Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w17 avqust s. 30—31
  • «Növbəti toplantı nə vaxt olacaq?»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Növbəti toplantı nə vaxt olacaq?»
  • Gözətçi qülləsi 2017
  • Başlıqlar
  • KÜÇƏLƏRƏ AXIN
  • SEMENT DÖŞƏMƏDƏN DAHA YUMŞAQ VƏ İSTİ YATAQLAR
Gözətçi qülləsi 2017
w17 avqust s. 30—31

Arxivimizdən

«Növbəti toplantı nə vaxt olacaq?»

MEXİKO, 1932-ci il noyabrın axırlarıdır. Cəmi bir həftə öncə əhalisi bir milyondan çox olan bu səs-küylü şəhərdə ilk işıqforlar quraşdırılıb. Amma artıq işıqfor mövzusu gündəmdə deyil. Şəhərin müxbirləri bu həftə baş tutacaq tədbirə hazırlaşırlar. Onlar əllərində kamera dəmiryol vağzalında dayanıb xüsusi bir qonağın gəlişini gözləyirlər. Bu xüsusi qonaq Gözətçi Qülləsi Cəmiyyətinin prezidenti Cozef Ruterforddur. Üçgünlük toplantıya gələn qardaşı salamlamaq üçün yerli bacı-qardaşlar da səbirsizlənirlər.

«Qızıl əsr» jurnalında yazılmışdı: «Sözsüz, bu toplantı Meksikada həqiqətin yayılmasında mühüm rol oynayan bir hadisə kimi tarixdə iz salacaq». Cəmi-cümlətanı 150-yə yaxın adamın iştirak etdiyi bu toplantını qeyri-adi edən nə idi?

Bu tədbirə qədər Meksikada Padşahlıq xəbəri az bəhrə gətirirdi. 1919-cu ildən bəri burada kiçik toplantılar keçirilsə də, növbəti illərdə yığıncaqların sayı azalmışdı. 1929-cu ildə Mexiko şəhərində filialın yaranması vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə ümid yaratsa da, bir çox maneələri aşmaq lazım idi. Təşkilat kitabpaylayanlara göstəriş vermişdi ki, onlar təbliği alverə çevirməsinlər. Bu göstəriş kitabpaylayanlardan birinin şəninə toxunmuş və o, Allahın xalqından ayrılaraq öz Müqəddəs Kitab icmasını yaratmışdı. Həmin vaxt filial nəzarətçisi də Müqəddəs Kitaba zidd davrandığına görə təyinatıdan azad olunmuşdur. Bu səbəbdən Yehovanın Meksikadakı sadiq bəndələrinə ruhani dəstək lazım idi.

Cozef Ruterford toplantıda söylədiyi iki möhtəşəm nitqi və radioda yayımlanan beş məruzəsi ilə Meksikadakı bacı-qardaşları xeyli ruhlandırdı. İlk dəfə idi ki, qardaşlar Meksikanın radiostansiyası vasitəsilə xoş xəbəri bütün ölkəyə yayırdılar.

Yehovanın Şahidlərinin Mexikoda keçirilən toplantısı, 1941-ci il

Mexikoda keçirilən toplantı, 1941-ci il

Növbəti il Meksikada bir yox, iki toplantı keçirildi: liman şəhəri Verakrusda və paytaxt Mexikoda. Təbliğ sahəsində çəkilən zəhmət öz bəhrəsini verməyə başlamışdı. Məsələn, 1931-ci ildə ölkədə 82 təbliğçi var idisə, on il sonra təbliğçilərin sayı on dəfə artmışdı! Belə ki, 1941-ci ildə keçirilən böyük toplantıda 1000 nəfər iştirak etmişdi.

KÜÇƏLƏRƏ AXIN

1943-cü ildə Yehovanın Şahidləri Meksikanın 12 şəhərində keçiriləcək «Azad xalq» adlı toplantını bəyan etmək üçün plakatlardan istifadə etməyə başladılara. Plakatların biri təbliğçinin ön, digəri isə arxa tərəfində olmaqla çiyin nahiyəsində birləşirdi. Yehovanın Şahidləri «sendvic» adlanan bu plakatlardan 1936-сı ildən bəri istifadə edirdilər.

1944-ci ildə Mexikoda «Sendvic» plakatı ilə keçirilən nümayişin dərc olunduğu qəzetdən bir parça

«Sendvic» plakatı ilə təbliğ edən bacı-qardaşların şəkillərinin dərc olunduğu qəzetdən bir parça Mexiko, 1944-cü il

Mexiko şəhərində plakatlarla təbliğ o qədər uğurlu idi ki, hətta bir qəzetdə belə sözlər yazılmışdı: «[Toplantının] birinci günü [Yehovanın Şahidlərinə] daha çox adamı dəvət etmək buyruldu. Ertəsi gün isə camaat zala sığmadı» («La Nación»). Bütün bu nailiyyətlər katolik kilsəsinin heç də ürəyincə deyildi və kilsə Yehovanın Şahidlərinə qarşı çıxmağa başladı. Amma cəsur bacı-qardaşlarımız küçədə plakatlarla təbliğ etməkdən çəkinmir, insanları toplantıya dəvət etməyə davam edirdilər. Həmin qəzetin başqa bir məqaləsində belə sözlər yazılmışdı: «Əyinlərinə “sendvic” geyinmiş bu... kişi və qadınları şəhərdə görməyən qalmadı». Həmin məqalədə «Küçələrə axın» başlığı altında Mexiko şəhərində təbliğ edən bacı-qardaşların şəkli dərc olunmuşdu.

SEMENT DÖŞƏMƏDƏN DAHA YUMŞAQ VƏ İSTİ YATAQLAR

Həmin illərdə əksər Yehovanın Şahidi üçün Mexikoda keçirilən toplantılarda iştirak etmək çətin idi, bu, böyük fədakarlıq tələb edirdi. Əksər qonaqlar nəinki dəmir yolu xətlərinin, hətta adi yolların da olmadığı ucqar kəndlərdən gəlirdilər. Bir yığıncaqdan belə sözlər yazmışdılar: «Buralardan bircə xətt keçir, o da teleqraf xətti». Buna görə də qonaqlar toplantının keçirildiyi şəhərə gələn qatara minmək üçün piyada, yaxud ulağın belində bir neçə gün yol gedirdilər.

Məsihilərin əksəriyyəti kasıb idi və pulları ancaq toplantıya gəlməyə çatırdı. Gələnlərin çoxu evlərinin qapısını onların üzünə açan qayğıkeş bacı-qardaşların evində qalırdı. Digərləri isə ibadət evlərində gecələyirdilər. Bir dəfə təxminən 90 nəfər filialda qalmışdı. Onlar bir-birinin üstünə düzülmüş 20 kitab qutusunun üstündə yatmışdılar. «İllik fəaliyyət» kitabında bu qonaqların minnətdarlıq sözləri yazılmışdı. Onların sözlərinə əsasən, bu yataqlar sement döşəmədən qat-qat yumşaq və isti idi.

Bu məsihilər üçün bacı-qardaşlarla birgə toplaşmaq o qədər qiymətli idi ki, onlar istənilən qurbanı verməyə hazır idilər. Sayı bir milyona yaxın olan Meksikadakı təbliğçilər hələ də eyni əhval-ruhiyyəni qoruyub saxlayırlarb. Meksikanın 1949-cu il hesabatında qardaşlar haqda belə sözlər yazılmışdı: «Üzləşdikləri çətinliklər onların Yehovaya ibadət etmək əzmini zəiflətmir. Keçirilən hər toplantı uzun müddət söhbət mövzusu olur və bütün bacı-qardaşlar eyni sualı verirlər: “Növbəti toplantı nə vaxt olacaq?”» Bu gün də Meksikadakı bacı-qardaşlar eyni əhval-ruhiyyəni təzahür etdirirlər. (Mərkəzi Amerikadakı arxivimizdən.)

a 1944-cü ilin «İllik fəaliyyət» kitabına əsasən, bu toplantı Yehovanın Şahidlərini bütün Meksikada tanıtdı.

b 2016-cı ildə Meksikada anma mərasimində 2 262 646 nəfər iştirak etmişdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş