Mündəricat
3 Xidmətə hazır könüllülər. Türkiyədə
28 AVQUST 2017 — 3 SENTYABR 2017
Bu məqalədə öyrənəcəyik ki, maddi vəsaitlərimizdən istifadə edərək Yehova Allah və İsa Məsihlə necə dost ola bilərik (Luka 16:9). Məqalədə həmçinin kommersiya fəaliyyətinin qulu olmamağın və Yehova Allaha sidq-ürəklə xidmət etməyin yolları müzakirə olunacaq.
4—10 SENTYABR 2017
Əzizini itirən məsihi bu dərdə necə dözə bilər? Yehova Allah ehtiyac duyduğumuz təsəllini Öz Kəlamı, İsa Məsih və yığıncaq vasitəsilə verir. Bu məqalədə təsəlli tapmağın və təsəlli verməyin yolları müzakirə olunur.
11—17 SENTYABR 2017
147-ci məzmurun yazarı Allahın xalqını dönə-dönə Allaha alqış deməyə təşviq edir. Nəyə görə o, Allaha alqış demək istəyirdi, ona bu dərəcədə dərin təsir bağışlayan nə idi? Məqalədə bu sualın cavabını tapacağıq və görəcəyik ki, nəyə görə bizdə də eyni əhval-ruhiyyə olmalıdır.
18—24 SENTYABR 2017
22 Qoy Yehova bütün niyyətlərini gerçəkləşdirsin!
Çoxlu gənc məsihi can-dildən tammüddətli xidmətdə iştirak edir. Ola bilsin, bu xidmət növü sizin də arzunuzdur. Məqalədə bununla bağlı Müqəddəs Kitabdan məsləhətlər yer alıb. Bu məsləhətlər sizə xoşbəxt və parlaq gələcək üçün planlar qurmağa kömək edəcək.