dirilməsi mümkündürmü?
  • Allahın Padşahlığı nədir?
    Allahın Padşahlığı nədir?
  • Dərd-sər nə vaxtsa bitəcək?
    Dərd-sər nə vaxtsa bitəcək?
Əlavə
Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?
T-30 s. 1—4

Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?

Sizin fikrinizcə, bu kitab...

  • insan müdrikliyinin məhsuludur?

  • nağıllar və rəvayətlər toplusudur?

  • Allah Kəlamıdır?

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (İncil, 2 Timutiyə 3:16).

BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?

Həyatda vacib suallara qaneedici cavablar tapacaqsınız (Peyğəmbərlərin kitabı, Məsəllər 2:1—5).

Yaşadığınız hər gün üçün etibarlı rəhbərlik əldə edəcəksiniz (Zəbur 119:105).

Gələcəyə gerçək ümidiniz olacaq (İncil, Romalılara 15:4).

Qadın və kişi ayrı-ayrılıqda Müqəddəs Kitabı oxuyur. Xoşbəxt ailə birlikdə gəzməyə çıxıb

MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?

Bəli, olar, ən azı üç səbəbə görə:

  • Heyrətamiz uyğunluq. Allah Müqəddəs Kitabı 1600 ildən çox vaxt ərzində qırxa yaxın müqəddəs bəndəsinə yazdırıb. Onların əksəriyyəti bir-birini heç vaxt görməyib. Bununla belə, kitabın harmonik şəkildə cərəyan edən bir əsas mövzusu var.

  • Dürüstlük. Çox vaxt tarixçilər öz xalqlarının nöqsanlarını və məğlubiyyətlərini ört-basdır edirlər. Müqəddəs Kitabı yazanlar isə həm özlərinin, həm də xalqlarının səhvlərini dürüstlüklə qələmə almışlar (Peyğəmbərlərin kitabı, 2 Salnamələr 36:15, 16; Zəbur 51:1—4).

  • Yerinə yetən peyğəmbərliklər. Müqəddəs Kitab qədim Babil şəhərinin viran qalacağı haqda təqribən 200 il əvvəl xəbər vermişdi (Peyğəmbərlərin kitabı, Əşiya 13:17—22). Müqəddəs Kitabda nəinki Babilin necə işğal ediləcəyi, hətta onu işğal edəcək şəxsin adı belə açıqlanmışdı! (Peyğəmbərlərin kitabı, Əşiya 45:1—3).

    Müqəddəs Kitabın digər çoxsaylı peyğəmbərlikləri də ən xırda təfsilatlarınadək yerinə yetib. Məgər Allahın Kəlamı belə olmalı deyil? (İncil, 2 Butrus 1:21).

DÜŞÜNÜN

Ata, ana, oğul, qız

Allahın Kəlamı həyatınızı necə yaxşılaşdıra bilər?

Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb: ƏŞİYA 48:17, 18; 2 TİMUTİYƏ 3:16, 17.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş