Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp17 №  4 s. 3
  • Ölüm həyatın davamıdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölüm həyatın davamıdır?
  • Gözətçi qülləsi (kütləvi) 2017
  • Oxşar material
  • Ölümdən sonra həyat varmı?
    İnsan öləndə nə baş verir?
  • İnsan öləndə ruhla nə baş verir?
    İnsan öləndə nə baş verir?
  • Ölümlə bağlı Müqəddəs Kitabda nə yazılıb?
    Gözətçi qülləsi (kütləvi) 2017
Gözətçi qülləsi (kütləvi) 2017
wp17 №  4 s. 3
Bir qadın əlində təsbehlə şamların önündə dua edir

Demək olar, bütün əsas dinlərin nümayəndələri ruhun ölməzliyinə inanır

ÜZ QABIĞINDAKI MÖVZU | ÖLÜMLƏ BAĞLI MÜQƏDDƏS KİTABDA NƏ YAZILIB?

Ölüm həyatın davamıdır?

BU MÖVZU ilə bağlı müxtəlif fikirlər mövcuddur. Kimisi öləndən sonra insanın başqa bir aləmdə, başqa bir şəkildə yaşamağa davam etdiyinə, kimisi fərqli vücudda yenidən doğulduğuna, kimisi isə ölümlə hər şeyin bitdiyinə inanır.

Yəqin ki, bu mövzu ilə bağlı sizin də yaşadığınız cəmiyyətin və mədəniyyətin təsiri altında formalaşmış müəyyən fikriniz var. Göründüyü kimi, ölümdən sonra həyatın olub-olmadığı ilə bağlı çoxlu və bir-birindən fərqli inanclar mövcuddur. Bəs düzgün cavabı kim bilir? Onu kimdən və haradan öyrənmək olar?

Əsrlər boyu din xadimləri insanlara ruhun ölməzliyi təlimini təbliğ ediblər. Demək olar, bütün əsas dinlərin nümayəndələri, xristianlar, hinduistlər, yəhudilər və başqaları ruhun ölməzliyinə, bədənin öldüyünə ruhun isə bədəndən çıxıb başqa bir dünyada yaşadığına inanır. Buddistlər isə inanır ki, insanın daxilindəki qüvvə və ya şüur insan dönə-dönə dünyaya gəlməklə nirvanaya qovuşur, yəni ali məqsədə çatır.

İnsanlar ölən əzizlərinin qəbrinə yemək gətirib qoyurlar

Bu təlimlərə söykənərək dünyadakı əksər insanlar ölümün başqa bir dünyaya açılan qapı olduğuna inanır. Bu səbəbdən çoxları üçün ölüm həyatın önəmli mərhələsidir və Allahın iradəsinə daxildir. Bəs bilmək istəyərdiniz, ölümlə bağlı Müqəddəs Kitabdaa nə yazılıb? Onda növbəti məqaləni oxuyun. Çox ehtimal ki, oxuduqlarınız sizi təəccübləndirəcək.

a Tövrat, Zəbur, İncil

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş