Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp17 №  4 s. 4—7
  • Ölümlə bağlı Müqəddəs Kitabda nə yazılıb?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölümlə bağlı Müqəddəs Kitabda nə yazılıb?
  • Gözətçi qülləsi (kütləvi) 2017
  • Başlıqlar
  • Oxşar material
  • MÜQƏDDƏS KİTAB MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRİR
  • BÜTPƏRƏST DİNLƏRİN İNANCLARI DÜNYAYA YAYILIR
  • «HƏQİQƏT SİZİ AZAD EDƏCƏK»
  • Ölənlər haradadırlar?
    Müqəddəs Kitab əslində nə öyrədir?
Gözətçi qülləsi (kütləvi) 2017
wp17 №  4 s. 4—7
Qəbirdə cəsəd

ÜZ QABIĞINDAKI MÖVZU | ÖLÜMLƏ BAĞLI MÜQƏDDƏS KİTABDA NƏ YAZILIB?

Ölümlə bağlı Müqəddəs Kitabda nə yazılıb?

Müqəddəs Kitabın «Yaradılış» bölməsinə əsasən, Allah ilk insanı yaradandan sonra ona demişdi: «Bağdakı bütün ağacların meyvəsindən ürəyin istəyən qədər yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yaradılış 2:16, 17). Bu ayədən aydın şəkildə görünür ki, Adəm Allahın əmrinə itaət etsəydi, heç vaxt ölməyəcəkdi, əbədiyyən Ədən bağında yaşayacaqdı.

Adəm və Həvva yaşa dolanda

Çox təəssüf ki, Adəm Allaha itaət etmədi, Həvva ona qadağan olunmuş meyvəni təklif edəndə alıb yedi (Yaradılış 3:1—6). Bu itaətsizliyin acısını bütün bəşər ailəsi bugünə kimi çəkir. Müqəddəs Kitabın bir ayəsində deyilir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12). Bu ayədə sözü gedən «bir adam» Adəmdir. Bəs günah deyəndə nə nəzərdə tutulur və nəyə görə bu günah ölümə gətirib çıxardı?

Günah deyəndə, Adəmin etdiyi hərəkət, yəni bilə-bilə Allahın qanununu pozması nəzərdə tutulur (1 Yəhya 3:4). Ölüm isə, Allahın Adəmə dediyi kimi, bu günahın cəzası idi. Adəm, eləcə də ondan törəyən insanlar Allahın əmrinə itaət etsəydilər, günahın və ölümün nə demək olduğunu bilməyəcəkdilər. Allah insanı ölmək üçün yaratmamışdı, onu yaşamaq üçün, hətta əbədi yaşamaq üçün yaratmışdı.

Göz qabağındadır ki, Müqəddəs Kitabda deyildiyi kimi, ölüm «bütün adamlara keçdi». Bəs öləndən sonra nə baş verir? İnsan mövcudluğuna davam edir? Çoxları bu suala «bəli» deyə cavab verir. Onların fikrincə insanın daxilində ruh adlanan bir qüvvə var və o, ölməzdir. Amma bu fikir Allahın Adəmə dediyi sözlərə zidd gedir. Çünki Allah Adəmin günahının cəzası kimi ona ölüm hökmü kəsmişdi. Əgər insan öləndən sonra ondan hansısa bir qüvvə ayrılıb, yaşamağa davam etsəydi, onda ölüm cəza sayılmazdı. Amma bildiyimiz kimi, Allahın bütün sözləri haqdır, «Onun yalan danışması mümkün» deyil (İbranilərə 6:18). Yalan danışan Şeytan idi, o, Həvvaya demişdi ki, Allahın qadağan etdiyi meyvədən yesələr, əsla ölməyəcəklər (Yaradılış 3:4).

Belə isə ortaya başqa sual çıxır, əgər ölməz ruh təlimi uydurmadırsa, onda insan öləndən sonra, əslində, nə baş verir?

MÜQƏDDƏS KİTAB MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRİR

Yaradılış 2:7 ayəsində yazılıb: «Yehovaa Allah torpaqdan insanı yaratdı və onun burnuna həyat nəfəsi üfürdü, beləcə, insan canlı varlıq oldu». Bu ayədə işlənən «canlı varlıq» ifadəsi ibranicə «nefeş» sözündən əmələ gəlir və hərfi mənası «nəfəs alan varlıq» deməkdir.

Göründüyü kimi, Müqəddəs Kitaba əsasən, Allah Adəmi yaradanda ona «həyat nəfəsi» və ya həyat qüvvəsi verdi və Adəm canlı varlıq oldu. Müqəddəs Kitabda deyilmir ki, Allah Adəmə ölməz ruh verdi. Əgər Müqəddəs Kitab insanın ölməz ruha malik olduğunu öyrətmirsə, bu təlim əksər dinlərə haradan keçib? Bu suala cavab tapmaq üçün gəlin qədim Misirə qısa bir səyahət edək.

BÜTPƏRƏST DİNLƏRİN İNANCLARI DÜNYAYA YAYILIR

B. e. ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot yazmışdı ki, «insan ruhunun ölməzliyi haqqında ilk dəfə təlim» yaradan misirlilər olmuşdur. Qədim xalqlardan olan babillilər də insanın ölməz ruha malik olduğuna inanırdılar. Böyük İsgəndər b. e. ə. 332-ci ildə Yaxın Şərqi fəth etməzdən əvvəl yunan filosofları ölməz ruh təlimini geniş təbliğ etmişdilər, beləcə, bu təlim qısa bir müddətdə bütün Yunan imperiyasına yayılmışdı.

Müqəddəs Kitab insanın ölməz ruha malik olduğunu öyrətmir

Eramızın birinci əsrində yəhudilərin iki əsas məzhəbi sayılan essen və fərisi təriqətləri insan öləndən sonra ruhun yaşadığını öyrədirdi. «Yəhudi ensiklopediyası»nda yazılıb: «Ölməz ruh təlimi yəhudilər arasında yunan təfəkkürünün və Platon fəlsəfəsinin təsiri nəticəsində yayılmışdı». Birinci əsrdə yaşamış yəhudi tarixçisi İosif Flavi bu təlimi Müqəddəs Yazılara yox, Yunan fəlsəfəsevərlərinə aid əfsanələr toplusu adlandırdığı «yunan oğullarının inancları» ilə əlaqələndirmişdi.

Yunan mədəniyyətinin təsiri artdıqca bütpərəst dinlərdən çıxan bu təlim xristianlığa daxil oldu. Tarixçi Cona Lendorun yazılarına əsasən, «Platon iddia edirdi ki, insanın ruhu bir vaxtlar gözəl bir məkanda yaşayıb sonradan bu pozğun dünyaya düşüb. Bu təlim Platon fəlsəfəsi ilə xristianlığın qarışmasını asanlaşdırmışdı». Beləcə, bütpərəstlikdən doğan ölməz ruh təlimi xristian kilsələri tərəfindən qəbul olundu və xristian dininin əsas təlimlərindən biri oldu.

«HƏQİQƏT SİZİ AZAD EDƏCƏK»

Müqəddəs Kitabın bir ayəsində yazılıb: «Allahın ruhu aydın deyir ki, gələcəkdə bəziləri aldadıcı vəhylərə və cinlərin təlimlərinə qulaq asıb imandan dönəcək» (1 Timutiyə 4:1). Bu sözlərin gerçək olduğu göz qabağındadır. Çünki ölməz ruh məfhumu cinlərin təlimlərindən biridir. Göründüyü kimi, bu təlim Müqəddəs Kitaba əsaslanmır, onun kökü qədim bütpərəst dinlərə və fəlsəfəyə dayanır.

Xoşbəxtlikdən bu saxta təlimin buxovundan azad olmaq mümkündür. Müqəddəs Kitabda deyilir: «Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəhya 8:32). Müqəddəs Kitabdan səhih bilik almaqla insan Allaha qarşı küfr olan bu cür təlimlərin və əksər dinlərin təbliğ etdiyi ayinlərin təsirindən qurtula bilər. Allahın Kəlamındakı həqiqət insanları ölümlə bağlı adət-ənənələrin və mövhumatın əsarətindən azad etməyə qadirdir. («Ölüm — həyatın tamamı» adlı çərçivəyə baxın.)

Yaradanımız biz insanları 70—80 il yer üzündə ömür sürüb sonra əbədilik başqa aləmə köçmək üçün yaratmayıb. Yaradıb ki, yer üzündə əbədi yaşayıb Ona itaətkar bəndə olaq. Bu gözəl niyyət Allahın bəşəriyyətə bəslədiyi məhəbbətin nişanəsidir və bu niyyət mütləq gerçək olacaq (Məlaki 3:6). Davud peyğəmbər də buna əmin idi. O belə yazmışdı: «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29).

Ölümdən sonrakı həyatla bağlı ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab təlimləri» kitabının 6-cı fəslinə baxa bilərsiniz. Kitabı jw.org/az saytından da oxumaq mümkündür. Həmçinin bu kodu skan etmək olar.

a Müqəddəs Kitaba əsasən, Allahın adı.

Əbədi yaşamaq mümkündür?

Bir neçə il əvvəl alimlər planetin ən uzunömürlü canlısını aşkar ediblər. Onlar bu bitkinin bir neçə min il yaşı olduğunu ehtimal edirlər. Bu bitki «Posidonia oceanica» növündən olan adi dənizotudur. O, İspaniya ilə Kiprin ortasında Aralıq dənizinin dibinin böyük bir sahəsini örtür.

Fikir verin, adi bitki bir neçə min il yaşayırsa, insan niyə yaşamasın?! Qocalma proseslərini öyrənən alimlər insan ömrünü uzatmağın mümkün olduğunu düşünürlər. Məsələn, bu mövzuya həsr olunmuş kitabların birində bu sahədə aparılan «çoxsaylı qabaqcıl elmi layihələrdən» bəhs olunur. Bu elmi layihələrin insan ömrünə təsiri olub-olmayacağını isə gələcək göstərəcək.

Amma insan ömrünü əbədilik uzatmağa müasir elmin qüdrəti çatmaz. Çünki Müqəddəs Kitabda deyilir ki, həyat mənbəyi Yaradanımız Yehova Allahdır (Zəbur 36:9). Allahın elçisi İsa Məsih duasında demişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı... tanısınlar» (Yəhya 17:3). Göründüyü kimi, Allah Onu tanıyan və Onu razı salan insanlara əbədi həyat bəxş edəcək.

Dənizotu

Alimlər ehtimal edir ki, bu dənizotunun bəzi növlərinin bir neçə min il yaşı var

ÖLÜM — HƏYATIN TAMAMI

İsa Lazarı dirildir

Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, ölülər qəbirdədir və bir gün diriləcəklər (Yəhya 5:28, 29). Onlar nə əzab çəkir, nə də ağrı hiss edir, çünki Vaiz 9:5 ayəsində deyilir ki, «ölülər heç nə bilmir». İsa peyğəmbər ölümü dərin yuxuya bənzətmişdi (Yəhya 11:11—14). Buna görə də, ölülərdən qorxmaq lazım deyil və necə deyərlər, onların ruhunu şad etmək üçün nələrsə etməyə ehtiyac yoxdur. Ölülər bizə nə kömək edə, nə zərər yetirə bilərlər, çünki «məzarda nə iş, nə niyyət, nə elm, nə də hikmət var» (Vaiz 9:10). Amma Allah bizə gözəl ümid verir, O, ölüm yuxusunda olan insanları dirildəcək və ölümü əbədilik yox edəcək (1 Korinflilərə 15:26, 55; Vəhy 21:4).

Nəyə görə Müqəddəs Kitaba etibar etmək olar?

Əmin ola bilərik ki, Müqəddəs Kitabda yazılan hər kəlmə həqiqətdir. Gəlin bunu sübut edən bir neçə dəlili nəzərdən keçirək:

  • Lələk və mürəkkəbqabı

    Allahdan nazil olub. Müqəddəs Kitab 16 əsr ərzində, eramızdan əvvəl 1513-cü ildən təxminən eramızın 98-ci ilinə qədər 40 nəfər peyğəmbər tərəfindən yazılmışdır və 66 bölmədən ibarətdir. Bu qədər zaman ərzində və fərqli insanlar tərəfindən yazılmasına baxmayaraq, Kitabın bütün ayələri həmahəngdir və fikirlər bir-birilə uzlaşır. Bu, sübut edir ki, Müqəddəs Kitab Uca Yaradanımızın Kəlamıdır. O, Öz sözlərini elçiləri vasitəsilə bizə açıb.

  • Sütun

    Tarixi baxımdan dəqiqdir. Müqəddəs Kitabda təsvir olunan hadisələr tarixi faktlarla üst-üstə düşür. «Hüquqşünas Müqəddəs Kitabı tədqiq edir» adlı kitabda deyilir: «Romanlarda, əfsanələrdə və uydurma əhvalatlarda hadisələr uzaq bir yerə və müəyyən olmayan bir zamana aid edilir... Müqəddəs Kitab isə çatdırdığı hadisələrin tarixi və yeri barədə son dərəcə dəqiq məlumat verir».

  • Atom

    Elmi baxımdan dəqiqdir. Müqəddəs Kitab elmi kitab olmasa da, elmi məsələlərdə dəqiqdir. Orada əsrlər sonra təsdiqini tapan məlumatlar var. Məsələn, Müqəddəs Kitabın «Lavililər» bölməsinin 13 və 14-cü fəslində Allah xalqına gigiyena və karantinlə bağlı bir sıra göstərişlər vermişdi. Bu göstərişlər insanlar bakteriya və viruslar barədə məlumatları kəşf etməzdən uzun illər əvvəl verilmişdi. Həmçinin Müqəddəs Kitabda yerin heçlikdə asıldığı və dairə formasında olduğu yazılıb. Bu faktı alimlər bu ayələr yazılandan bir neçə əsr sonra kəşf edib. (Əyyub 26:7; Əşiya 40:22).

Bunlar Müqəddəs Kitabın Allahdan olduğunu sübut edən yalnız bir neçə dəlildir. Kitabın özünün də təsdiq etdiyi kimi «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və təlim, tənbeh, islah üçün... faydalıdır» (2 Timutiyə 3:16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş