Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp17 №  2 s. 10—12
  • Köləlikdən qurtuluş. Keçmişdə və indi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Köləlikdən qurtuluş. Keçmişdə və indi
  • Gözətçi qülləsi (kütləvi) 2017
  • Başlıqlar
  • Oxşar material
  • MÜHARİBƏDƏN KÖLƏLİYƏ
  • AZADLIQ
  • KÖLƏLİKDƏN BİRDƏFƏLİK QURTULUŞ
  • «Siz çox baha qiymətə alınmısınız»
    Gözətçi qülləsi 2005
  • Yehova Allahın qulları olun
    Gözətçi qülləsi 2013
Gözətçi qülləsi (kütləvi) 2017
wp17 №  2 s. 10—12
Afrika ilə Amerika arasında qul ticarəti

Afrika ilə Amerika arasındakı qul ticarəti gəlirli biznes idi

Köləlikdən qurtuluş. Keçmişdə və indi

Bahara adlı bir qız Avropaya getmişdi. Ona söz vermişdilər ki, orada saç ustası kimi işləyə biləcək. Amma ora çatandan sonra ondan fahişəlik etməyi tələb etdilər. Bunun üçün Baharı on gün dalbadal fiziki şiddətə məruz qoydular. Həmçinin onu hədələyib dedilər ki, razılaşmasa, ailəsinin başına oyun açacaqlar.

Qədim Misirdə əsir götürülmüş qulların təsviri

Qədim Misirdə əsir götürülmüş qulların təsviri

Onu bu işə cəlb edən qadın Bahardan 40 000 avro pul tələb etdi. Borcunu qaytarmaq üçün Bahar gecəyə 200—300 avrob qazanmalı idi. Bahar deyir: «Tez-tez ağlımdan qaçmaq keçirdi, lakin qorxurdum ki, ailəmə nəsə edərlər. Tələyə düşmüşdüm». Bahar seks sənayesinin qurbanı olan dörd milyon insandan yalnız biridir.

Təxminən dörd min il əvvəl yaşamış həzrəti Yusif gənc olanda qardaşları tərəfindən köləliyə satılmışdı. Beləcə, o, bir misirlinin evində qul olmuşdu. Bahardan fərqli olaraq, həzrəti Yusifin ağası onunla pis rəftar etmirdi. Amma sonra ağasının arvadı həzrəti Yusifin üstünə şər atdı və onu zorlamaqda ittiham etdi. Beləcə, həzrəti Yusif haqsız yerə zindana atıldı (Yaradılış 39:1—20; Zəbur 105:17, 18).

Həzrəti Yusif qədim dövrün köləsi idi, Bahar isə 21-ci əsrin. Ancaq hər ikisi insan alverinin qurbanı olmuşdu. Ta qədimdən bu işlə məşğul olanlar insanlarla əşya kimi rəftar edirlər və onları maddi gəlirdən başqa heç nə maraqlandırmır.

MÜHARİBƏDƏN KÖLƏLİYƏ

Müharibə qul əldə etməyin ən asan yolu idi. Deyilənə görə, Misir fironu III Tutmos Kənan diyarına yürüş edərək 90 000 insanı əsir götürmüşdü. Misirlilər onları mədənlərdə, məbədlərin tikintisində, arxların salınmasında işlədirdilər.

Roma imperiyası üçün də müharibələr çoxlu qul əldə etmək fürsəti idi. Əgər qula ehtiyac yaranardısa, romalılar, adətən, müharibə edirdilər. Ehtimal olunur ki, birinci əsrdə Roma əhalisinin yarısını qullar təşkil edirdi. Misirlilər də, romalılar da qulları çox vaxt rəhmsizcəsinə istismar edirdilər. Məsələn, Romada mədənlərdə işləyən qullar 30 yaşına güclə çatırdılar.

Vaxt keçdikcə qullarla rəftar daha da sərtləşdi. 16-cı əsrdən 19-cu əsrə qədər Afrika ilə Amerika arasında qul ticarəti ən gəlirli bizneslərdən biri idi. YUNESKO-nun hesabatında deyilir: «Ehtimal olunur ki, 25—30 milyon kişi, qadın və uşaq oğurlanıb satılmışdı». Deyilənə görə, yüz milyonlarla insan Atlantik okeanını keçərkən həlak olmuşdu. Bu hadisə zamanı sağ qalmış Olauda Ekviyano adlı bir qul deyir: «Qadınların qışqırıq səsi, can verənlərin iniltisi ilə müşayiət olunan bu səhnə o qədər dəhşətli idi ki, sözlə ifadə etmək mümkün deyil».

Təəssüf ki, köləlik tarixin keçmiş səhifələrində qalmayıb. Beynəlxalq Əmək Təşkilatının verdiyi məlumata əsasən, təxminən iyirmi bir milyon kişi, qadın və uşaq günü bu gün də az məvacibə və ya heç bir məvacib almadan kölə kimi işləyir. Müasir dövrdə fahişəxanalarda, mədəndə, zavod və fabriklərdə, daş karxanalarında, şəxsi evlərdə insanları qul kimi işlədirlər. İnsanı bu cür işlətmək qeyri-qanuni olsa da, bu kimi hallar artmaqdadır.

Uşaqlar kərpic zavodunda qul kimi işləyirlər

Milyonlarla insan indi də kölədir

AZADLIQ

Qullara bu cür qəddar münasibət onları azadlıq uğrunda mübarizə aparmağa vadar etdi. Belə ki, eramızdan əvvəl birinci əsrdə qladiator Spartak və yüz minə yaxın qul Romaya qarşı uğursuzluqla nəticələnən qiyam qaldırdı. On səkkizinci əsrdə Haitidəki qullar öz ağalarına qarşı qalxdılar. Qulların şəkər plantasiyalarında çəkdikləri əzablar on üç il davam edən vətəndaş müharibəsinə gətirib çıxartdı. Bu, 1804-cü ildə Haitinin müstəqil respublika elan edilməsi ilə nəticələndi.

Qədimdə yaşayan israillilərin Misirdən çıxmasını köləlik üzərində ən şanlı qələbə hesab etmək olar. Təxminən üç milyon insan — bütün bir xalq Misir köləliyindən canını qurtara bilir. Müqəddəs Kitabda deyilir ki, israillilər «ağır şəraitdə hər cür qul işində işləyirdilər» (Çıxış 1:11—14). Hətta bir firon israillilərin sayının artmasının qarşısını almaq üçün yeni doğulan uşaqların öldürülməsini əmr etmişdi (Çıxış 1:8—22). Bəli, israillilərin bu əzabdan qurtulmağının vaxtı gəlib çatmışdı.

Tarixdə hələ heç vaxt belə bir azadlıq olmamışdı, çünki İsrail xalqına qurtuluş verən Allah idi. Allah Musa peyğəmbərə demişdi: «Nə çəkdiklərindən agaham. Mən yerə enib onları misirlilərin əlindən qurtaracağam» (Çıxış 3:7, 8). Bu günə kimi yəhudilər bu hadisəni yad etmək üçün hər il Pasxa bayramını qeyd edirlər (Çıxış 12:14).

KÖLƏLİKDƏN BİRDƏFƏLİK QURTULUŞ

Müqəddəs Kitabda deyilir ki, «Allahımız Yehovada haqsızlıq» yoxdur, olmayacaq da, çünki Yehova Allah dəyişmir (2 Salnamələr 19:7; Məlaki 3:6). Allah İsa peyğəmbəri yer üzünə «əsirlərə azadlığı» təbliğ etmək, «məzlumlara qurtuluş vermək» üçün göndərmişdi (Luka 4:18). Burada söhbət qulların hərfi mənada azad olmasından gedir? Ehtimal ki, yox. İsa peyğəmbər insanları günah və ölümün əsarətindən qurtarmaq üçün gəlmişdi. O demişdi: «Həqiqət sizi azad edəcək» (Yəhya 8:32). İsa peyğəmbərin öyrətdiyi həqiqət hətta bu gün də insanları müxtəlif yollarla azad edir. («Hər cür əsarətdən xilas» adlı çərçivəyə baxın.)

Allah həzrəti Yusifi və haqqında danışdığımız Baharı fərqli yollarla əsarətdən xilas elədi. Həzrəti Yusifin möhtəşəm xilası barədə Yaradılış kitabının 39-dan 41-ə kimi olan fəsillərindən oxuya bilərsiniz. Baharın da qurtuluşu çox maraqlı oldu.

Dövlət Baharı yaşadığı ölkədən çıxarır, buna görə o, İspaniyaya gedir. Orada Yehovanın Şahidləri ilə rastlaşır və Müqəddəs Kitabı öyrənməyə başlayır. Həyatını yoluna qoymaq istəyilə o, daimi iş tapır və borclu olduğu qadından xahiş edir ki, borcunu ödəmək üçün hər ay ödədiyi pulun miqdarını azaltsın. Bir gün həmin qadın Bahara zəng edir. Bahar qulaqlarına inanmır — qadın ondan üzr istəyir və borcunu bağışladığını deyir. Görəsən, nə baş vermişdi? Sən demə, bu qadın da Yehovanın Şahidləri ilə birgə Müqəddəs Kitabı öyrənməyə başlamışdı! «Həqiqət insanı ağıla gəlməyən tərzdə xilas edə bilər», — deyə Bahar bölüşür.

Yehova Allah Misirdə kölə olan israillilərin vəziyyətinə çox acıyırdı. Bu gün də haqsızlıqla qarşılaşan insanlara Allahın yazığı gəlir. Dünyadakı hər növ köləliyə son qoymaq üçün cəmiyyətdə köklü dəyişikliklər edilməlidir. Allah-Taala vəd edir ki, buna Özü əncam çəkəcək. «Onun vədinə görə yeni bir göy və yeni yer gözləyirik, orada salehlik məskunlaşacaq» (2 Butrus 3:13).

a Ad şərtidir.

b Həmin dövrdə avro təxminən dollara bərabər idi.

Hər cür əsarətdən xilas

Alonso və həyat yoldaşı

Alonsonun köləliyi bir az fərqli idi. Yeniyetmə yaşlarından o, kokainin və heroinin qulu olmuşdu. Alonso deyir: «Narkotikə tələbatı ödəmək üçün mən cinayətə əl atdım və narkotik alverçisi oldum... Dörd fərqli detoksifikasiya narkoloji tibb müəssisəsində müalicə alsam da, bu vərdişdən canımı qurtara bilmirdim. Axırda polislər məni tutdu və dörd il həbsdə yatdım».

Otuz il narkotikin əsarətində olan Alonso Yehovanın Şahidləri ilə birlikdə Müqəddəs Kitabı öyrənməyə başladı. Öyrəndikləri ona o qədər təsir etdi ki, o, bu vərdişinə son qoymaq qərarına gəldi. Alonso deyir: «Narkotikin köləliyindən qurtulmaq mənim üçün çox çətin idi. Amma Yehova Allahın köməyi sayəsində bu döyüşdən zəfərlə çıxdım» (Zəbur 55:22).

Alonso davam edir: «Mənim bu dərəcədə dəyişildiyimi görmək arvadımı çox sevindirir. Yehova yol vermədi ki, öz əlimlə özümü məhv edim. Ona nə qədər şükür eləsəm, azdır. Allahımın köməyi olmasaydı, mən hələ də kölə idim, ya da artıq həyatda yox idim».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş