«Hamı ilə sülhdə olmağa çalışın»
1. Aqressiv insanlarla qarşılaşanda Müqəddəs Kitabın hansı məsləhəti köməyimizə çata bilər?
1 Yehovanın xalqı sülhpərvərdir və onlar insanlara sülh xəbərini çatdırırlar (Yeşaya 52:7). Ancaq bəzən qapını döyəndə aqressiv insanlarla rastlaşırlar. Belə vəziyyətdə sülhpərvər olmağa nə kömək edə bilər? (Rom. 12:18).
2. Anlayışlı olmaq nə üçün vacibdir?
2 Anlayışlı ol. Hərçənd bəzilərinin aqressiv olmalarının səbəbi həqiqətə qarşı çıxmaları olduğu halda, digərlərinin bu cür münasibət göstərməsinin çatdırdığımız xoş xəbərlə heç bir əlaqəsi olmaya bilər. Ola bilsin, biz münasib olmayan vaxtda gəlmişik, yaxud ev yiyəsinin şəxsi problemləri var. Hətta o, xoş xəbərə görə acıqlansa da, onun bu cür reaksiya göstərməsinin əsas səbəbi həqiqət barədə yanlış təsəvvürlərə malik olması ola bilər (2 Kor. 4:4). Anlayışlı olsaq, özümüzü ələ almağı bacaracaq və insanın bu cür münasibətini öz üzərimizə götürməyəcəyik (Sül. məs. 19:11).
3. Ev sahibinə hörmət etdiyimizi necə göstərə bilərik?
3 Hörmət göstər. Çox vaxt güclü əqidəyə sahib olan insanlarla qarşılaşırıq (2 Kor. 10:4). Onların bizi dinləyib-dinləməyəcəklərini seçmək hüquqları var. Buna görə də biz heç vaxt həmsöhbətimizin əqidəsini alçaltmamalı, yaxud elə təəssürat oyatmamalıyıq ki, bizim düşüncələrimiz onunkundan üstündür. Hətta bizdən getməyimizi istəyirlərsə, hörmətcil tərzdə oranı tərk etməliyik.
4. Nəzakətli danışmaq nə deməkdir?
4 Nəzakətli danış. Bəzən təhqirlərə məruz qalsaq belə, biz mütləq həlim və sakit cavab verməliyik (Kolos. 4:6; 1 Pet. 2:23). Mübahisə etmək əvəzinə, ümumi mövzu tapmağa çalışmalıyıq. Hətta mülayimliklə ev yiyəsindən etirazının səbəbini öyrənmək olar. İnsanı hövsələdən çıxarmamaq üçün bəzən ən yaxşısı söhbəti dayandırmaqdır (Sül. məs. 9:7; 17:14).
5. Xidmətdə hamı ilə sülhdə olmaq nəyə görə vacibdir?
5 Əgər sülhlə ayrılsaq, bu cür münasibətimiz söhbət etdiyimiz insana müsbət təsir edəcək və növbəti dəfə şahidlik verən insanı dinləmək istəyəcək (Rom. 12:20, 21). Unutmayaq ki, həmin adam xoş xəbərin nə qədər əleyhinə olsa da, bir gün o, həmimanlımız ola bilər (Qalat. 1:13, 14). İnsanın həqiqətə maraq göstərib-göstərməməsindən asılı olmayaraq, gəlin özümüzə hakim olaq və hamı ilə sülhdə olmağa çalışaq. Bunun sayəsində Yehovanı izzətləndirəcək və öyrətdiyimiz təlimləri bəzəyəcəyik (2 Kor. 6:3).