Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • T-35 s. 1—4
  • Ölülərin dirilməsi mümkündürmü?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölülərin dirilməsi mümkündürmü?
  • Ölülərin dirilməsi mümkündürmü?
  • Oxşar material
  • Gələcək barədə nə fikirləşirsiniz?
    Gələcək barədə nə fikirləşirsiniz?
  • Dərd-sər nə vaxtsa bitəcək?
    Dərd-sər nə vaxtsa bitəcək?
  • Dünya kimin əlindədir?
    Dünya kimin əlindədir?
  • Allahın Padşahlığı nədir?
    Allahın Padşahlığı nədir?
Əlavə
Ölülərin dirilməsi mümkündürmü?
T-35 s. 1—4
Ana ilə ata ölən qızlarının şəklinə baxırlar

Ölülərin dirilməsi mümkündürmü?

Siz nə düşünürsünüz?

  • bəli

  • xeyr

  • ola bilər

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

«Ölülərin dirilməsi olacaqdır» (Həvarilərin işləri 24:15, İncil, 1996).

BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?

Ölən əzizlərinizə görə qəm-qüssə çəkəndə Allah sizə təsəlli verəcək (İncil, 2 Korinflilərə 1:3, 4).

Ölüm qorxusundan azad olacaqsınız (İncil, İbranilərə 2:15).

Ölən əzizlərinizə yenidən qovuşmaq kimi həqiqi ümidiniz olacaq (İncil, Yəhya 5:28, 29).

Dirilmə ümidi ailəyə və dul qadına təskinlik verir

MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?

Bəli, olar, ən azı üç səbəbə görə:

  • Bizə həyatı Allah verib. Müqəddəs Kitabda Yehova Allah «həyat mənbəyi» adlanır (Zəbur 36:9; İncil, Həvarilərin işləri 17:24, 25). Bütün canlılara həyat verən Yaradan Allah, sözsüz ki, ölən insanı diriltməyə qadirdir.

  • Allahın qədimdə diriltdiyi insanlar olub. Müqəddəs Kitabda yenidən yer üzündə yaşamaq üçün dirildilən səkkiz insandan — cavan, yaşlı, kişi və qadından bəhs edilir. Onların arasında eləsi var idi ki, təzəcə ölmüşdü, eləsi də var idi ki, dörd günün ölüsü idi! (İncil, Yəhya 11:39—44).

  • Allah ölüləri dirildəcəyi vaxtı səbirsizliklə gözləyir. Yehova Allah ölümə nifrət edir və onu düşmən hesab edir (İncil, 1 Korinflilərə 15:26). O, insanları diriltməklə bu düşməni məhv edəcəyi günün həsrətini çəkir. O, çox istəyir ki, yaddaşında olan insanları həyata qaytarsın və onların yer üzündə şad-xürrəm yaşadığını görsün (Peyğəmbərlərin kitabı, Əyyub 14:14, 15).

DÜŞÜNÜN

Körpəlikdən qocalığa qədər dövrün təsviri

İnsanlar nəyə görə qocalır və ölürlər?

Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb: YARADILIŞ 3:17—19; ROMALILARA 5:12.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş