Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 11/06 s. 1
  • Cəsarətli, eyni zamanda sülhpərvər olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cəsarətli, eyni zamanda sülhpərvər olun
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • «Hamı ilə sülhdə olmağa çalışın»
    Müqəddəs ibadətimiz 2012
  • “Sülh axtarın və ona can atın”
    Gözətçi qülləsi 2001
  • Nəzakətli, eyni zamanda qətiyyətli ol
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Allahın sözünü cəsarətlə söyləməyə davam edin
    Vahid həqiqi Allaha ibadət edin
Əlavə
Müqəddəs ibadətimiz 2006
km 11/06 s. 1

Cəsarətli, eyni zamanda sülhpərvər olun

1 Təbliğ etdiyimiz adamların çoxu Müqəddəs Kitaba zidd olan tə’limlərə inanır. Biz cəsarətlə təbliğ etməli, bununla yanaşı ‘bütün adamlarla sülhdə olmalı’ və heç kimin hisslərinə toxunmamalıyıq (Rom. 12:18; Həv. iş. 4:29). Padşahlıq haqqında xəbəri çatdırarkən cəsarətli, eyni zamanda sülhpərvər olmaq üçün nə edə bilərik?

2 Ortaq mövzu tapmağa çalış. Sülhpərvər insan mübahisədən qaçır. Həmsöhbətimizin səmimi qəlbdən inandıqlarının yalan olduğunu sübut etməyə çalışsaq, çətin ki, o bizi dinləmək istəsin. İnsan səhv fikir söyləyərsə, söhbəti nəzakətlə ortaq mövzuya çevirə bilərik. Belə etməklə biz mənfi münasibəti aradan qaldırar və insanın ürəyinə yol taparıq.

3 İnsanların yanlış fikirlərinə düzəliş verməyəndə, həqiqətə xəyanət etdiyimizi və ya onu qiymətdən saldığımızımı göstəririk? Xeyr. Bir məsihçi kimi bizim tapşırığımız hər səhv fikri təkzib etmək deyil, Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ etməkdir (Mat. 24:14). Hər səhv fikrə kəskin münasibət göstərməkdənsə, bundan insanın düşüncə tərzini anlamaq üçün əlverişli bir imkan kimi istifadə edə bilərik (Sül. məs. 16:23).

4 İnsanlara hörmətlə yanaş. Bə’zən səhv tə’limləri cəsarətlə təkzib etmək lazım gəlir. Sülhpərvər insanlar kimi, biz başqalarına istehza etmir və səhv tə’limlərə inandığı və başqalarına öyrətdiyi üçün heç kimin ünvanına alçaldıcı sözlər söyləmirik. Təkəbbürlü danışıq insanları uzaqlaşdırır, təvazökar və xeyirxah sözlər isə həqiqəti sevənlərdə maraq oyadır. Həmsöhbətimizə və inandığı şeylərə hörmət etdiyimizi göstərəriksə, xoş xəbəri qəbul etmək onun üçün asan olacaq.

5 Həvari Pavel təbliğ etdiyi insanların dini baxışlarını nəzərə alır və xoş xəbəri onların ürəyinə yol tapacaq tərzdə təbliğ edirdi (Həv. iş. 17:22-31). O, həvəslə ‘hər kəs üçün hər şey olurdu ki, hər necə olursa-olsun bə’zilərini xilas etsin’ (1 Kor. 9:22). Xoş xəbəri cəsarətlə təbliğ edərkən, sülhpərvərlik göstərməklə biz də belə davrana bilərik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş