Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • T-34 s. 1—4
  • Dərd-sər nə vaxtsa bitəcək?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dərd-sər nə vaxtsa bitəcək?
  • Dərd-sər nə vaxtsa bitəcək?
  • Oxşar material
  • Gələcək barədə nə fikirləşirsiniz?
    Gələcək barədə nə fikirləşirsiniz?
  • Ölülərin dirilməsi mümkündürmü?
    Ölülərin dirilməsi mümkündürmü?
  • Allahın Padşahlığı nədir?
    Allahın Padşahlığı nədir?
  • Dünya kimin əlindədir?
    Dünya kimin əlindədir?
Əlavə
Dərd-sər nə vaxtsa bitəcək?
T-34 s. 1—4

Dərd-sər nə vaxtsa bitəcək?

Siz necə fikirləşirsiniz?

  • bəli

  • xeyr

  • ola bilsin

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (İncil, Vəhy 21:3, 4).

BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?

Problemlərinizin səbəbkarının Allah olmadığına əmin olacaqsınız (İncil, Yaqub 1:13).

Əzablarımızı görən Allahın dərdimizə yandığını bilmək ürəyinizə toxtaqlıq verəcək (Peyğəmbərlərin kitabı, Zəkəriyyə 2:8).

Həyatdakı iztirabların bitəcəyinə ümidiniz yaranacaq (Zəbur 37:9—11).

Müqəddəs Kitabı oxuyan adam əzabların və haqsızlığın sona çatacağı vaxtı təsəvvürünə gətirir

MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?

Bəli, olar, ən azı iki səbəbə görə:

  • Allah-Taala əzablara və ədalətsizliyə nifrət edir. Qədimdə Allahın xalqına zülm ediləndə O, buna biganə qalmırdı. Müqəddəs Kitabda deyilir ki, xalqının zalım qaniçənlərin əlindən fəryad etdiyini görmək Allaha ağır idi (Peyğəmbərlərin kitabı, Hakimlər 2:18).

    Allah başqalarına əzab verənləri mühakimə edir. Məsələn, Kəlamda deyilir ki, «günahsız qan tökən əllər»ə Allah-Taala nifrət edir (Peyğəmbərlərin kitabı, Məsəllər 6:16, 17).

  • Yaradan hər bir bəndəsi ilə maraqlanır. Nə çəkdiyimizi, dərd-qəmimizi təkcə özümüz yox, Allah da bilir (Peyğəmbərlərin kitabı, 2 Salnamələr 6:29, 30).

    Allah tezliklə səmavi hökuməti vasitəsilə hər bir insanın dərd-sərinə son qoyacaq (İncil, Mətta 6:9, 10). Hələ ki o vaxt gəlməyib, Xudavənd Yehova səmimi-qəlbdən Ona üz tutanlara nəvazişlə təskinlik verir (İncil, Həvarilərin işləri 17:27; 2 Korinflilərə 1:3, 4).

DÜŞÜNÜN

İki qadın Müqəddəs Kitabı öyrənir

Allah əzablara nə üçün yol verir?

Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb: ROMALILARA 5:12; 2 BUTRUS 3:9.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş