Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/10 s. 3
  • Hikmət öz əməlləri ilə təsdiq olunur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hikmət öz əməlləri ilə təsdiq olunur
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • Tənqidə necə yanaşmalıyam?
    Gənclərin sualları
  • Mənfi düşüncələrdən necə qurtula bilərəm?
    Gənclərin sualları
  • Ruh düşkünlüyünə qalib gələ bilərsiniz
    Gözətçi qülləsi 2020
  • «Hamı ilə sülhdə olmağa çalışın»
    Müqəddəs ibadətimiz 2012
Əlavə
Müqəddəs ibadətimiz 2010
km 7/10 s. 3

Hikmət öz əməlləri ilə təsdiq olunur

1. Fəaliyyətimiz bəziləri tərəfindən necə qarşılanır?

1 Bəzən təbliğdə insanlar yanlış başa düşdükləri və ya Yehovanın Şahidləri haqqında yanlış məlumatlandırıldıqları üçün bizi pis qarşılaya bilərlər. Çox vaxt kütləvi informasiya vasitələrində haqqımızda qərəzli fikirlər söylənir, hətta bəzi yerlərdə bizə «təhlükəli təriqət» damğası vurulub. Ola bilsin, bir çoxlarının bizim haqqımızda fikirləri bu kimi yanlış təsəvvürlərin təsiri altında formalaşıb. Bu cür tənqidlərə reaksiyamız necə olmalıdır?

2. Tənqidlərə tuş gələndə məyusluğa qapılmamağa nə kömək edər?

2 Müsbət əhval-ruhiyyəni itirmə. Birinci əsrdə İsanı və Yehovanın digər xidmətçilərini insanlar çox vaxt yanlış başa düşür və tənqid atəşinə tuturdular (Həv. iş. 28:22). Lakin onlar heç vaxt bu kimi tənqidlərin onları xidmətdən çəkindirməsinə yol vermirdilər. İsa demişdi ki, hikmət öz əməlləri ilə təsdiq olunur (Mat. 11:18, 19). O, Atasının iradəsini səylə icra edir və həqiqəti axtaran insanların onu qiymətləndirəcəyinə əmin idi. Əgər biz Allahın Oğlunun da bu cür münasibətlə qarşılaşdığını yadda saxlasaq, məyusluğa qapılmarıq.

3. Nəyə görə mənfi fikirlər və müqavimətlər bizi təəccübləndirməməlidir?

3 İsa demişdi ki, dünya ona nifrət etdiyi kimi, davamçılarına da nifrət edəcək (Yəh. 15:18—20). Buna görə də haqqımızda söylənilən mənfi sözlər və qarşılaşdığımız müqavimətlər bizi təəccübləndirməməlidir. Son yaxınlaşdığından və Şeytan get-gedə daha da qəzəbləndiyindən, aydın məsələdir ki, bu kimi şeylər günbəgün artacaq (Vəhy 12:12). Biz çox sevinirik ki, bütün bunlar Şeytan dünyasının tezliklə məhv olacağına sübutdur.

4. Xidmətdə pis münasibətlə qarşılaşanda necə cavab verməliyik?

4 Nəvazişlə cavab ver. Xidmətdə pis münasibət görəndə cavabımız həmişə nəvazişli və həlim olmalıdır (Sül. məs. 15:1; Kolos. 4:5, 6). Əgər şərait yol verərsə, səmimi insana Yehovanın Şahidləri haqqında çoxlu təhrif olunmuş məlumatların mövcud olduğunu demək, yaxud onun nəyə görə belə düşündüyünü soruşmaq olar. Həlim cavab həmin adamı Yehovanın Şahidləri haqqında eşitdikləri barədə suallar verməyə və gələn dəfə Şahidlərə qulaq asmağa təşviq edə bilər. Lakin əgər insan çox qəzəblidirsə, yaxşı olardı ki, hörmətcil tərzdə sağollaşıb oranı tərk edək. Başqalarının bizə necə münasibət bəsləməsindən asılı olmayaraq, əmin ola bilərik ki, Yehova bizim xidmətimizi qiymətləndirir (Yeşaya 52:7).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş