Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/04 s. 7
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2004
  • Oxşar material
  • Tənqidə necə yanaşmalıyam?
    Gənclərin sualları
  • Hikmət öz əməlləri ilə təsdiq olunur
    Müqəddəs ibadətimiz 2010
Müqəddəs ibadətimiz 2004
km 12/04 s. 7

Suallar qutusu

◼ Padşahlıq işimizin açıq tənqid edilməsinə biz necə münasibət göstərməliyik?

Vaxtaşırı dönüklər və Padşahlıq haqqındakı xəbərin digər düşmənləri televiziya və radio vasitəsilə, qəzet və jurnallarda Yehovanın xalqının fəaliyyətini və tə’limlərini açıq-aşkar tənqid edirlər. Adətən bu cür mənfi rə’ylərə məhəl qoymamaq daha yaxşı olar. Bu zaman İsanın gözəl nümunəsini yada salaq: “Söyülərkən, cavabında söymədi; əzab çəkərkən, təhdid etmədi, əksinə ədalətlə mühakimə Edənə Özünü təslim etdi” (1 Pet. 2:23).

Bə’ziləri fikirləşə bilərlər ki, biz radio və ya televiziya vasitəsilə çıxış etməklə və redaktorlara məktub yazmaqla onlara açıq cavab verməliyik. Lakin belə tədbirlər əksər hallarda həmən mənbələrdən daha çox mənfi rə’ylərin söylənməsinə və düşmənlərin yalan tə’limlərinin yayılmasına səbəb olur. Yehovanın Şahidlərini bir çox yerlərdə yaxşı tanıyırlar və bir çox insanlar fəaliyyətimizi və payladığımız gözəl ədəbiyyatı qiymətləndirirlər. Adətən açıq tənqid nəticəsində e’tiqadlarımız və təşkilatımız haqqında qaldırılan hər bir sualın cavabını evdən-evə təbliğ zamanı verə bilərik. Məhz belə səmimi insanlar öz suallarına cavab tapacaq, tənqidçilərimizin böhtanları isə yayılmayacaq. Ən vacibi isə odur ki, Padşahlıq haqqındakı xoş xəbəri yayınmadan təbliğ etməyə və İsanın şagirdlər hazırlamaq əmrini yerinə yetirməyə davam edirik (Mat. 28:19, 20).

Əgər yerli ağsaqqallar Yehovanın adını və onun xalqını müdafiə etmək üçün bu tənqidlərə cavab verməli olduqlarını hesab edirlərsə, yaxşı olardı ki, onlar ilk növbədə Cəmiyyətin filialı ilə əlaqə saxlasın və yaranmış vəziyyəti ətraflı surətdə izah etsinlər və hansı tədbirlər görmək istədiklərini tam şəkildə təsvir etsinlər. Bunun sayəsində Cəmiyyət hər şeyi araşdırıb bu məsələnin həlli üçün lazım olan məsləhətləri verə bilər.

Bu haqda əlavə mə’lumatı “Gözətçi Qülləsi” 1 dekabr 1998-ci il “İmanımızı müdafiə edirik” (rus.), 1 aprel 1995-ci il “Açıq tənqidlərə məsihçilər necə münasibət göstərməlidirlər” (rus.) və “Oyanın” jurnalının 22 iyun 2000-ci il “İnformasiya ilə manipulyasiya etmə” (rus.) məqalələrindən əldə etmək olar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş